Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Həqiqi üzvlər

Babazadə Vasif Məmməd Ağa oğlu
Anadan olduğu yer Azərbaycan Respublikası, Bakı ş. 
Təvəllüdü 02.09.1938 
Bitirdiyi ali təhsil müəssisəsi Azərbaycan Dövlət Universiteti (hazırda Bakı Dövlət Universiteti) 
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru 
Elmi rütbəsi Professor
Namizədlik (PhD) dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı


04.00.14

Filiz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Kiçik Qafqazın ofiolit zolağında xromit filizləşməsinin əmələ gəlməsi və yerləşməsinin geoloji şəraiti (Azərbaycan SSRİ daxilində)
Doktorluq dissertasiyasının mövzusu:

-         ixtisas şifri

-         ixtisasın adı

-         mövzunun adı

 

04.00.14

Filiz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı

Sevan-Qarabağ zonasının endogen filiz formasiyaları (Kiçik Qafqazın Azərbaycan hissəsi)

Müxbir üzv seçilməsi

-         tarix

-         ixtisasın adı

1989

Geofizika, geokimya

Həqiqi üzv seçilməsi:

-         tarix

-         ixtisasın adı

2014

Geologiya

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı

-         xaricdə çıxmış elmi əsərlərinin sayı

-    beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı
350

 

80

    

35
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı  
Kadr hazırlığı:

-   fəlsəfə doktorlarının sayı

-   elmlər doktorlarının sayı

 

40
10
Əsas elmi nailiyyətləri Ofiolit qurşaqlarının metallogeniyasını işləyib hazırlamışdır;

Azərbaycanın filiz yataqlarının formasion analizini tətbiq etmişdir;

Filiz-maqmatik sistemləri məfhumunu geoloji ədəbiyyata daxil etmiş və onların vulkano-plutonik komplekslərdə ayrılma prinsiplərini göstərmişdir;

Kiçik Qafqazın civə qurşağının varlığını elmi şəkildə əsaslandırmışdır;

Kosmofotogeoloji, geofiziki, geokimyəvi və yerüstü geoloji tətqiqatların analizi nəticəsində «Azərbaycanın kosmotektonik xəritəsi»ni (miqyas 1: 600.000) və «Filiz yataqlarının proqnozlaşdırılması ilə Azərbaycanın regional çatlılıq xəritəsi»ni (miqyas 1: 600.000) tərtib etmişdir;

Azərbaycanın qızıl, mis, molibden, qurğuşun-sink (polimetal), xromit və sürmə civə, xromit və digər filiz yataqlarının yerləşmə qanunauyğunluqlarını müəyyən edərək onların proqnozlaşdırılması, axtarışı və qiymətləndirilmə meyarlarını təklif etmişdir.

Elmi əsərlərinin adları 1. Kiçik Qafqazın civə yataqlarının geologiyası. Bakı, 1974; 228 səh.

2. Mis və molibden-porfir yataqları. Bakı, 1990; 368 səh.

3. Azərbaycanın qızıl səpintiləri. Bakı, 2001; 155 səh.

4. Azərbaycanın filiz formasiyaları və metallogenik zonaları. Bakı, 2003; 276 səh.

5. Azərbaycan qızılı. Bakı, 2003; 424 səh.

6. Azərbaycanın mineral-xammal resursları. Bakı, 2005; 808 səh.

7. Nəcib metal filiz-maqmatik sistemləri. Bakı, 2012; 276 səh.

8. Endogen metallogeniya və Kiçik Qafqazın cənubunun nəcib metal filizləşməsinin proqnozu. Bakı, 2013; 316 səh.

9. Filiz sahələri və yataqlarının strukturları. Bakı, 2013. 288 səh.

10. Geoekoloji monitorinq. Bakı, 2014. 424 səh.

11. Ada qövsləri paleosisteminin qızılsaxlayan sulfid yataqları, onların metallogenik xüsusiyyətləri və geodinamik inkişaf şəraiti. Bakı, 2015; 400 səh.

12. Kosmik geologiyanın əsasları, Bakı, 2015; 350 səh.və b.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Rusiya EA Yer Elmləri Bölməsinin Stratiform yataqların geologiyası üzrə Regional işçi qrupun üzvü (Moskva);

Qafqaz Mineral Xammal İnstitutunun Elmi şurasının üzvü (Tbilisi);

AMEA-nın Yer Elmləri Bölməsi bürosunun üzvü;

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Geologiya-geofizika elmi-metodiki şurasının sədri;

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral-Xammal İnstitutunun Elmi şurasının üzvü;

Bakı Dövlət Universitetinin Elmi şurasının üzvü;

Bakı Universitetinin Xəbərləri (təbiət elmləri seriyası) jurnalının redaktoru;

AMEA-nın Xəbərləri (Yer elmləri bölməsi) jurnalının redaksiya heyətinin üzvü;

Bakı Dövlət Universitetinin Tədris-Metodiki Şurasının sədri;

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasi, Yer elmləri üzrə Elmi şuranın sədri;

AMEA-nın Elmi-nəşriyyat şurasının sədr müavini.

Pedaqoji fəaliyyəti BDU-da professor
Digər fəaliyyəti «Yerin təki haqqında» Qanunun əsas müəlliflərindən biri (1998);

«Təhsil haqqında» Qanunun hazırlanmasında bilavasitə iştirak etmişdir (2009)

Təltif və mükafatları 1. Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1978);

2. Əməkdar elm xadimi (2000);

3. "Şöhrət" ordeni (2009);

4. AMEA-nın akademik Musa Əliyev adına mükafatı (2017).

İş yeri və ünvanı Bakı Dövlət Universiteti, Geologiya fakültəsi, Z.Xəlilov, 23
Vəzifəsi Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri; Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri
Xidməti tel. (+994 12) 5390448
Mobil tel . (+994 50) 3332049
Ev tel. (+994 12) 4926778
Faks  
Elektron poçtu vbabazade38@gmail.com,

vbabazade38@yahoo.com,

vbabazade1938@mail.ru