Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  MÜXBİR ÜZVLƏR

Bayramov Nuru Yusif oğlu
Anadan olduğu yer Ermənistan Respublikası, Basarkeçər rayonu, Nərimanlı kəndi  Image result for Bayramov Nuru Yusif oğlu  
Təvəllüdü 17.09.1963 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Tibb Universiteti 
Elmi dərəcəsi Tibb elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı



3203-01

Cərrahiyyə

Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi

Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı

 

3203-01

Cərrahiyyə, transplantasiya

Qaraciyər rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası

Müxbir üzv seçilməsi

- tarix

- ixtisasın adı


30.06.2014

Tibb 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 308: 23 kitab, 111 məqalə, 9 metodik tövsiyyə və 175 tezis 
Xaricdə çıxmış elmi əsərlərinin sayı 101
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 25
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 11 
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı

 

6

3

Əsas elmi nailiyyətləri
  • Qanın qırmızı lazerlə şüalandırılmasının immun sistemə təsirinin 2 qanunauyğunluğu tapılmışdır: stimulyasiya olunmuş immun sistemi supressiya edir, supressiya olunmuş sistemi isə stimulyasiya edir; bu effekti 3-4-cü gün maksimuma çatır, 7 gün sonra aradan qalxır.
  • Qanın lazerlə şüalandırılması laxtalanma sisteminə korreksiyaedici təsir göstərir, qaraciyər regenerasiyasına müsbət təsir edir.
  • Donmaların erkən müalicəsində suda həll olan əsaslı məlhəmlərin və qanın lazerlə  şüalandırılması effektiv metoddur.
  • Ultrasəs bıçağı (CUSA - Cavitron Ultrasonic Surgical Aspirator) sirrotik qaraciyər rezeksiyalarında arqonlu koaqulyatorla birlikdə istifadəsi daha faydalıdır.
  • Qaraciyər rezeksiyası üçün su şırnağı üsulunun parametrləri dəqiqləşdirilmişdir.
  • Normal və sirrotik qaraciyərlərin böyük rezeksiyadan sonrakı regenerasiyanın dinamikası öyrənilmişdir.
  • Normal qaraciyər rezeksiyalarında regenerasiyanı sürətləndirmə tədbirlərinin ciddi faydası yoxdur, xronik hepatit və sirrozda isə proregenerator tədbirlərə ehtiyac var və qanın lazer şüalandırılması faydalı ola bilər.
  • Rezeksiyadan sonra qaraciyər yetməzliyinin proqnozlaşdırılması üçün əməliyyatdaxili indosianin sınağı hazırlanmışdır.
  • Qaraciyərin kistləri və absesləri modelləri işlənib hazırlanmışdır.
  • Canlı donorda qaraciyər rezeksiyalarından sonra meydana gələn ağırlaşmalar arasında ən çox rast gəlinəni biliar ağırlaşmalardır və bunların da əksəriyyəti yüngül dərəcəli ağırlaşmalardır.
  • Qaraciyər alıcılarında biliar sızıntının azaldılması üçün xoledoxun resipient tərəfindən xaricə çıxarılan retroqrad transanastomotik drenaj daha faydalıdır.
  • Laparoskopik müdaxilə həm ağırlaşmış, həm də ağırlaşmamış appendisitlərdə əməliyyatdan sonrakı ağırlaşmaları, yatış müddətini azaldır.
  • Kalot üçbucağının geniş diseksiyası və “iki pəncərə” prinsipinə əməl olunması, kisə arteriyasının axacaqdan əvvəl bağlanması öd yolları zədələnmələrini və  qanaxmaları azaldan vacib işləmlərdir və bu “standart texnika” kimi tövsiyə edilir.
  • Öd kisəsində və xoledoxunda daş olanlarda biretaplı laparoskopik müdaxilənın (laparoskopik xolesistektomiya, xoledoxotomiya və xoledoxoskopla daşçıxarma) iqtisadi və tibbi nöqteyi-nəzərdən ikietaplıya görə daha faydalıdır, ilk seçim kimi tövsiyə olunur.
  • Qarın boşluğunda iki və ya daha çox cərrahi patologiyanın laparoskopik müalicəsi ümumi ağırlaşmaları azaldır, spesifik ağırlaşmaları isə artırmır.
  • Laparoskopik fundoplikasiya residivi azaldır və Barret ezofagitini geriyə döndərə bilir.
  • Lokalizasiya və sayından asılı olmayaraq qaraciyər exinokokkozunda laparoskopiya mümkündür və əməliyyatdaxili USM bu işləmi asanlaşdırır.
  • Əməliyyatdan sonrakı yırtıqlarda laparoskopik hernioplastika yara ağırlaşmalarını ciddi azaldır və ilk seçim kimi tövsiyə olunur. 
  • Qaraciyər sirrozunda mezensximalkök hüceyrələrin arteriya vasitəsi ilə qaraciyərdaxili yeridilməsi faydalıdır.
  • Qaraciyər xəstəliklərində dalağın elastikliyinin ölçülməsi portal hipertenziyanın təyini üsulları araşdırılır.
Elmi əsərlərinin adları 1. N.Y.Bayramov, A.K.Janqabılov A.Q.Qadayev, A.R.Rahişev, B.J.Salimgereeva N.S.Atmaca, A.Z.Kasımov, T.M. Rzayev. Türkdilli xalqların qastroenteroloji terminlər lüğəti. ISBN: 975- 94665-2-x, VAN, 1997, 515 termin, 41 s.

