Veb-sayt | ||
Anadan olduğu yer | Azərbaycan Respublikası, Naxçıvan MR, Culfa rayonu, Teyvaz kəndi | |
Təvəllüdü | 25.08.1965 | |
Bitirdiyi ali təhsil müəssisəsi | Naxçıvan Dövlət Pedaqoji İnstitutu (indiki Naxçıvan Dövlət Universiteti), Azərbaycan dili və ədəbiyyatı ixtisası | |
Elmi dərəcəsi | Filologiya üzrə elmlər doktoru | |
Elmi rütbəsi | Professor | |
Namizədlik (PhD) dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı - mövzunun ad |
571601; 571501 Azərbaycan ədəbiyyatı; Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid Azərbaycan ədəbiyyatında sentimentalizm |
|
Doktorluq dissertasiyasının mövzusu: - ixtisas şifri - ixtisasın adı - mövzunun adı |
571601; 571501 Azərbaycan ədəbiyyatı; Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar |
|
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - xaricdə çıxmış elmi əsərlərinin sayı - beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı |
375 (29 kitab, 346 elmi məqalə)
42 (4 kitab, 38 elmi məqalə)
34 |
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı | ||
Kadr hazırlığı: - fəlsəfə doktorlarının sayı - elmlər doktorlarının sayı |
1 |
|
Əsas elmi nailiyyətləri | XX əsr Azərbaycan ədəbiyyatının bir sıra öyrənilməmiş sahələrinin ədəbi-tarixi və nəzəri aspektdə tədqiqinə, ədəbi əlaqələrə, mətbuat tarixinə, unudulmuş yazıçıların yaradıcılığına dair çoxsaylı tədqiqatların müəllifidir.
Azərbaycan ədəbiyyatında sentimentalizm ədəbi cərəyanının mövcudluğunu ilk dəfə elmi baxımdan əsaslandırmış, onun təşəkkülü, inkişaf problemləri və aparıcı nümayəndələrinin yaradıcılığını, o cümlədən unudulmuş sentimentalistlərin ədəbi irsini hərtərəfli şəkildə tədqiq etmişdir. Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrların (himn, marş, sonet, sonetlər çələngi, terset, tersina, ballada, mənsur şeir, qlossa və s.) təşəkkül tarixini, inkişaf xüsusiyyətlərini, çoxsaylı nümunələrini, həmçinin milli ədəbi təcrübə ilə sintezini ilk dəfə sistemli şəkildə araşdırmışdır. Bakıda nəşr olunmuş “Yeni füyuzat” (1910-1911) və “Şeypur” (1918-1919) jurnallarının bütün nömrələrini transliterasiya edərək ayrı-ayrı kitablar şəklində çap etdirmişdir. Məhəmməd Hadi, Abdulla Sur, Abdulla Divanbəyoğlu, Abbas Səhhət, Əli Səbri, Bağır Cabbarzadə, Əlipaşa Səbur Hüseynzadə, Əli Məhzun, Əliabbas Müznib, Ələkbər Qərib Naxçıvanlı, Nemət Bəsir, Əli Nazim, Eynəli bəy Sultanov, Səid Səlmasi, Məmmədəli Sidqi və s. ədiblərin müxtəlif kitablarda və dövri mətbuatda nəşr olunmuş bir sıra əsərlərini də toplayıb ilk dəfə transliterasiya edərək müasir oxuculara çatdırmış, həmçinin onları tədqiqata cəlb etmişdir. |
|
Elmi əsərlərinin adları | Xarici ölkələrdə nəşr olunmuş kitabları:
1.Azerbaycan mensur şiirinin tarihi. Ankara: Gündüz kitap evi, 2007, 112 s. 2.Türk halklarının edebiyat ilişkilerine dair araştırmalar. Ankara: Kültür ajans, 2009, 160 s. 3.Азербайджанское стихотворение в прозе. Москва: Спутник+, 2011, 70 с. 4.Пути развития азербайджанского стихотворения в прозе. Севастополь: Дельта, 2011, 92 с. Azərbaycanda nəşr olunmuş kitabları: 5. Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi. Bakı: APİ mətbəəsi, 1990, 25 s. (Y.Axundov ilə birgə) 6. Bağır Cabbarzadə. Bir yetimin naləsi (çapa hazırlama və ön söz). Bakı: ADPU mətbəəsi, 1997, 25 s. (M.Cəfərli ilə birgə) 7. Xalq yazıçısı Hüseyn İbrahimov-80 (təbriklər, məqalələr, xatirələr toplusu) – (toplama, tərtib, çapa hazırlama, redaktorluq). Bakı: Yurd, 1999, 126 s. 8. XX əsr Azərbaycan ədəbiyyatında yeni lirik janrlar. Bakı: Elm, 2002, 80 s. 9. Azərbaycan poeziyasında sonet və terset. Bakı: Elm, 2003, 312 s. 10. Əlabbas Müznib. Ürək yanğısı (çapa hazırlama və ön söz). Bakı: Nurlan, 2004, 12 s. 11. Əlipaşa Səbur Hüseynzadə. Zümzümə. Düşüncə yarpağı (toplama, çapa hazırlama, ön söz). Bakı: Nurlan, 2004, 72 s. 12. Azərbaycan mənsur şeirinin təşəkkülü. Bakı: Nurlan, 2006, 144 s. 13. Əli Səbri. Bakı: Nurlan, 2007, 142 s. 14. Əli Məhzun və “Ədəbiyyata dair” əsəri. Bakı: Nurlan, 2009, 80 s. 15. Azərbaycan ədəbi mühiti və türk dünyası. Bakı: Mütərcim, 2009, 200 s. 16. Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı. Bakı: Elm və təhsil,2009,444 s. 17. “Yeni füyuzat” jurnalı (1910-1911-ci illər). (çapa hazırlama və ön söz). Bakı: Elm və təhsil, 2010, 448 s. 18. Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri. Bakı: Elm və təhsil, 2012, 92 s. 19. Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir. Bakı: Elm və təhsil, 2012, 220 s. 20. Səid Səlmasi. Bakı: Elm və təhsil, 2013, 228 s. 21. Məmmədəli Sidqi və “Şeypur” jurnalı. Bakı: Elm və təhsil, 2014, 96 s. 22.“Şeypur” jurnalı (1918/1919-cu illər).(çapa hazırlama və ön söz). Bakı: Elm və təhsil, 2014, 280 s. 23. İzzəddin Həsənoğlunun ədəbi irsi. Bakı: Elm və təhsil, 2016, 136 s 24. “Şeypur” jurnalı və ədəbi-tarixi həqiqətlər. Bakı: Elm və təhsil, 2017, 168 s. 25. Azərbaycan dilində lirik poeziyanın inkişaf yolu (XIII əsr-XIV əsrin əvvəlləri). Bakı: Elm və təhsil, 2017, 128 s. 26. Azərbaycan Xalq Cümhuriyyəti dövründə satirik poeziya. Bakı: Elm və təhsil, 2017, 104 s. 27. Bir tərcümənin taleyi. Bakı: Elm və təhsil, 2018, 80 s. 28. Naxçıvanlı yazıçılar və “Məktəb” jurnalı. Bakı: Elm və təhsil, 2019, 144 s. 29. Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı. Naxçıvan: Əcəmi, 2020, 208 s. |
|
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü | AMEA nəzdində “Yeni dövr Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi” üzrə Koordinasiya Şurasının üzvü
Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının sədr müavini |
|
Pedaqoji fəaliyyəti | Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent, professor (1986-2019-cu illər), dekan müavini (1998-2003-cü illər), tədris işləri üzrə prorektor (2003-2011-ci illər) kimi fəaliyyət, hazırda saathesabı yolla müəllimlik | |
Digər fəaliyyəti | Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü Azərbaycan Jurnalistlər Birliyinin üzvü |
|
Təltif və mükafatları | Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə əlaqədar Xatirə qızıl medalı (2013)
“Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı (2007) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı (2004) “Azərbaycan və Türkiyə ədəbiyyatlarına xidmət ödülü” (Türkiyə, 2007) Naxçıvan Dövlət Universiteti üzrə “İlin alimi” (2012) |
|
Əsas iş yeri və ünvanı | AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76 | |
Vəzifəsi | Elmi işlər üzrə direktor müavini | |
Xidməti tel. | (+994 36) 5440090 | |
Mobil tel. | (+994 50) 3049040 | |
Ev tel. | (+994 36) 5447671 | |
Faks | ||
Elektron poçtu | huseyn.hashimli@mail.ru |