Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  MÜXBİR ÜZVLƏR

Ələkbərov İlham Xəyyam oğlu
Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı şəhəri 
Təvəllüdü 20.11.1948 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi Biologiya üzrə elmlər doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-        mövzunun adı


2401.01

Zoologiya

Mingəçəvir, Varvara və Ceyranbatan su anbarlarının plankton infuzorları
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-        mövzunun adı

 

2401.01

Zoologiya

Azərbaycanın şirin sularının infuzorları
Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı


2007

Zoologiya

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-    beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
151

 

82

 

73

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
Kadr hazırlığı:     

- fəlsəfə doktorlarının sayı

- elmlər doktorlarının sayı



Əsas elmi nailiyyətləri İlk dəfə olaraq elm üçün dəniz sularında (Xəzər, Berinq və Çukot dənizləri, Atlantik okeanın Meksika körfəzi), Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın şirin sularında, Azərbaycan, Karpat dağları, Sankt-Peterburq, Tyan-Şan və Sakit Okean adalarının torpaqlarında sərbəstyaşayan infuzorların 2 yeni fəsiləsi, 12 cinsi və 90 növü təsvir edilmişdir.

Elm üçün ilk dəfə olaraq Azərbaycanın şirin sularında çanaqlı amöblərin 2 fəsiləsi, 6 cinsi və 32 növü təsvir edilmişdir.

Dörd yeni sitoloji metod işlənib hazırlanmışdır ki, onlardan biri üçün müəlliflik şəhadətnaməsi əldə edilmişdir. Sərbəstyaşayan infuzorlar vasitəsi ilə qısa müddət ərzində hüceyrə səviyyəsində neft, ağır metallar və insektisidlərlə çirklənmənin dərəcəsini müəyyən etməyə imkan verən universal bioindikasiya metodu hazırlanmışdır. Bir qədər sonra isə nəticələrin dəqiqliyini artıran, paralel olaraq hüceyrə və populyasiya səviyyələrində toksiklik dərəcəsini müəyyən etməyə imkan verən vahid metod yaradılmışdır. İlk dəfə olaraq sərbəstyaşayan ibtidailərin “kosmopolitzm” nəzəriyyəsinin səhv olduğu sübut edilmişdir və öz məlumatları əsasında ibtidailər ekoloji qruplara ayrılmış və onların rast gəlmə xüsusiyyətləri müəyyən edilmişdir.

Elmi əsərlərinin adları Sərbəstyaşayan infuzorların atlası (Kinetofragminophora, Colpodea, Olygohymenophora, Polyhymenophora). “Borçalı”, 2005, Bakı. 310 s. Azərbaycanın sərbəstyaşayan infuzorları (ekologiyası, zoocoğrafiyası, praktiki əhəmiyyəti). Bakı, 2012; 520 s.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü 4 elmi jurnalın redaksiya heyətinin üzvüdür:

“Xəbərlər” (biologiya və tibb);

AMEA Naxçıvan Bölməsinin Xəbərləri (Təbiət və texniki elmlər seriyası) – Azərbaycan;

“Journal of Applied Environmentat and Biological Science”-India;

«Юг России», Экология развитие» - Rusiya;

«Вестник Инновационного Евразийского Университета» - Qazaxstan.

Pedaqoji fəaliyyəti  
Digər fəaliyyəti  
Təltif və mükafatları AMEA-nın 2 Fəxri fərmanı 
İş yeri və ünvanı AMEA Zoologiya institutu, AZ1073, Bakı şəh., A.Abbaszadə küç., keçid 1128, məhəllə 504
Vəzifəsi  
Xidməti tel. (+994 12) 5397371
Mobil tel . (+994 50) 3241847 
Ev tel. (+994 12) 5525023 
Faks (+994 12) 5397353
Elektron poçtu ilham@zoology.science.az