Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Ələsgərov Ağasəlim Kərim oğlu
Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Ağasəlim Kərim oğlu  Ələsgərov 1928-ci il mayın 22-də Bakıda doğulmuşdur. 1950-ci ildə Azər­bay­can Dovlət Xalq Təsər­rüfatı İns­ti­tu­tu­nu bitirərək, kənd təsərrüfa­tının iqtisadiy­yatı ix­tisasına yiyə­lən­mişdir. 1958-ci ildə ilk dəfə SSRİ-də “Pambığın maya dəyəri və onun aşa­ğı salın­ması yol­ları” (Azərbaycan SSR-in kol­xoz­ları timsa­lında) mövzu­sunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 1968-ci ildə elmlər doktoru, 1969-cu ildə isə professor elmi adına layiq görül­müş­dür. A.Ələs­gərov 1974-1978-ci illərdə D.Bün­yadzadə adına Xalq Təsərrüfatı İnstitutunda el­mi işlər üzrə prorektor və Siyasi iqtisad ka­fed­­rasının müdiri vəzifələrində çalış­mışdır. 1981-1988-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktor müa­vini, 1989-cu ildən 1998-ci ilədək həmin institutun direktoru ol­muş­dur. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

A.Ələsgərov elmi fəaliyyətinin başlanğıcından SSRİ-də aqrar sahənin ən kəskin və aktual prob­lemlərindən biri olan kolxozlarda maya də­yərinin hesab­lanması metodikasının ölkədə ilk dəfə işlənilməsi, istehsal edilən kənd tə­sər­rüfatı məhsullarının xərclərinin aşağı salın­ma­sı yolları, istehsal vahid­lərinin daxili tə­sər­rüfat hesabına keçirilməsinə dair nümunəvi əsas­namənin işlən­məsi, maddi maraq prin­si­pi­nin tətbiqi, əmək məhsuldarlığının yük­səl­dil­mə­­si, kənd təsərrüfatı işlərinin norma­la­rı, on­la­rın qiymətləri, əsas və əlavə əmək haq­la­rı­nın ödə­nilməsi qaydaları və başqa vacib mə­sə­lə­lə­rin təd­qiqi ilə intensiv məş­ğul olmuşdur.

A.Ələsgərov kənd təsərrüfatı istehsalında hər bir böl­gənin iqtisadi potensia­lını tam üzə çıxa­ra­raq, ixtisaslaşmanın təsərrüfat dövriyyəsinə tək­­mil­ləşdirmək yolu ilə cəlb edilməsinin ef­fek­­­tiv­li­yini sübut etmişdir.

A.Ələsgərovun əsərləri ABŞ, İngiltərə, Almaniya, Çexiya, Slovakiya, İran və başqa ölkələrdə çap olunmuşdur. A.Ələsgərovun elmi rəhbərliyi ilə onlarca namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.

“Kolxozlarda pambığın maya dəyərinin aşağı salınması yolları” (1960), “Azər­baycan SSR kolxozlarında əsas kənd təsərrüfatı iş­lə­ri­nin təxmini norma­ları, onların qiymətləri, əsas və əlavə əmək haqqı verilməsi qaydaları” (1962) və başqa kitab­ların müəllifidir.

AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov 2015-ci ildə Bakı şəhə­rində vəfat etmişdir.  

(1928-2015)