Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Həqiqi üzvlər

Cəfərov Təyyar Cümşüd oğlu
Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı ş.   
Təvəllüdü 18.07.1939 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru  
Elmi rütbəsi Professor
Namizədlik (PhD)  dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı


01.04.10

Yarimkeçiricilər və dielektriklər fizikası

Yarımkeçiricilərdə daxili və xarici elektrik sahələrinin diffuziyaya təsiri

Doktorluq dissertasiyasının mövzusu:

- ixtisas şifri

- ixtisasın adı

- mövzunun adı


01.04.10

Yarimkeçiricilər və dielektriklər fizikası

Yarımkeçiricilərdə aşkar arası əlaqənin və defektlərin diffuziyaya təsiri
Müxbir üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

30.06.1989

Fizika

Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

30.06.2014

Fizika

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 350
Xaricdə çıxmış elmi əsərlərinin sayı 332
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 140
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı 15
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı

 

32

5

Əsas elmi nailiyyətləri T.C.Cəfərovun elmi maraqları (a) Yarımkeçiricilərdə və yarımkeçirici cihazlarında diffuziya hadisələri, və (b) Nano-quruluşlu silisiyum əsaslı fotovoltaik günəş və hidrogen yanacaq elementləri ilə əlaqədərdır. Onun rəhbərliyi ilə yarımkeçirici strukturlarda aşkarların diffuziya və elektrodiffuziya hadisələrinə radiasiya və işığın təsiri araşdırılmışdır, miqrasiya və deqradasiya hadisələrin mexanizmları müəyyən edilmişdir və bir sıra stabil parametrli yarımkeçirici cihazların (geterolazerlər, işıq diodları, tunnel diodları, infraqırmızı detektorlar, günəş elementləri və s.) texnologiyası işlənmişdir və tətbiq olunmuşdur. Nano-məsaməli silisium əsasında (məsaməli silisium-fulleren, məsaməli silisium-grafen oxide) effektiv günəş elementləri və batareyaları, hidrogenin kimyəvi enerjisini elektrik enerjisinə çevirən ekoloji cəhətdən təmiz hidrogen yanacaq elementləri hazırlanmış və daxilinə fulleren yeləşdirilmiş məsaməli silisiumda işıq şüalanmasının 200 dəfəyədək artımı əldə edilmiş və izah olunmuşdur.
Elmi əsərlərinin adları

1. G. B.Abdullaev and T.D.Dzhafarov, Atomic Diffusion in Semiconductor Structures (Harwood Academic Publishers, London-Paris-New York, 1987) 340 p.

2. Г.Б.Абдуллаев, Т.Д.Джафаров, Атомная Диффузия в Полупроводниковых Структурах (Атомиздат, Москва, 1980) 280 с.

3. Т.Д.Джафаров, Дефекты и Диффузия в Эпитаксиальных Структурах (Наука, Ленинград, 1978) 207 с.

4. Т.Д.Джафаров, Фотостимулированные Атомные Процессы в Полупроводниках (Энергоатомиздат, Москва, 1987) 133 с.

5. Т.Д.Джафаров, Радиационно-стимулированная Диффузия в Полупроводниках (Энергоатомиздат, Москва, 1991) 287 с.

6. Т.Д.Джафаров, В.И.Фистуль и др. Физика и Материаловедение Полупроводников с Глубокими Уровнями (Металлургия, Москва, 1987) 230 с.

7. Tayyar Caferov, Yarıiletken Fiziği (Yıdız Teknik Ünivesitesi, İstanbul, 1998) 200 s.

8. Tayyar Cafer, Katıhal Elektroniği (Yıdız Teknik Ünivesitesi, İstanbul, 2000) 234 s.

9. ALTERNATIVE FUEL (collective monograph), ed. Maximina Manzonera, Chapter 13. T.D.Dzhafarov and S.A.Aydin, Nano-Porous Silicon-based Mini Hydrogen Fuel Cells, (INTECH, Rijeka, Croatia, 2011) pp.309-345, ISBN 978-953-307-372-9.

10. SOLAR CELLS – RESEARCH and APPLICATION PERSPECTIVES, ed. Dr.  Arturo Morales-Acevedo, Chapter 2, Tayyar Dzhafarov, Silicon Solar Cells with Nanoporous Silicon  Layer, (INTECH, Rijeka, Croatia, 2013), pp. 27-59.