2. N.Y.Bayramov. Qaraciyər regenerasiyası. ISBN: 975-94665-0-3, Van 1997. 137 s.

3. N.Y.Bayramov. Qaraciyər rezeksiyası. ISBN: 975-94665-3-8, Ankara 1998. 273 s.

4. N.Y.Bayramov, F.Mustafaoğlu, H.Ekim, T.Rzayev. Kardiovasküler Sözlük. ISBN: 975-94665-1-1. Ankara, 2000. 47s

5. N.Y.Bayramov. Mədəaltı vəzin cərrahi xəstəlikləri. ISBN: 975-94665-1-0, Ankara 2002, 217s

6. N.Y.Bayramov. Öd yollarının cərrahi xəstəlikləri. ISBN: 975-92103-0-4, Ankara 2004, 320s

7. N.Y.Bayramov. Portal Hipertenziya. ISBN:13 978-9952-80-82-3-0, Bakı, Qismət, 2007, 160 s

8. N.Y.Bayramov, Y.Bayraktar, Ş.Y.Zakirxocayev, A.Q.Qadayev, K.Hepgül, A.Özden, K.Ə.Balakişiyev, U.M.Mirşarapov, Ş.Z.Kasımov, T.M. Rzayev, N.A.Zeynalov, T.E.Bayramova. Çoxdilli anatomiya terminlər lüğəti., Bakı, Oskar, 2008, 67 s

9. N.Y.Bayramov. Qaraciyərin Cərrahi Xəstəlikləri. ISBN 978-9952-460-27-8. Bakı 2012, 324 s.

10. Abbasov A.H.,N.Y.Bayramov, Hümmətov A.F. Qalxanvari vəzin cərrahi xəstəlikləri. Təbib, Bakı 2012, 148 s.

11. Sezayi Yılmaz, Nuru Bayramov, Cüneyt Kayaalp, Ruslan Məmmədov, Namiq Novruzov. Canlıdan qaraciyər transplantasiyasında əməliyyatdan əvvəl və sonrakı müayinə və müalicə qaydaları. Nurlar, Bakı 2012, səh 132.

12. Bayramov N.Y., Məmmədov R.A., Hüseynova M.R. Canlıdan Qaraciyər Transplantasiyası, 36 səh,  2015

13. Bayramov N.Y. Cərrahi xəstəliklər - I hissə, 952 səh, 2015.

14. Bayramov.N.Y., Rüstəm Ə.M., Zeynalov B.M. Naik bağırsağın cərrahi xəstəlikləri. Dərs vəsaiti. 163 səh, Bakı 2016

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1. Avropa Hepatoloqlar Cəmiyyəti (EASL)

2. Avropa Endoskopik Cərrahiyyə Cəmiyyəti (EAES)

3. Avropa Transplantasiya Cəmiyyəti (ESOT)

4. Avropa Kolorektal Cərrahiyyə Cəmiyyəti (ESCS)

5. Avropa Transluminal Cərrahiyyə Cəmiyyəti (EATS)

6. Beynəlxalq Transplantasiya Cəmiyyəti (TTS)

7.Beynəlxalq Qaraciyər Transplantasiyası Cəmiyyəti (ILTS)

8. Beynəlxalq Qastroenteroloqlar və Onkoloji Cərrahlar cəmiyyəti (IASGO)

9. Beynəlxalq Piylənmə Cərrahiyyəsi Federasiyası (IFSO)

10. Asya və Passifik Qaraciyər Araşdırma Cəmiyyətinin üzvü (APASL)

11. Klinik Robotik Cərrahlar Cəmiyyəti (CRSA)

12. Türkiyə Qastroenteroloqlar Cəmiyyəti

13. Yaxın Şərq Transplantasiya Cəmiyyətinin üzvü (MESOT)

14. AMEA BTEB akademik-katibin müavini və büronun üzvü

15. AMEA Tibb üzrə Problem Şurasının sədri

16. AAK Rəyasət Heyətinin üzvü

17. ATU “Cərrahiyyə” üzrə Problem Komissiyasının sədri

Pedaqoji fəaliyyəti 1991-1994 Assistent, ATU I cərrahi xəstəliklər kafedrası,

1994-1996 Stajer, Yüksək İxtisas Xəstəxanası, Başkent Üniversiteti, Ankara Universiteti,

1996-1998 Doç. Dr., Yüzüncü Yıl Universiteti Tibb Fakültəsi, Ümumi Cərrahiyyə kafedrası, Van,

1998-1999 Doç. Dr., Kırıkkale Universiteti Tibb Fakültəsi, Ümumi Cərrahiyyə kafedrası, Kırıkkale,

1999-2004 Dossent, ATU, I cərrahi xəstəliklər kafedrası (Mərkəzi Klinik Xəstəxana),

2004-2012 Professor, ATU, I cərrahi xəstəliklər kafedrası (Mərkəzi Gömrük Hospitalı),

2012 Kafedra müdiri, ATU, I cərrahi xəstəliklər kafedrası,

2015-2016 ATU Cərrahiyyə Klinikası direktor əvəzi.

Digər fəaliyyəti Qaraciyər transplantasiyası, laparoskopiya, bariatrik cərrahiyyə, kök hüceyrələr üzrə elmi və praktik fəaliyyət 
Təltif və mükafatları 2010 - Fəxri fərman, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
İş yeri və ünvanı Azərbaycan Tibb Universiteti, I Cərrahi xəstəliklər kafedrası, Bakıxanov 23 
Vəzifəsi Kafedra müdiri 
Xidməti tel. (+994 12) 5111428 
Mobil tel . (+994 50) 2222708 
Ev tel. (+994 12) 5022722 
Faks (+994 12) 5111428
Elektron poçtu nurubay2006@yahoo.com