Anadan olduğu yer | Azərbaycan Respublikası, Bakı şəhəri, Buzovna kəndi | |
Təvəllüdü | 25.06.1940 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Dövlət Universiteti | |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
İqtisadiyyat Əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları |
|
Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
Əmək məhsuldarlığının yüksəldilməsi problemləri və əhalinin məşğulluğu strukturunun təkmilləşdirilməsi (Azərbaycan SSR-nin timsalında) |
|
Müxbir üzv seçilməsi:
- tarix - ixtisasın adı |
1980 İqtisadiyyat |
|
Həqiqi üzv seçilməsi:
- tarix - ixtisasın adı |
1989 İqtisadiyyat |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı | 500-dən çox | |
Xaricdə çıxmış elmi əsərlərinin sayı | 100-ə yaxın | |
Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı | 50-dən çox | |
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | ||
Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
52 |
|
Əsas elmi nailiyyətləri | Z.Səmədzadənin ötən əsrin 70-ci illərində Azərbaycanın iqtisadiyyatında əmək məhsuldarlığının dinamika və səviyyəsi, onun əsas amillərinin, iqtisadiyyatda struktur dəyişikliyi ilə qarşılıqlı əlaqəsinin sistemli təhlili, iqtisadiyyatın strukturunun prioritet istiqamətləri barədə dolğun elmi konsepsiyanın formalaşması bilavasitə akademik Ziyad Səmədzadənin fəaliyyəti ilə bağlıdır.
Qeyd edilən problemlərə həsr edilmiş elmi əsərlər silsiləsinə görə alim 1974-ci ildə elm və texnika sahəsində Lenin Komsomolu mükafatı laureatı adına layiq görülmüşdür. Z.Səmədzadənin iqtisadi inkişafın, milli gəlirin sürəti və proporsiyaları, əmək ehtiyatlarının sahə, ərazi quruluşu, urbanizasiya, səmərəlilik problemlərinin tədqiqinə həsr edilmiş sanballı monoqrafiyaları iqtisad elminə layiqli töhfə sayılır. Onun adı çəkilən istiqamətlər üzrə dərin elmi araşdırmaları keçmiş Sovetlər İttifaqının nüfuzlu alimləri, elm dairələri tərəfindən zəruri orijinal tədqiqat işi kimi qiymətləndirilmişdir. Ziyad Səmədzadənin elmi rəhbərliyi və bilavasitə iştirakı ilə keçən əsrin 80-ci illərində hazırlanan «Demoqrafik inkişaf və əmək ehtiyatlarından istifadə», «Dağ rayonlarının sosial-iqtisadi inkişafı», «Material tutumu», «Enerji tutumu» adlı məqsədli proqramlar özünün konkretliyi və ünvanlı olması, hər bir şəhər və rayon, sahələr üzrə məqsədlərə nail olma mexanizminin mövcudluluğu ilə fərqlənib. Alimin çoxcəhətli elmi fəaliyyətində respublika regionlarının, o cümlədən bu gün üçün də öz əhəmiyyətini saxlayan Bakının sosial-iqtisadi inkişafının aktual problemlərinin tədqiqi mühüm yer tutur. Bu araşdırmalar əsasında ötən əsrin 80-ci illərində 45 çap vərəqi həcmində Bakının social-iqtisadi inkişafına həsr olunmuş əsər dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim edilmişdi. Akademik Ziyad Səmədzadə əsrin 80-ci illərinin yarısında erməni millətçilərinin Qarabağın «sosial-iqtisadi geriliyi haqqında» ittihamlarının əsassız olduğunu sübut edən araşdırmalar aparmış, elmi-ictimaiyyətdə geniş əks-səda doğurmuş «Dağlıq Qarabağ: naməlum həqiqətlər», «Naqornıy karabax: neizvestnaya pravda» adlı kitablarını nəşr etdirmişdir. Z.Səmədzadə ilk iqtisadçı alim olaraq ötən əsrin 80-ci illərinin ikinci yarısında SSRİ-nin tərkibində olan Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinin araşdırılması ilə məşğul olur. Alim SSRİ və digər müttəfiq respublikalar üzrə külli miqdarda müqayisəli materiallar əsasında mürəkkəb elmi hesablamalar apararaq mərkəzləşdirilmiş sovet inzibati sisteminə xas ciddi qüsurları üzə çıxardı və sübut etdi ki, Azərbaycanın iqtisadi-texniki və əmək potensialı onun iqtisadi müstəqil bir respublika kimi yaşamağına əsas verir. 