Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Həqiqi üzvlər

Əliquliyev Rasim Məhəmməd oğlu
Veb-sayt www.ict.az
Anadan olduğu yer Azərbaycan Respublikası, Bərdə rayonu 
Təvəllüdü 20.01.1958 
Bitirdiyi ali təhsil müəssisəsi Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti), “Avtomatika və hesablama texnikası” fakültəsi, “Elektron hesablama maşınları”ixtisası
Elmi dərəcəsi Texnika elmləri doktoru 
Elmi rütbəsi Professor 
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



05.13.14

İnformasiya emalı və idarəetmə sistemləri

Adaptiv marşrutlaşdırma funksiyasını həyata keçirən çoxmikroprosessorlu paketləri kommutasiya mərkəzinin layihələndirilməsi metodlarının işlənməsi 

Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı



05.13.14 

İnformasiya emalı, idarəetmə və xüsusi təyinatlı sistemlər

Kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin olunması modelləri və metodları

Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

2007

informatika 
Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

2014

informatika 
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-   Xaricdə çıxmış elmi əsərlərinin sayı

-        Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı

651

410

305

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı


31

 

4

Əsas elmi nailiyyətləri : Kompüter şəbəkələrinin informasiya təhlükə­sizliyini təmin edən adaptiv sistemlərin qurulmasının elmi-metodoloji əsaslarını işləmiş, onların sintezi üçün modellər və alqoritmlər təklif etmişdir;

Mətn tipli verilənlərin, həmçinin ifrat böyük həcmli məlumatların (Big Data) intellektual analizi (Data Mining) üçün bir sıra modellər, metodlar və alqoritmlər işləmişdir;

Korporativ istifadəçilər qrupunun informasiya təhlükəsizliyinin təmini üçün dəyişən struk­turlu virtual xüsusi şəbəkələrin qurulmasının konsep­tual əsaslarını işləmiş, onların sintezi üçün modellər və metodlar təklif etmişdir;

Elektron dövlət mühitində sosial şəbəkələrin analizi, online mühitdə cəmiyyətin idarə edilməsi, fərdi məlumatların intellektual analizi üçün modellər və metodlar işləmişdir;

İnformasiya cəmiyyəti və onun müxtəlif seqmentlərinin formalaşması üçün bir sıra konseptual yanaşmalar və təkliflər vermişdir;

Şəbəkə resurslarının virtuallaşdırılması və buludların (cloud) sintezi üçün yeni yanaşmalar və modellər təklif etmişdir;

Milli informasiya təhlükəsizliyi sisteminin formalaşma konsepsiyası və reallaşdırılması üçün bir sıra yanaşmalar təklif etmişdir.

Elmi əsərlərinin adları: https://scholar.google.com/citations?user=S6u8m58AAAAJ&hl=en
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Avropa elm və tədqiqat şəbəkələri birliyi olan GEANT-ın Baş Assambleyasının üzvüdür.

Avropa Komissiyasının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, EU4Digital: Şərq tərəfdaşlığı ölkələrinin elm-təhsil şəbəkələrinin imkanlarının genişləndirilməsi və dünya elminə inteqrasiyasının sürətləndirilməsi (EaPConnect) layihəsində Azərbaycan üzrə nümayəndəsidir.

Horizon 2020 GN:4-3 layihəsinin Azərbaycan üzrə nümayəndəsidir.

Pedaqoji fəaliyyəti

- Uzun müddət Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında professor kimi pedaqoji fəaliyyət göstərərək kompüter sistemləri və şəbəkələrinin yaradılmasının nəzəri və texnoloji əsasları, informasiya cəmiyyətinin formalaşması və informasiya təhlükəsizliyinin təmin olunması mövzuları üzrə bir sıra fənləri tədris etmişdir.

- 2008-ci ildən Azərbaycanın təhsil sistemində ilk dəfə olaraq Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinin təşəbbüskarı və bir neçə il mühazirəçisi olmuşdur.

- Respublika üzrə fəlsəfə doktoru hazırlığı çərçivəsində “İnformatika” fənninin tədrisi məqsədilə yaradılmış və 2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Tədris-İnnovasiya Mərkəzinin təşkilatçısıdır.

- Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində ali tədris və orta ümumtəhsil məktəblərində “İnformatika” və informasiya texnologiyaları yönümlü digər fənlərin proqramlarının müasir tələblərə uyğunlaşdırılması, elektron dərsliklərin hazırlanması, terminoloji bazanın yeniləşdirilməsi işlərində yaxından iştirak edir və elmi-metodiki məsləhətlər verir.

Digər fəaliyyəti

- İnternetin milli infrastrukturunun formalaşması, informasiya cəmiyyəti sahəsində dövlət siyasətinin həyata keçirilməsi, elektron elmin formalaşması və onun texnoloji infrastrukturu olan AzScienceNet elm kompüter şəbəkəsinin inkişafı və Avropa mühitinə inteqrasiya olunması işlərində yaxından iştirak edir.

- Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Fizika-riyaziyyat və Texnika Elmləri üzrə Problem Şurasının sədridir.

- AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən dissertasiya şurasının sədridir.

Elmi-ekspertiza fəaliyyəti

Aşağıdakı jurnalların redaksiya heyətinin üzvüdür:

İctimai-siyasi fəaliyyəti

- Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvüdür.

- Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.

- Azərbaycan Respublikasının “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası”nın üzvüdür.

- YAP-ın üzvüdür.

Təltif və mükafatları 1. "Tərəqqi" medalı - 2009

2. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı - 2019

3. 20212022-ci illərdə ABŞ-ın Stenford Universiteti və Niderlandın “Elsevier” nəşriyyatı tərəfindən hazırlanmış dünyanın ən nüfuzlu 2% alimlərinin reytinq qiymətləndirmə siyahısına seçilib

İş yeri və ünvanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küçəsi, 30,

İnformasiya Texnologiyaları İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9A
Vəzifəsi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru

Xidməti tel. (+994 12) 5390167 
Mobil tel . (+994 50) 2156432 
Ev tel. (+994 12) 4138163 
Faks (+994 12) 5396121 
Elektron poçtu

r.alguliev@gmail.com