Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Süleymanov Nizami Məmməd oğlu
Süleymanov Nizami Məmməd oğlu 1945-ci il oktyabrın 25-də Əli Bayramlı rayo­nunun Rəncbər kəndində anadan olmuşdur. Azərbay­can Politexnik İnsti­tutunun Mexanika fakültəsini maşınqayırma texnologiyası ixtisa­sı üzrə bitir­mişdir (1966). Texnika üzrə fəlsəfə doktoru (1975), texnika üzrə elmlər dok­toru (1989) elmi dərəcəsini almış, 1989-cu ildə AEA-nın müxbir üzvü seçil­mişdir.

Bakı Soyuducular Zavodunda mühəndis, laboratoriya müdiri, şöbə müdiri (1971-1972, 1975-1979), AEA Fizika İnstitutunun TZ XKB-də şöbə müdiri (1979-1980) işləmişdir. 1980-ci ildən “Kristal” XKB-nin direktoru olmuşdur.      

N.Süleymanovun elmi fəaliyyəti poladın yüksək dispersli strukturunun əldə edilməsinin tədqiqi ilə əlaqədardır. Bu tədqiqatlar əsasında lehirlənmiş bərk alət poladının alınması və onların termik möhkəmləndirilməsinin elmi əsasla­rını işləmişdir.

İlk dəfə olaraq standart volframlı poladları tamamilə əvəz edə bilən yeni volframsız alət poladlarını işləyib hazırlamışdır və bu elmi yeniliklər istehsa­lata tətbiq edilmişdir. Standart və yeni tip poladlarda lehirlənmə və mikrole­hir­lənmə sisteminin işlənməsi nəticəsində onların tərkibində yüksək disper­s­liyə malik olan struktur almağa imkan verən yeni termik emal tex­nologiyasını işlə­yib hazırlamışdır.

N.Süleymanov 202 elmi əsərin (181-i xaricdə), 56 müəlliflik şəhadətna­mə­sinin və patentin müəlli­fidir. Rəhbərliyi altında 15 fəlsəfə doktoru, 6 elmlər doktoru hazırlanmışdır.

SSRİ ixtiraçısıdır (1983). Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi­nin “Qızıl Medalı” (1983), "Qırmızı Əmək Bayrağı" ordeni (1987) ilə təltif edilmişdir.
 
N.Süleymanov 2 dekabr 2016-cı ildə vəfat etmişdir.

 (1945-2016)