Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  MÜXBİR ÜZVLƏR

Alıquliyev Ramiz Məhəmməd oğlu

 

veb-sayt www.ict.az  
Anadan olduğu yer Azərbaycan Respublikası, Bərdə rayonu
Təvəllüdü 20.03.1961
Bitirdiyi ali təhsil müəssisəsi

S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), tətbiqi riyaziyyat fakültəsi

Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi rütbəsi  
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

01.01.02 (1211.01)

Diferensial tənliklər

Cırlaşan ikinci tərtib elliptik tənliklərin həllərinin keyfiyyət xassələrinin tədqiqi
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

05.13.01 (3338.01)

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

Mətn tipli informasiyanın intellektual analizi üçün metodlar və alqoritmlər

Müxbir üzv seçilməsi

-        tarix

-        ixtisasın adı

 

2017

İnformatika

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-         beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

215

 

156


129

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:     

-         fəlsəfə doktorlarının sayı

-        elmlər doktorlarının sayı


3

Əsas elmi nailiyyətləri

1. Mətnlərin avtomatik klasterləşdirilməsi və referatlaşdırılması üçün bir sıra optimallaşma modelləri təklif etmiş, optimallaşma məsələlərinin həlli üçün diferensial təkamül, qarışqa və sürü intellektinə əsaslanan alqoritmlərin müxtəlif modifikasiyalarını işləmişdir.

2. Mətnlərin avtomatik referatlaşdırılması üçün mətndən semantik yükə malik cümlələrin seçilməsinə imkan verən çoxkriteriyalı optimallaşma modelləri təklif etmiş və optimallaşma məsələlərinin həlli üçün alqoritmlər işləmişdir.

3. Mətnlərin sorğu əsasında (istifadəçiyönümlü) referatlarının avtomatik yaradılması üçün cümlələrin sentiment, semantik və sintaktik analizinə əsaslanan metodlar təklif etmişdir.

4. Mətnlərin semantik yaxınlığını hesablamaq üçün yeni ölçülər daxil etmişdir.

5. Linqvistik biliklərdən və sözlərin semantik şəbəkəsindən istifadə etməklə mətnlərin sorğu əsasında referatlarının avtomatik yaradılması, həmçinin intellektual təhsil sistemlərində tələbələrin referat yazma strategiyalarının sintaktik və semantik səviyyələrdə qiymətləndirilməsi üçün metodlar təklif etmişdir.

6. Müxtəlif növ mətn plagiatlığını (sözbəsöz köçürmə, cümlələrin parafraz edilməsi, sözlərin işlənmə ardıcıllığının dəyişdirilməsi və cümlələrin transformasiyası ilə köçürulməsi) aşkarlamaq üçün cümlələrin sintaktik və semantik analizinə əsaslanan metodlar təklif etmişdir.

7. Kompüterin hesablama və yaddaş resursları çərçivəsində böyük həcmli məlumatların (Big Data) klasterləşdirilməsi üçün k-means alqoritminin müxtəlif variantlarını işləmişdir.

8. Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanmsı üçün metodlar işləmişdir.

9. Klasterlərin kompaktlığını, sepabelliyini (ayrılabilənliyini) və optimal sayını təyin etmək üçün yeni indekslər daxil etmişdir.

10. Kompakt və yaxşı ayrılmış klasterlərin tapılması üçün məhdudiyyətli qeyri-hamar optimallaşma modeli təklif etmiş və onun həlli üçün alqoritm işləmişdir.

11. Veb-səhifələrin ranqlaşdırılması üçün PageRank və HITS alqoritmlərinin ümumiləşmiş variantlarını təklif etmişdir.

12. Veb-səhifələrin ranqının hesablanması üçün qarışqa alqoritmi və xətti proqramlaşma modeli təklif etmişdir.

13. Loq faylların analizi əsasında veb-istifadəçilərin maraq dairəsinin avtomatik identifikasiyası üçün modellər və alqoritmlər təklif etmişdir.

14. Qlobal şəbəkə qovşaqlarında CDN (Content Delivery Network – kontenti çatdırma şəbəkəsi) serverlərin və veb-kontentlərin optimal yerləşdirilməsi üçün modellər təklif etmişdir.