11. Tayyar Dzhafarov, Porous Silicon and Solar Cells. Chapter in: Handbook of Porous Silicon (Ed. Leigh Canham), Springer International Publishing, Switzerland, 2015.

12. A.M.Pashaev, T.D.Dzhafarov. Physical foundation on nanoelectronics. Baku, 2014 (in Russian).

13. A.M.Pashaev, T.D.Dzhafarov. Physical foundation on microelectronics. Baku, 2014, 159 p. (in Azerbaijan language).

14. Tayyar Dzhafarov, Ayaz Bayramov, Porous Silicon and Solar Cells. Chapter in book: Handbook of Porous Silicon (Ed. Leigh Canham), Second Edicaton. Springer International Publishing AG 2017, 1479-1492

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

MDB və Avropa ölkələrinin Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası yanında “Elektronika Texnikasının Funksional Materialları” Elmi Şurasının büro üzvü

2006-2008-ci illərdə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Fizika» ixtisası üzrə Ekspert Şurasının sədri

2009-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Fizika" ixtisası üzrə doktorluq dissertasiyasının Müdafiəsi Şurasının sədr müavini

T.C.Cəfərov 2019-ildə Fizika İnstitunda yaradılmış ED 1.14 saylı Dissertasiya Şurasının üzvü

AMEA-nın Fizika İnstitutunda və AMEA-nın Xəbərləri nəşr olunan “Fizika” və “Xəbərləri” jurnallarında Redaksiya heyətinin üzvüdür.

Pedaqoji fəaliyyəti

1980-1993-cü illərdə Azərbaycan və Kimya Akademiyasında Ümumi Fizika və Yarımkeçiricilər Elektronikası dərslərini deyib.

1996-2004 illərində Qaradəniz Texnik Universitetində (Trabzon) və Yıldız Texnik Universitetində (Istanbul,Türkiyə), Yarımkeçiricilər fizikası, Optoelektronika, Yüksək-temperaturlu ifrat keçiricilər fizikası, Diffuziya prosesləri və s. kurslarından mühazirələr oxuyub.

2000-ci ildə Yüksək-temperaturlu ifrat-keçiricilər mövzusunda İtaliya Universitetində mühazirələr oxuyub və Per la Ricerca Di Base Universitetinin (Molize, İtaliya) Fəxri professoru seçilib.

2014-2015-ci illərdə Milli Aviasiya Akademiyasında «Mikroelektronikanın və nanoelektronikanın fiziki əsasları» mövzusunda mühazirələr oxuyub.

Digər fəaliyyəti T.C. Cəfərov bir sıra beynalxalq qrantların rəhbəri olub:

1. Grant of scientific and technical research council of Turkey (TUBITAK) for project “Thin Film Solar Cells” 1999-2001.

2. NATO Grant for project “Creation of the High-sensitive photo-detectors in the IR-spectral Range” 2002-2003.

3. DPT (Turkish state planning organization) Project 23-DPT-07-01-02 “Hydrogen production from boron compounds and development of fuel cells. Hydrogen diffusion in boron compounds”

4. STCU Grant for Project no: 3819 “Research and development of novel microelectronics gas sensors based on nanostructured porous-layers for environmental monitoring”, 2007-2009.

5. STCU Grant for Project no: 5585 “Development of novel nanoporous silicon-based hydrogen fuel cells”, 2011-2012.

6. Grant of Azerbaijan National Academy of Sciences: “Development and investigation of silicon solar cells”, 2010-2011.

7. AMEA-nın elmi-tədqiqat proqramları: “Zərrəcik detektorları və plazmonika üçün subdalğa qəfəsli nazik təbəqəli sistemlər”, 2018–2020

Təltif və mükafatları

SSRİ Elmlər Akademiyasının Fəxri fərmanı (1974)

AMEA-nın Fəxri fərmanı (2014)

Yıldız Texnik Universitetinin rektorluğu (Türkiyə, İstanbul) tərəfindən Təşəkkürnamə (2006)

"Şöhrət" ordeni (2020)

İş yeri və ünvanı AMEA, Fizika İnstitutu, AZ1143, Bakı ş., H. Cavid prospekti, 131
Vəzifəsi Laboratoriya rəhbəri
Xidməti tel. (+994 12) 5372965
Mobil tel . (+994 50) 3888869
Ev tel.  
Faks  
Elektron poçtu caferov@physics.ab.az