Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Budaqova Zərifə İsmayıl qızı
Azərbaycan Milli Elmlər Akade­miya­sı­nın müxbir üzvü Zərifə İsmayıl qızı Buda­qo­va 1929-cu il aprel ayının 28-də İrəvan şəhərində anadan olmuşdur. O,  1943-cü ildə Ermənistan SSR Peda­qoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Peda­qoji İnstitununun Azərbaycan dili və ədə­biyyatı fakültəsində təhsil almışdır. 1948-ci il­də tarixi Azərbaycan torpağı olan indiki Er­mə­nistan ərazisindəki azərbaycanlı­ların bö­yük qis­minin deportasiya edil­məsi nəticəsin­də Z.Buda­qo­vanın da ailəsi Azər­baycan Res­pub­li­kasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948-1949-cu illərdə Azərbay­can Dövlət Pe­daqoji İnstitutunun Azər­baycan dili və ədə­biy­yatı fakül­tə­sində təhsilini davam etdirərək ora­nı fərqlənmə diplomu ilə bitirmişdir. 1949-1953-cü illərdə Moskva şə­hə­rin­də keçmiş SSRİ Elm­lər Akademiyası Dil­çilik İns­titutunun Türk dilləri sekto­runun aspiran­tu­ra­­sın­da oxumuş, 1953-cü ildə «Azərbaycan di­lində feilin tərz kateqo­riyası» möv­zus­unda namizədlik dis­ser­tasiyası mü­dafiə etmişdir. O, 1953-1955-ci illər­də Azərbaycan EA Dil və Ədə­biyyat İns­titutunda (o za­man bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzi­fə­sində ça­­lışmış, 1955-ci ildən 1989-cu ilədək (öm­rü­nün sonuna qədər) Dil­­­çilik İnstitutunun Müa­sir Azərbaycan dili şöbə­sinə rəhbərlik et­miş­dir. Z.Bu­daqova 1963-cü il­də «Azər­bay­can ədə­bi dilin­də sadə cümlə» möv­zu­sunda dok­tor­luq dissertasi­yası müda­fiə etmişdir. 1968-ci il­də «Türk dil­ləri» ixtisası üzrə profes­sor e­l­mi adı qazanmış, 1980-ci ildə Azərbaycan Elm­lər Akademiyasının müxbir üzvü seçil­miş­dir. Dilçi alim 1984-1988-ci illərdə Azər­­baycan Elmlər Akademi­yası Nəsimi adı­na Dilçilik İns­ti­tu­tunun direktor müavini, 1988-1989-cu illərdə di­­rek­­toru vəzifəsində çalış­mışdır.

Z.Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri nami­zədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direk­toru olmuşdur. 

Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox bey­nəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil etmişdir.

Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdir­mişdir.

AMEA-nın müxbir üzvü Zərifə Buda­qova 1989-cu il noyabrın 7-də Bakı şəhərində vəfat etmişdir.

 (1929-1989)