15. Qeyri-bircins kompüter şəbəkəsi mühitində qeyri-bircins məsələlərin optimal paylanması üçün model və genetik alqoritm təklif etmişdir.

16. Tam ədədli xətti və kvadratik proqramlaşma məsələlərinin neyron şəbəkədə həll alqoritmlərini təklif etmişdir.

17. Elmi əsərlərin, jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslər və metodlar təklif etmişdir.

18. Veb-də tədqiqatçıların və elmi təşkilatların sosial şəbəkəsinin sintezi üçün metodlar təklif etmiş, sosial şəbəkələrdə aktorların ranqlaşdırılması üçün alqoritmlər işləmişdir.

19. Personalın çoxmeyarlı qiymətləndirilməsi üçün qeyri-səlis VIKOR və TOPSIS metodlarının yeni modifikasiyalarını təklif etmiş və onların effektivliyini göstərmişdir.

20. E-dövlət mühitində terrorizmi təbliğ edən mətnlərin müəyyən edilməsi, həmçinin bu mühitdə gizli fəaliyyət göstərən sosial şəbəkələrin aşkarlanması üçün istifadəçi şərhlərinin sentiment analizinə əsaslanan metodlar təklif etmişdir.

21. Vətəndaşların e-dövlət xidmətlərindən məmnunluq səviyyəsinin qiymətləndirilməsi və onların maraq dairəsinin müəyyən edilməsi üçün vətəndaş rəylərinin sentiment və semantik analizinə əsaslanan metodlar təklif etmişdir.

Elmi əsərlərinin adları https://scholar.google.com/citations?hl=en&user=cV0HqdgAAAAJ&view_op=list_works&sortby=pubdate
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü   
Pedaqoji fəaliyyəti

1. AMEA İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarına “Data Mining” kursunu tədris edir.

2. AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara “İnformatika” fənnini tədris etmiş, texnika, fizika və riyaziyyat istiqaməti üzrə kuratorluq fəaliyyətini həyata keçirmişdir (2003-2019-cu illər).

3. AR Təhsil Nazirliyinin orta ümumtəhsil məktəblərində “İnformatika” kitablarının qiymətləndirilməsi üzrə ekspert olmuşdur.

Digər fəaliyyəti 

1. Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının üzvüdür.

2. Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində Dövlət İmtahan Komissiyasının sədridir.

3. AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının üzvüdür.

Elmi-ekspertiza fəaliyyəti

Aşağıdakı jurnalların redaksiya heyətinin üzvüdür:

Problems of Information Technology 

Problems of Information Society 

TWMS Journal of Pure and Applied Mathematics 

CAAI Transactions on Intelligence Technology 

International Journal of Sensors, Wireless Communications and Control 

Informatics and Control Problems:  Transactions of Azerbaijan National Academy of Sciences 

Turkish Journal of Mathematics & Computer Science

Communications 

Web of Science və Scopus bazalarında indeksləşən 30-dan çox jurnalın rəyçisidir.

Xaricdə keçirilmiş (London, Berlin, Barselona, Porto, Şanxay, İstanbul, Ankara, Moskva, Budapeşt və s.) 15-dən çox beynəlxalq konfransın proqram komitəsinin üzvü olmuşdur.

2019-cu ildə birgə tədqiqatlar aparmaq üçün Avstraliya Federasiya Universitetinə dəvət olunmuşdur.

Təltif və mükafatları

1. “Tərəqqi” medalı – 2014-cü il.

2. 2013-cü ildə Respublika üzrə İKT sahəsində Web of Science bazasında indeksləşən jurnallarda çap olunmuş ən yaxşı elmi işlərə görə 1-ci yer mükafatına layiq görülmüşdür.

3. AMEA-nın Fəxri Fərmanı – 2005, 2021.

4. 20202021-ci illərdə ABŞ-ın Stanford Universiteti tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu (ilk 2%-ə daxil) alimlərinin reytinq qiymətləndirmə siyahısına daxil edilib.

Əsas iş yeri və ünvanı AMEA İnformasiya Texnologiyaları İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9A.
Vəzifəsi Şöbə müdiri
Xidməti tel. (+994 12) 5104399
Mobil tel. (+994 70) 3619597
Ev tel.  
Faks (+994 12) 5396121
Elektron poçtu

r.aliguliyev@gmail.com

a.ramiz@science.az