Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  MÜXBİR ÜZVLƏR

Cavanşir Rəşid Cəmil oğlu
Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri     
Təvəllüdü 17.07.1951 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
Elmi dərəcəsi Geologiya-minerologiya elmləri doktoru
Elmi rütbəsi Professor 
Namizədlik (PhD)  dissertasiyasının mövzusu: 

    -   ixtisas şifri

    -   ixtisasın adı 

    -  mövzunun adı

 

04.00.12

Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı

AYTL-nin inkişaf etdiyi zonalarda kollektor və örtüklərin fiziki xassələrinin öyrənilməsi meto­dikası və proqnozlaşdırılması” (Cənubi Xəzər çökəkliyinin timsalında)

Doktorluq dissertasiyasının mövzusu:

    -   ixtisas şifri

    -   ixtisasın adı 

    -  mövzunun adı

 

04.00.17 

Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Terrigen neftli-qazlı qatlarda lay təzyiqlərinin süxurların kollektorluq və ekranlaşdırıcı xüsusiy­yətlərinin nəzəri modeli və proqnozlaşdırma üsulları

Müxbir üzv seçilməsi

     -  tarix

     -  ixtisasın adı

30 iyun, 2001

Neft və qaz yataqlarının geologiyası və geokimyası

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

      -  xaricdə çıxmış elmi əsərlərinin sayı

    -   beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
212, 8 monoqrafiya

 

130
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 12
Kadr hazırlığı:     

    -   fəlsəfə doktorlarının sayı

    -  elmlər doktorlarının sayı

6

Əsas elmi nailiyyətləri Sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparılmışdır. İlk dəfə olaraq nəzəriyyənin aksiomatik prinsipləri, geoflüqal təzyiqin formalaşması və inkişafının nəzəri dinamik modelləri və təsnifatı, eləcə də onların geoloji müşahidələr, sistematik tədqiqat, quyuların geofiziki tədqiqatları və qazmanın texnologiyası göstəricilərinə əsasən avtomatlaşdırılmış öyrənilmə və proqnozlaşdırma üsulları kompleksi yaradılmışdır.

İlk dəfə olaraq çöküntülərin nəzəri sıxılma modelləri, dağ süxurlarının kollektor, ekranlaşdırıcı və fiziki xassələrinin termobarik, struktur-litoloji və geotektonik amillərin ayrı-ayrılıqda olan təsiri nəzərə alınmaqla fiziki-riyazi modelləşdirmə üsulları təklif olunmuşdur.

Elektron mikroskopiya əsasında tam sıxılmaya uğramamış gillərin məsamə fəzası strukturu və mineroloji xüsusiyyətləri öyrənilmiş, ilk dəfə allotigen mineral yaranmaların geokimyəvi və termodinamik şəraitli kompüter modelləşdirilməsi həyata keçirilib, bu da gil minerallarının yer qatlarındakı anomal termobarik və geohidrokimyəvi şəraiti ilə transformasiyasının qarşılıqlı təsir mexanizminin nəzəri əsaslandırılmasına neft-qaz yaranma intervallarının təyini yeni metodikasını təklif etməyə imkan vermişdir.

Elizion sistemlərində geoloji və texnoloji zaman ərzində baş verən süzülmə proseslərinin riyazi təhlilinin əsasları işlənib hazırlanıb,  bu da öz növbəsində lateral və şaquli miqrasiyalarını kəmiyyətcə qiymətləndirməyə, gil qatlarının süzülmə və ekranlaşdırıcı xassələrini təyin etməyə, geoloji-geofiziki və hidrodinamik tədqiqatlara əsasən daxili su başlıqlı rejimin rolunu qiymətləndirməyə imkan yaradır.

Qeyri-bircins fəza sıxlığı ilə əsaslanan çöküntü hövzələrdə müstəqil qırışıq yaranmasının mexanizmi təklif olunmuşdur. Yer qatlarında yaranmış ümumplanetar və lokal qırışıqlıq, şaquli və lateral dağıntılarının formalaşmasının geotektonik konsepsiyası qeyri-dayanıqlıq modeli çərçivəsində ilk dəfə olaraq əsaslandırılmışdır. 

Elmi əsərlərinin adları Прогнозирование физических свойств коллекторов и покрышек нефти и газа., М.Недра, 1982, 200 с.

Геофизические методы изучения геофлюидальных давлений. Баку, Элм, 1986, 148 с.

Моделирование систем нефтегазовой геологию. М., Недра, 1990, 295 с.

Геофизические методы изучения природных резервуаров нефти и газа. Баку, Элм, 1993, 324 с.

South Caspian Basin Petroleum Production (editor), Journal of Petroleum Science & Engineering. Vol. 28 (2000), the Netherlands, 2000

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 1984-ci ildən indiyədək - Amerika Geoloq-Neftçilər Cəmiyyətinin üzvü.

1989-1995-ci illərdə "Energy Sources" (ABŞ) beynəlxalq elmi jurnalının regional redaktoru.

1989-1996,  2001-ci ildən indiyədək - "Journal of Petroleum Science and Engineering" (Hollandiya) beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü

Member of Editorial Board of the “Azerbaijan Geologist”.

Member of Editorial Board of "Seismoprogno­sis observations in the territory of Azerbaijan".

Pedaqoji fəaliyyəti ADNA
Digər fəaliyyəti 1988-ci ildən Azərbaycan EA-nın Geologiya İnstitutu və Dərin neft və qaz yataqları problemləri institutunun doktorluq elmi dərəcəsini vermək üçün ixtisaslaşdırılmış şuralarının üzvü olmuş və 1993-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Yer haqqında elmlər üzrə ekspert Şurasının üzvüdür.
Təltif və mükafatları Akademik İ.M Gubkin adına mükafat laureatı – 1985 il;

“Şöhrət” ordeni - 2011 il 

İş yeri və ünvanı BP PLC, 1 St James’s Square, London SW1Y 4PD
Vəzifəsi Strategiya və inteqrasiya üzrə vitse-prezident
Xidməti tel. +44 (0)207 496 4000 (London)
Mobil tel .  
Ev tel. (+994 12) 4912494 
Faks (+994 12) 4979990
Elektron poçtu rashid.javanshir@uk.bp.com