Anadan olduğu yer | Azərbaycan Respublikası, Şəki rayonu, Baş Göynük kəndi | |
Təvəllüdü | 10.02.1939 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Tarix fakültəsi | |
Elmi dərəcəsi | Tarix elmləri doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
5503.02, 5502.01 Vətən tarixi, Ümumi tarix Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri) |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
5503.02, 5502.01 Vətən tarixi, Ümumi tarix Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri) |
|
Müxbir üzv seçilməsi:
- tarix - ixtisasın adı |
26.04.2007 Tarix |
|
Həqiqi üzv seçilməsi:
- tarix - ixtisasın adı |
02.05.2017 Tarix |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
1000-dən çox |
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | ||
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
62 11 |
|
Əsas elmi nailiyyətləri |
- Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV‐XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarıb. - Onun hazırladığı “Ata yurdu” dərsliyi 2003‐cü ildə Azərbaycan tarixinə aid yeni elmi baxışa və dərslik mədəniyyətində uğurlu səhifə açdığına görə “İlin dərsliyi” seçilib. - Yaqub Mahmudovun baş redaktoru olduğu “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” (2 cilddə, Bakı, 2004-2005) cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. - Onun həmmüəllifi olduğu “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabında (7 dildə) ilk dəfə olaraq Qarabağ tarixi bütöv halda - ən qədim dövrlərdən bu günədək təkzibolunmaz sənədlər və fotoşəkillər əsasında şərh olunub. - İlk “Azərbaycan tarixi atlası”nın (Bakı, 2007) xüsusi məzmunu Yaqub Mahmudovun rəhbərliyi və redaktəsi ilə işlənilib. - Onun rəhbərliyi ilə “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi reallaşıb və respublikaya Türkiyə, Rusiya, Gürcüstan, Fransa, Böyük Britaniya, Almaniya, Hindistan və digər ölkələrdən on minlərlə arxiv sənədi gətirilib. - Tarixçi alimin həmmüəllifi olduğu “Heydər Əliyev” ikicildliyi (Bakı, 2013) Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür. - Onun həmmüəllifi olduğu “Azərbaycan Respublikasının tarixi” ikicildliyi (Bakı, 2016) Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür. - Yaqub Mahmudovun elmi redaktor və naşiri olduğu “Azərbaycan tarixi xəritələrdə” atlası (Bakı, 2022) Azərbaycan tarixinə dair ilk fundamental atlasdır. - O, diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə elmi məktəblər yaradıb. |
|
Elmi əsərlərinin adları |
O, Azərbaycanın diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı‐ayrı dövrlərinə dair 1000‐dən çox monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə və s. nəşrlərin müəllifidir. Əsas elmi əsərləri: 1. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Bakı: ADU, 1986. 2. Взаимоотношения государств Аккоюнлу и Сефевидов с западноевропейскими странами (II половина XV - начало XVII века). Баку: Издательство Бакинского университета, 1991. 3. Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklər). Bakı: Azərbaycan Universiteti, 1996. (türk, ingilis, rus və italyan dillərində də nəşr olunub) 4. Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti. Bakı: "Təhsil", 2002. 5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. Bakı: "Lider nəşriyyat", 2004-2005. (baş redaktor) 6. Azərbaycan: qısa dövlətçilik tarixi. Bakı: "Təhsil", 2005. (rus, ingilis, urdu və ukrain dillərində də nəşr olunub) 7. Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı: "Təhsil", 2005. (türk, rus, ingilis, ərəb, fransız və alman dillərində də nəşr olunub – həmmüəllif) 8. Naxçıvan: tarixi və abidələri. Bakı: "Təhsil", 2007. (Azərbaycan və ingilis dillərində – həmmüəllif) 9. Azərbaycan tarixi atlası. Bakı: Bakı Kartoqrafiya Fabriki, 2007. (baş redaktor) 10. İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı: "Çaşıoğlu", 2009. (türk, ingilis, rus, rumın, italyan, ərəb, ispan və alman dillərində də nəşr olunub – baş redaktor, giriş məqaləsi və son sözün müəllifi) 11. Heydər Əliyev ideyalarının zəfər yürüşü. Bakı: "Təhsil", 2011. (rus və ukrain dillərində də nəşr olunub) 12. Şuşa‐Pənahabad. Bakı: "Təhsil", 2012. (layihə rəhbəri və ön sözün müəllifi) 13. Heydər Əliyev. 2 cilddə. Bakı: Turxan NPB, 2013. (layihə rəhbəri, elmi redaktor, giriş məqaləsi və son sözün müəllifi) 14. İlham Əliyev və Azərbaycan tarix elmi. Bakı: Turxan NPB, 2014. 15. Real tarix və "böyük Ermənistan" uydurması. Bakı: Turxan NPB, 2014. (türk, rus, ingilis, gürcü, ərəb, fars, alman, ispan, fransız və ibri dillərində də nəşr olunub) 16. Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır. Bakı: Turxan NPB, 2015. (Azərbaycan, rus və ingilis dillərində) 17. Azərbaycan Respublikasının tarixi. 2 cilddə. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. (layihə rəhbəri və elmi redaktor) 18. Azərbaycan xalqına qarşı 1918‐ci il soyqırımları. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016. (elmi redaktor və ön sözün müəllifi) 19. Saxtakarların yalançı elmi, yaxud ermənisayağı "tarix". Bakı: Turxan NPB, 2019. (rus, ingilis və gürcü dillərində də nəşr olunub) 20. Azərbaycan tarixi xəritələrdə. Atlas. Bakı: Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2022. (elmi redaktor, ön sözün müəllifi və naşir) |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü |
1. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü; 2. BDU-nun Tarix fakültəsinin Elmi Şurasının üzvü; 3. AMEA-nın Tarix və Etnologiya İnstitutunun nəzdindəki Dissertasiya Şurasının üzvü; 4. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü; 5. Beynəlxalq Aytmatov Akademiyasının həqiqi üzvü; 6. Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü; 7. İtaliyanın Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü; 8. Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü; 9. İtaliyanın Bonifasiana Akademiyasının həqiqi üzvü; 10. Elmlərin İnkişafı üzrə Müstəqil İsrail Akademiyasının həqiqi üzvü; 11. Türk Tarix Qurumunun fəxri üzvü. |
|
Pedaqoji fəaliyyəti |
Yaqub Mahmudov 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent, 1981-2004-cü illərdə isə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini və dekan işləyib. 1991-ci ildən BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir və həmin kafedranın formalaşması onun adı ilə bağlıdır. O, Azərbaycan Respublikasının yeni təhsil sisteminin yaradılması işində, o cümlədən qəbul proqramlarının tərtibində və təkmilləşdirilməsində, test bankının yaradılmasında, fənlər üzrə metodiki vəsaitlərin hazırlanmasında fəal iştirak edib. 1991-ci ildə onun rəhbərliyi ilə orta ümumtəhsil məktəbləri üçün ilk “Azərbaycan tarixi” proqramı nəşr olunub. 1991-1992-ci illərdə Təhsil Konsepsiyası və Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərsliklərinin (orta ümumtəhsil məktəbləri üçün) yaradılması da tarixçi alimin adı ilə bağlıdır. |
|
Digər fəaliyyəti |
Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasında (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası) sədr müavini və "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində baş direktor, 2004-2021-ci illərdə isə AMEA-nın Tarix və Etnologiya İnstitutunda direktor işləyib. O, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü olub və YAP‐ın I və III qurultaylarında çıxış edib. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Prezident seçkilərində Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olub və onların bir sıra rəsmi dövlət səfərlərində iştirak edib. YAP Veteranlar Şurasının üzvüdür. |
|
Təltif və mükafatları |
1. Azərbaycan Respublikası: - Əməkdar elm xadimi; - "Şöhrət" ordeni; - "Şərəf" ordeni; - Dövlət Mükafatı; - 1‐ci dərəcəli "Əmək" ordeni; - "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı; - "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918‐2018)" yubiley medalı; - "Azərbaycan Polisinin 100 illiyi (1918‐2018)" yubiley medalı; - "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918‐2018)" yubiley medalı; - "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919‐2019)" yubiley medalı; - "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919‐2019)" yubiley medalı; - "Bakı Dövlət Universitetinin 100 illiyi (1919‐2019)" yubiley medalı; - AMEA‐nın Abbasqulu ağa Bakıxanov adına mükafatı; - "Yusif Məmmədəliyev", "Rəsul Rza", "Qızıl qılınc", "Qızıl qələm", "Samir Əsgərxanov", "Humay", "Gənclərin dostu" və "Ekologiyanın dostu" mükafatları. 2. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası: - "Beynəlxalq Qızıl Ulduz" medalı; - Beynəlxalq Atatürk Mükafatı; - 2019-cu il üçün "Türk dünyasında ilin elm adamı" Beynəlxalq mükafatı; - "İstiqlal" ordeni; - 2022-ci il üçün "Türk dünyasında ilin adamı" Beynəlxalq mükafatı. 3. Avropa Təbiət Elmləri Akademiyası: - "Qotfrid Vilhelm Leybnits" medalı; - "Fəxri Legion" ordeni; - "Fenomen" ("Leonardo da Vinçi") ordeni; - 2022-ci il üçün "Avropada ilin alimi" Beynəlxalq mükafatı. 4. Millətlərin Birləşmiş İctimai Təltif Şurası (UN Council for Public Awards ‐ UNCOPA): - "XXI əsrin lider şəxsiyyəti" Beynəlxalq mükafatı; - "Lider" ordeni; - "Avropa xidmət" ordeni; - "Avropa lideri ulduzu" ordeni; - "Sülh səfiri" fəxri titulu. 5. Digər təltifləri: - Dağıstan Respublikasının əməkdar elm xadimi; - Oksford Akademik Birliyinin fəxri professoru; - "Ən yaxşı baş menecer" fəxri adı; - "Kraliça Viktoriya" Beynəlxalq mükafatı; - "Ataman Anton Qolovatıy" ordeni. |
|
İş yeri və ünvanı |
AMEA-nın Rəyasət Heyəti, AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30; BDU, AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33. |
|
Vəzifəsi |
AMEA-nın müşaviri; BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri. |
|
Xidməti tel. | ||
Mobil tel. | (+994 50) 2116539 | |
Ev tel. | ||
Faks | ||
Elektron poçtu | ymahmudov@mail.ru |