1989-cu ildə akademikin rəhbərliyi ilə Azərbaycanın iqtisadi müstəqilliyi problemlərinə həsr olunmuş Azərbaycanın İqtisadi Müstəqilliyi haqqında Qanun layihəsi mühüm bir elmi praktik konfrans keçirildi, müvafiq tövsiyələr hazırlandı və bir müddət sonra qəbul edildi. Akademik Ziyad Səmədzadənin bu problemlə bağlı yaratdığı qərargahın keçirdiyi çoxsaylı disputlar, seminarlar, “dəyirmi masa” yığıncaqları, nəşr etdirdiyi məqalələr, radio və televiziya ilə çıxışları heç şübhəsiz, alimin fəaliyyətinin çox mühüm mərhələləridir. Akademikin baş elmi redaktəsi ilə ümumi həcmi 2500 səhifəyə bərabər olan “Azərbaycan XXI əsrin astanasında” 3 cildliyi nəşr edilmişdir. 3 cildliyə daxil edilmiş elmi düşüncələri mahiyyət etibarı ilə XXI əsrin mürəkkəb problemlərinin həllində Azərbaycan elminin inkişafının prioritet istiqamətləri kimi qiymətləndirilmişdir. “Böyük yolun mərhələləri” adlı irihəcmli fundamental monoqrafiyasında (rus dilində, 2004-cü il) 1950-2000-ci illərdə Azərbaycan iqtisadiyyatının keçdiyi yol sistemli təhlil edilmiş, ölkə iqtisadiyyatının strukturunda baş verən dəyişikliklər dərindən və əsaslandırılmış şəkildə tədqiq edilərək ümumiləşdirilmiş, gələcək prioritetlər barədə fikirlər açıqlanmışdır. SSRİ Dövlət Plan Komitəsinin keçmiş sədri N.Baybakovun, akademik L.Abalkinin fikrincə, bu əsəri XXI əsrin ikinci yarısında Azərbaycanın iqtisadi inkişafı barədə əsl ensiklopedik əsər kimi xarakterizə etmək olar. Ziyad Səmədzadənin dövlətin iqtisadi təhlükəsizliyi probleminə həsr edilmiş müstəqilliyin ilk illərində apardığı tədqiqatları, məqalələri, elmi ideya və məruzələri mahiyyət etibarı ilə, respublikada iqtisad elminin bu yeni istiqamətinin yaranmasının əsasını təşkil etmişdir. Akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən ilk alim hesab edilir. “Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi” (2001-ci il), “Çin qlobal dünya iqtisadiyyatında” (2009-cu il), “Kitay v qlobalnoy mirovoy ekonomike” (2010-cu il) əsərləri həm də keçid dövrünü adlayaraq dünyəvi bir dövlətə çevrilmiş Azərbaycan iqtisadiyyatının daha modern əsaslarda davamlı inkişafını təmin etmə və möhkəmləndirmədə beynəlxalq təcrübədən hərtərəfli faydalanmaq zərurətlərindən irəli gəlmişdir. 40 ildən artıqdır ki, alim çoxsaylı beynəlxalq simpozium və konqreslərdə çıxış edən alim geniş elmi diapazona malik olduğunu nümayiş etdirir, Azərbaycanın müasir iqtisadiyyat elmi üzrə özünün ideya və baxışlarını bəyan edir, milli maraqların qorunmasını əsas götürməklə onun dünya iqtisadiyyatına inteqrasiya edilməsi imkanları və bunun yolları barədə sanballı elmi məruzələri ilə diqqəti cəlb edir və etməkdədir. Z.Səmədzadə yeni ideya və üsulların, müasir iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. Bu ideyalar akademikin 1981-1992-ci illərdə baş redaktoru olduğu “Azərbaycanın xalq təsərrüfatı” jurnalının səhifələrində ardıcıl şərh edilir. 1999-cu ildən akademik “İqtisadiyyat” adlı qəzeti təsis etmiş və onun nəşrinə başlamışdır. Akademik Z.Səmədzadə ölkənin bütün iqtisadçı alimlərini, politoloqlarını və mütəxəssislərini bu nəşrin işinə cəlb etməyə, əsl yaradıcı kollektiv yaratmağa müvəffəq olmuşdur. Yeddicildlikdə ilk dəfə olaraq ölkəmizdə azad bazar sisteminin formalaşmasının bütün aspektləri barədə ətraflı yazılar verilmiş, 200 il ərzində, xüsusilədə müstəqillik dövründə Azərbaycan iqtisadiyyatında baş vermiş dəyişikliklər təhlil edilmiş, inkişaf strategiyasının əsas hədəfləri açıqlanmışdır. “Böyük İqtisadi Ensiklopediya” da bəşəri iqtisad elminin keçdiyi mərhələlər ətraflı