Ünvan | AZ2000, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 419 | |
Tel. | (+994 22) 2565829 | |
Faks | (+994 22) 2565829 | |
Elektron poçtu | ameagb@gmail.com | |
Direktor | ||
Direktor müavinləri | ||
Elmi katib |
Əliyeva Mətanət İkram qızı (+994 51) 9520000 |
|
Yaranma tarixi | 19 dekabr 2012-ci il | |
Əsas fəaliyyət istiqamətləri | Nizami Gəncəvi irsinin araşdırılması, Nizamişünaslığın aktual problemlərınin, elmi-fəlsəfi görüşlərinin, sənətşünaslığının tədqiq olunması, beynəlxalq əlaqələrin təşkili və əsərlərinin müxtəlif dillərə tərcüməsi, ensiklopediyasının hazırlanması. | |
Əsas elmi nəticələr |
Dahi şairin həyat və yaradıcılığı araşdırılmış, Nizamişünaslığın aktual problemlərı, elmi-fəlsəfi görüşləri, beynəlxalq əlaqələri tədqiq olunmuş və əsərləri müxtəlif dillərə tərcümə edilmişdir. “Nizami vətəni Gəncə” adlı elmi tədqiqat işi aparılmış, bu mövzu üzrə şairin əslən köklü, ziyalı bir Gəncə ailəsindən olduğu və onun etnik baxımdan bir türk olduğu çoxsaylı faktlarla sübut edilmişdir. Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə “Nizami - 870” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmiş, “Nizamişünaslıq” jurnalı nəşr edilməyə başlamışdır. Nizami Gəncəvinin “Xəmsə”sinin ilk dörd poeması ilk dəfə yazıldığı əruz bəhrləri ilə tərcümə olunaraq çap edilmişdir. Nizami Gəncəvi “Xəmsə”sinin iki ilk poemasının 1960-cı ildə çap olunmuş elmi tənqidi mətnlərinin təkrar nəşri həyata keçirilmiş, “Xəmsə”nin Əlyazmalar institutunda qorunub saxlanılan və içərisində 44 miniatür olan bir əlyazmasının elektron variantı hazırlanmış və nəşr edilmişdir. Dahi mütəfəkkirin özündən əvvəl və sonrakı irslə əlaqələrinin araşdırılması nəticəsində “Nizami Gəncəvi: sələflər və xələflər” monoqrafiyası nəşr edilmişdir. “Nizami Gəncəvi əsərlərində Türk hökmdarları” mövzusu üzrə aparılan tədqiqat işində bu şəxslərin real həyatı, fəaliyyəti, əfsanələrin tarixi əsası araşdırılmışdır. C.Qəhrəmanov və K.Allahyarovun “Nizami əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində” adlı kitabı, Həqiri Təbrizinin “Leyli və Məcnun” poeması tədqiq olunaraq yenidən nəşr edilmişdir. “Nizami irsi və Məhcur Şirvaninin “Qisseyi-Şirzad” əsəri araşdırılaraq geniş şəkildə təhlil olunmuşdur. Tədqiqatda Məhcur Şirvaninin Nizami irsi ilə əlaqələri bir sıra nümunələr əsasında da şərh edilmişdir. Qəzənfər Əliyevin “Nizami mövzu və süjetləri şərq xalqları ədəbiyyatında” adlı monoqrafiyası tərcümə olunmuşdur. |
|
İşçilərinin ümumi sayı | 25 | |
Struktur bölmələri |
1. Nizamişünaslığın aktual problemləri şöbəsi 2. Dünya nizamişünaslığının tədqiqi şöbəsi 3. Nizaminin elmi-fəlsəfi görüşləri şöbəsi 4. Nizami irsində sənətşünaslıq şöbəsi 5. Beynəlxalq əlaqələr şöbəsi 6. Nizami ensiklopediyası şöbəsi 7. Nizami yaradıcılığının tərcüməsi şöbəsi |
|
Elmi şura - sədr - katib - üzvləri |
||
Gənc alimlər və mütəxəssislər şurası - sədr - katib - üzvləri |
||
Dissertasiya şurası - sədr - sədr müavini - elmi katib - üzvləri |
||
Həmkarlar təşkilatı - sədr - sədr müavini - katib - büro üzvləri |
||
İctimaiyyətlə əlaqələrə məsul şəxs | ||
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |