Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Bağırov Adil Nəsib oğlu
Azərbaycan Milli Elmlər Akade­mi­ya­sı­nın müxbir üzvü Adil Nəsib oğlu Bağı­rov 1947-ci il iyul ayının 28-də Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində ana­dan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Uni­ver­siteti) Filologiya fakültəsinə daxil olmuş­dur.

1981-ci ildə «Türk dillərində yarım­çıq feillər (Oğuz qrupu türk dillərinin mate­rial­ları əsasında)» mövzusunda namizədlik, 2005-ci ildə «Naxçıvan Mux­tar Respub­li­ka­sı ono­mastik vahidlərinin tarixi-linqvis­tik təh­lili (toponimlər və hidro­nimlər)» mövzu­sunda doktorluq dissertasi­yası müdafiə etmişdir. 2010-cu ildə dosent elmi adını almışdır.

1966-cı ildə əmək fəaliyyətinə başlayan A.Bağırov Şahbuz rayon Mahmud­oba kənd orta məktəbində, Culfa şəhər Dəmiryol məktəbində və Naxçıvan şəhər 39 saylı orta məktəbdə müəllim işləmişdir. Daha sonra Nax­çıvan Müəllimləri Tək­mil­ləş­dir­mə İnstitutunda Azərbaycan dili və ədəbiy­yat kabinetinin müdiri, 1990-cı ildən Naxçıvan MR Təhsil Nazirliyində məktəb inspektoru vəzifələrin­də çalışmışdır.

2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölmə­sinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Onomastika şöbəsinin müdiri vəzi­fə­sində çalışmışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Müxbir üzv A.Bağırov 6 monoqrafiyanın, 5 kitabın, 2 dərs vəsaiti, 2 tədris proqramı və 120-dən çox elmi məqalənin müəllifidir. 

Adil Nəsib oğlu Bağı­rov 21 aprel 2016-cı ildə vəfat etmişdir.

(1947-2016)