nəzərdən keçirilmiş, dünya iqtisad elmində formalaşmış iqtisadi baxışların müasir dünya və milli maraqlar baxımından qiymətləndirilməsinə cəhdlər edilmişdir. İqtisadi proseslər, iqtisadi terminlərin mahiyyətinin daha yaxşı mənimsənilməsi məqsədi ilə 1500-dən çox sxem, cədvəl, qrafik və şəkildən istifadə edilmişdir. Dünyada iqtisadi enisklopediyaların buraxılışı nadir hadisələrdən sayılır. Oxuculara təqdim edilən 7 cildlik “Böyük İqtisadi Ensiklopediya” isə özünün əhatə dairəsi, strukturu, əyani vasitələrdən istifadə səviyyəsinə görə Avropa, MDB məkanında ilk çoxcildlikdir. |
|
Elmi əsərlərinin adları | 1. Bakı nefti: qələbənin açarı - şərəfli keçmiş, işıqlı gələcək (1945-2015)”, 2016-cı il, 445 ç.v.;
2. «Нефть Баку: ключ к победе –славное прошлое, яркое будущее»), 2015-ci il, 440 ç.v. 3. Z.Səmədzadənin ideya müəllifi və baş redaktorluğu ilə, Azərbaycan iqtisadçılar İttifaqı, 7 cildlik “Böyük İqtisadi Ensiklopediya”, Bakı 2012; 2015; 4. “Китай в глобальной мировой экономике”, Баку, 2010, 631 с.; 5. Böyük Vətən müharibəsinin 65-ci ildönümünə həsr olunmuş “Победители. Азербайджан в годы Великой Отечественной войны” layihəsinin rəhbəri və redaktoru (2010), s. 122; 6. Азербайджан-Беларусь. Стратегическое партнерство :Спец. вып. газеты “İqtisadiyyat” /ред. З.Самедзаде.- Баку, 2010, 96 с.; 7. “Çin qlobal dünya iqtisadiyyatında”, Bakı, 2009, 607 s.; 8. “Xüsusi iqtisadi zonalar: formalaşma və inkişaf aspektləri” elmi-praktik konfransın materialları, elmi redaktor və kollektiv müəlliflər, Bakı, 2007. 9. XXI əsr Azərbaycan nəqliyyatı iqtisadi inkişaf strategiyasının ən mühüm tərkib hissəsidir mövzusunda keçirilən respublika elmi-praktik konfransın materialları, elmi redaktor və kollektiv müəlliflər - Bakı, 2006, s. 104. 10. Azərbaycanın sosial-iqtisadi inkişafında yeni keyfiyyət mərhələsi: Nəticələr, perspektivlər, proqnozlar // elmi redaktor və kollektiv müəlliflər, Azərbaycan, 2006. 11. Победа была бы невозможна без бакинской нефти /глав. ред. и руковод. проекта З.Самедзаде.- Баку, 2005.- 103 с. 12. “Этапы большого пути” (“Böyük yolun mərhələləri” – “Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər”), (58,5 ç.v.), (2004-cü il); 13. Материалы I Азербайджано-Российского экономического форума “Азербайджано-Российские торгово-эконономические отношения: тенденции и перспективы их развития”, редактор и коллектив авторов. Баку: Нурлан, 2004. 14. Xaçmaz. Azərbaycanı dəyişən 10 il. Regionların tarazlı inkişafı 224 s.- 2014; 15. Xaçmaz. Dinamik, tarazlı, keyfiyyətli inkişaf, 2003-2013. - 224 s. (2013); 16. “Qloballaşma prosesində Qafqaz və Orta Asiya” beynəlxalq konfransın materialları, elmi redaktor və kollektiv müəlliflər, Bakı 2003, səh. 322; 17. “Planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid və iqtisadi inkişaf modelləri” mövzusunda beynəlxalq elmi-nəzəri konfransın materialları, elmi redaktor - Bakı: Gənclik, 2003.- S. 344. 18. İqtisadi tərəqqiyə həsr edilən ömürlər, Bakı, Gənclik, 2002, səh.395. 19. Dünya iqtisadiyyatı: Çin iqtisadi möcüzəsi”, Bakı, 2001, 317 s. 20. Azərbaycan XXI əsrin astanasında /Z.Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə. Bakı, 1998; 21. Azərbaycan XXI əsrin astanasında /Z.Səmədzadə.- Bakı, 1997. - C.1.- 856 s.; 22. “Azərbaycan Respublikasının elmi kadrları: bank məlumatları”, Bakı, 1997, 140 s.; 23. Нагорный Карабах: неизвестная правда /З.Самедзаде.- Баку, 1995.- 83 с. 24. Dağlıq Qarabağ: Naməlum həqiqətlər: Regionun sosial-iqtisadi və demoqrafik inkişafının bəzi cəhətləri haqqında /Z.Səmədzadə, Bakı, 1995.- 57 s.; 25. Azərbaycan SSR-in iqtisadi müstəqilliyi, onun təsərrüfat hesabına və özünümaliyyələşdirməyə keçməsi konsepsiyası.- Bakı, 1989, 75 s. 26. Onuncu beşillikdə Azərbaycanın sosial-iqtisadi inkişafı /A.Musayevlə - Bakı, 1981.- 239 s. 27. Bakının sosial-iqtisadi inkişafı, (rus dilində) elmi redaktor və kollektiv müəllif, Bakı 1981, 580 s. 28. Структура и эффективность общественного производства, Баку, Елм, 1980г.; 29. SSRİ əhalisinin regional problemləri və əmək ehtiyatları (rus dilində), Moskva, 1978, 287 səh.; 30. Azərbaycan SSR-in 1976-1990-cı illərdə məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemi, Azərbaycan Dövlət Plan Komitəsi, I, II cildlər, elmi redaktor və kollektiv müəlliflər, Bakı 1978. 560 s. 31. Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyası (1976-1990), F.Fərəcovla birlikdə xidməti istifadə üçün, Bakı, 1977, 30 s. 32. “Zaqafqaziya iqtisadi regionunun məhsuldar qüvvələrinin yerləşdirilməsinin əsas istiqamətləri (Azərbaycan SSRİ-in perspektivdə sosial-iqtisadi inkişafının bəzi aspektləri haqqında)”, Tbilisi, 1974, 262 s.; 33. “Azərbaycan SSRİ-də əmək məhsuldarlığı və əhalinin məşğulluğunun sahə quruluşu”, Bakı, 1973, 204 s. 34. Актуальные региональные проблемы производительности труда и ароднохозяйственных пропорций экономического развития: [для служебного пользования], Mockва, 1973.- 96 с. 35. Elmi-texniki tərəqqi və ictimai istehsalın səmərəliliyi / kollektiv müəlliflər, Bakı, 1972.- 72 s. 36. Производительность труда в совхозах: (по матер. Азербайджанской ССР) /З.Самедзаде //АН Азерб. ССР. Ин-т экон.- Баку: Изд-во Азерб. АН ССР, 1966.- 124 с. 37. Производительность труда и пути ее повышения в совхозах Автореф.дисс.канд.экон.наук /З.Самедзаде //Ин-т экон. АН СССР.- М., 1965.- 16 с. 38. Azərbaycan SSR-in pambıqçılığında əmək məhsuldarlığı, kollektiv müəlliflər, Bakı, 1963. 245 s. 39. Sosialist kənd təsərrüfatında əmək məhsuldarlığı və onun yüksəldilməsi yolları, Bakı, 1962. 45 s. |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | 1. Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü seçilmişdir (2003-cü ildə);
2. Avropa Beynəlxalq Akademiyasının Azərbaycan bölməsinin akademiki seçilmişdir (2011) |
|
Pedaqoji fəaliyyəti | BDU-nun professoru | |
Digər fəaliyyəti | TRACECA proqramı ilə bağlı Azərbaycan Respublikası nümayəndə heyətinin başçısı kimi Brüsseldə keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış etmiş, Qədim İpək Yolunun bərpası ilə bağlı Azərbaycan hökuməti adından Brüssel bəyannaməsini imzalamışdır. (1993-cü il, 5-7 may)
Beynəlxalq İqtisadçılar İttifaqının vitse-predizenti (2006) Azərbaycan İqtisadçılar İttifaqının prezidenti (1991) “İqtisadiyyat” qəzetinin təsisçisi (1999) |
|
Təltif və mükafatları | 1. Elm və Texnika sahəsində Azərbaycanın Lenin Komsomolu mükafatı laureatı (1974);
2. “Qırmızı Əmək Bayrağı” ordeni (1986); 3. Belarus ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsinə əhəmiyyətli töhfəsinə görə Belarus Respublikasının Prezidentinin Sərəncamı ilə Fransisk Skorina medalı; 4. Beynəlxalq İqtisadçılar İttifaqının "Qızıl qələm" mükafatı (2010); 5. Beynəlxalq İqtisadçılar İttifaqının Gümüş medalı (2015); 6. AMEA-nın Fəxri fərmanı (2000, 2010, 2015); 7. ARDNŞ-nin Fəxri fərmanı (2013); 8. Humay mükafatı (2013); 9. “Şöhrət” ordeni (2010-cu il) 10. “Şərəf” ordeni (2015-ci il) |
|
İş yeri və ünvanı | Azərbaycan Respublikası Milli Məclis | |
Vəzifəsi | İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri | |
Xidməti tel. | (+994 12) 4372021 | |
Mobil tel. | (+994 50) 2119423,
(+994 50) 2889423 |
|
Ev tel. | (+994 12) 4922297 | |
Faks | ||
Elektron poçtu | samedzade_ziyad@meclis.gov.az |