Veb-sayt | ||
Anadan olduğu yer |
Azərbaycan Respublikası, Bakı şəhəri |
|
Təvəllüdü | 05.12.1959 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tarix fakültəsi | |
Elmi dərəcəsi | t.ü.f.d. | |
Elmi rütbəsi | dosent | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
5102.01 12.07.2005 Etnoqrafiya və etnologiya XIX-XX əsrin əvvəllərində İrəvan quberniyası əhalisinin etnik tərkibinin dəyişilməsi (etnodemoqrafik və etnocoğrafi tədqiqat) |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
63 15 9 |
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | 1 | |
Kadr hazırlığı: - fəlsəfədoktorlarının sayı |
||
Əsas elmi nailiyyətləri | Tarixşünaslıqda ilk dəfə Çuxursəədin etnologiya, etnik demoqrafiya, tarixi coğrafiya, etnik statistika, etnosiyasi tarixinin, həmçinin əhalinin sayı və etnik tərkibinin dinamikası və Azərbaycanın etnik proseslərində etnoslararası qarşılıqlı təsirinin problemlərini araşdırmış, nəticəsində ilk dəfə qədim zamanlardan Çuxursəədin Azərbaycana aid olmasını sübut etmişdir.Həmin problemlər üzrə ilk dəfə aşağıdakı məsələlərin kompleks tədqiqatının təcrübəsini həyata keçirmişdir:
1) Azərbaycanın tarixi coğrafiyasında və Azərbaycan etnogenezində Çuxursəədin yeri və əhəmiyyəti; əyalətlərin inzibati-ərazi tərkibi və onların Çuxursəəd vilayətinin / İrəvan quberniyasının tərkibində olması vaxtı; Azərbaycan etnogenezinin əsas mərhələləri və orta əsrlərdə Azərbaycanlıların etnik ərazisi; tarixi retrospektivdə Azərbaycanlıların etnonimiyası; 2) əhalinin qeydiyyata alınmasının tarixi və təşkili, sayımların keçirilməsinin prinsip və üsulları;əhalini qeydiyyata almada həqiqətə uyğunluq, tam uçota alınmamanın səbəbləri və xəta səviyyəsi, əhali arasındakı kateqoriyalar; etnik statistikanın xarakteristikası və Qafqaz xalqlarının etnoloji təsnifatı; 3) regionda müsəlmanlarla xristianlar arasındakı demoqrafik balansın dəyişdirilməsi üzrə Rusiyanın apardığı siyasəti; XVI-XVIII əsrlərdə, 1801-1922-ci illərdə Çuxursəəd əyalətləri olan İrəvan, Naxçıvan, xüsusən də Pəmbək-Şörəyelin əhalisinin sayı və etnik tərkibinin dinamikası; 1801-1831-ci illərdə İrəvan quberniyasında miqrasiyaların istiqaməti və miqrantların sayı; quberniyanın hər bir əyaləti üzrə əhalinin yerləşməsinin xarakteristikası; 4) 1826-1991-ci illərdə indiki Ermənistanın ərazisində əhalinin sayı və etnik tərkibinin dinamikası, həmçinin 1948-1953-cü və 1988-ci illər deportasiyası ərəfəsində azərbaycanlıların sayı; XIX əsrdə Ermənistanın yaşayış məntəqələri üzrə etnosların məskunlaşmasının xarakteristikası; 1918-1920-ci illərdə Ermənistanın müsəlman əhalisinin məhv edilməsi siyasəti; erməni istilaçı siyasəti Naxçıvan MSSR-nın yaradılmasında amili kimi; 5) erkən orta əsrlərdə Cənubi Qafqazın etnosiyasi tarixinə Avrasiya köçərilərinin təsiri; Krım və Qafqaz müsəlmanlarının Türkiyə və İrana və xristiyanların, həmçinin ermənilərin, onların yerlərinə miqrasiya axınlarının sayı; XIX-XX əsrlərdə Qafqazda etnoərazi dəyişdirmələri; 1918-1920-ci illərdə İrəvan quberniyası, Qars vilayəti və bütövlükdə Cənubi Qafqazın müsəlmanlarının arasında insan itkilərinin sayı; Ermənistan azərbaycanlılarının və kürdlərinin və bütövlükdə sovet müsəlmanlarının etnosiyasi vəziyyətinin sovet-türk münasibətlərinin xarakterindən asılılığı; 6) Azərbaycanın etnik proseslərində kiçik xalqların və milli azlıqların etnoslararası qarşılıqlı təsirinin etnoloji və etnodemoqrafik aspektləri; Azərbaycandakı İran- və Qafqazdilli etnik qruplarının say dinamikası; 7) Sünikin cənub-qərb sərhədi və ərazisi; Qarabağ vilayətinin etnik tarixi və demoqrafiyasının rekonstruksiyası; Zəngəzurun tarixi coğrafiyası və demoqrafiyası; şimali Azərbaycan xristiyanlarının etnodil xarakteristikası. 8) 2005-ci ildə Lev Nusenbaum – Məhəmməd Əsəd bəy – Qurban Səidin şəxsiyyət kimi sirrinin açılması və “Əli və Nino” romanının müəllifliyini birmənalı aydınlaşdıran yazıçının həyatının Bakı dövrü ilə bağlı arxiv sənədlərini tapıb araşdırmışdır. |
|
Elmi əsərlərinin adları |
|
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | ||
Pedaqoji fəaliyyəti | 1994-1995-ci illərdə Azərbaycan Dövlət Mühəndis-İnşaat Universiteti, 2005-2006-cı və 2013-2014-cü illərdə Əmək və Sosial Münasibətlər Akademiyası və 2011-2012-ci illərdə Xəzər Universitesinin Arxeologiya və Tarix Departamentində Azərbaycan tarixi, 2006-2008-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Tarix fakültəsində Etnoqrafiya, Antropologiya, Arxeologiya, Türk xalqları tarixi və Slavyan ölkələri tarixi fənlərindən mühazirələr oxumuş və seminarlar keçirmişdir. | |
Digər fəaliyyəti |
Türkiyə, Rusiya, Türkmənistan, Gürcüstan və Azərbaycanda keçirilən beynəlxalq və yerli elmi konfrans, simpozium, seminar, sessiya və dəyirmi masaların iştirakçısıdır. Azərbaycanda aparılan etnoqrafik ekspedisiyalarının, həmçinin 2000-2001-ci illərdə Almaniyanın Maks Plank adına elmi tədqiqatlar Cəmiyyətinin Sosial antropologiya İnstitutunun təşkil etdiyi beynəlxalq etnoqrafik ekspedisiyalarının iştirakçısıdır. 2008-2010-cu illərdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin etnoqrafiya sahəsində ekspert-məsləhətçidir. Etnoqrafiya, tarix, demoqrafiya və etnoslararası münasibətlər üzrə TV və radioverilişlərin iştirakçısıdır. |
|
Təltif və mükafatları | ||
Əsas iş yeri və ünvanı | AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu AZ1073, Bakı ş., H.Cavid pr. 115 | |
Vəzifəsi | Aparıcı elmi işçi | |
Xidməti tel. | ||
Mobil tel. | (+994 55) 7678835 | |
Ev tel. | (+994 12) 4936231 | |
Faks | ||
Elektron poçtu | rafiksafarov@mail.ru |