Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Axundov Bəhmən Yusif oğlu
Azərbaycan Milli Elmlər Aka­de­mi­­­ya­sı­nın müxbir üzvü Bəh­mən Yusif oğlu Axun­dov 1910-cu il dekabrın 28-də İrəvan şə­hə­rin­də anadan ol­muş­dur. Nax­çıvan Kənd Tə­sər­rüfatı Tex­ni­ku­mu­nu bitirmiş, Daşkənd Orta Asi­ya Dövlət Plan İnsti­tutunda təhsil al­mışdır. 1934-cü ildə ali məktəbi bitirdikdən sonra Azər­baycan Dövlət Uni­ver­si­te­tin­də ça­lış­­mış, Moskvada Krji­janovski adına Moskva Plan İns­ti­tu­tunun aspirantura­sı­na daxil olmuş, 1939-cu ildə məşhur alim Sta­nislav Qus­ta­vo­viç Strumilinin el­mi rəhbərliyi al­tında na­mi­zəd­lik dis­ser­tasiyasını mü­da­fiə etmişdir. B.Axun­dov İkin­ci Dünya müharibəsi döv­rün­­də ön cəb­hə­də olmuş və “Moskvanın mü­­da­fiə­si­nə görə” medalı ilə təltif edil­miş­dir.

B.Axundov 1942-ci ildə Bakıya qayıtmış, Azər­bay­can Dövlət Univer­sitetində müəl­­lim, Azər­bay­­can KP MK Partiya Ta­rixi İnstitutunda baş elmi işçi kimi fəaliyyətini davam etdir­miş­dir.

B.Axundov 1951-ci ildə “İnqilaba qə­dər­ki Bakı neft sənayesində inhi­sarçı ka­pi­tal” möv­zu­sunda doktorluq dis­ser­ta­si­­yası mü­da­fiə et­miş­dir. Gərgin əməyin məh­sulu olan bu əsə­rin Mosk­vada mo­no­qrafiya şəklində nəşr edil­mə­si qı­sa müd­dət ərzində alimi ümumittifaq miq­­ya­­sın­da tanıtmışdır.

İqtisad elmi sahəsində respublikada ilk elm­­­lər doktoru olan B.Axundov 1950-1956-cı il­­lər­də Azər­baycan Dövlət Universitetində (indiki BDU) Si­yasi iqtisad kafed­ra­sı­nın professoru, 1966-1974-cü illərdə isə D.Bunyadzadə adına Azər­baycan Xalq Təsərrufatı İnstitutunun el­mi işlər üzrə pro­rek­toru, 1974-cü ildən öm­rü­nün so­nuna kimi hə­min institutun Siyasi iq­ti­sad kafedrasının pro­fes­soru kimi fəa­liy­yət gös­tərmişdir. O, “Azər­bay­can kom­munisti” və “Azərbay­can SSR EA-nın Xəbərləri” jur­na­lının İqtisadiyyat böl­məsinin re­daksiya he­yə­tinin üzvü, res­publikada Ali və Or­ta İxtisas Təh­sili Nazirliyinin “Elmi əsərlər” jur­na­lının mə­sul redaktoru olmuşdur.

1961-ci ildə “M.F.Axundov və H.B.Zər­da­binin ictimai-iqtisadi ­gö­ruşləri” kitabı rus dilində nəşr olun­muş­dur. Üç cildlik “Azər­bay­can tari­xi” ki­tabının iqtisadiyyat hissəsinin ya­zıl­ma­sın­da da alimin xidməti böyük­dur.

B.Axun­dov 1967-ci ildə Azərbaycanın Əmək­­dar iq­tisadçısı adına layiq gö­rül­müş­, 1968-ci ildə isə Azərbaycan Milli Elmlər Aka­de­mi­­­ya­sı­nın müxbir üz­vü seçilmişdir.

AMEA-nın müxbir üzvü Bəhmən Axun­dov 1984-cü ildə Bakı şəhə­rində və­fat etmişdir.

 (1910-1980)