İvan İvanoviç Karyagin 1894-cü il aprelin 9-da Penza vilayətində anadan olmuşdur. 1927-ci ildə Moskva Unveristetinin Fizika-riyaziyyat fakültəsinin Təbiət elmləri bölməsini bitirmiş, 1919-1923-cü illərdə Çembera məktəbində təbiətşünaslıq və riyaziyyadan dərs demişdir. 1946-cı ildə biologiya üzrə fəlsəfə doktoru adı almışdır. 1958-ci ildə elmi əsərlərindəki mühüm nəticələr əsasında Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. İvan İvanoviç Karyaginin həyat və yaradıcılığı 1923-cü ildən etibarən Azərbaycan və onun florasının tədqiqi ilə bağlı olmuşdur. O, 1923-1932-ci illərdə Bakı və Gəncənin ali məktəblərində çalışmış və laborantlıqdan Botanika kafedrasının dosenti vəzifəsinə qədər yüksəlmişdir. 1932-ci ildə professor A.A.Qrossheymin təşəbbüsü ilə SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan şöbəsinin Botanika bölməsinə işə dəvət olunmuşdur. 1946-cı ildə o, herbari laboratoriyasını yaratmış və həmin ildən ömrünün axırına kimi ona rəhbərlik etmişdir. O, 1950-1961-ci illərdə Botanika İnstitutunda 8 cildli “Флора Азербайджана” əsərinin hazırlanmasına başlamış, bütün cildlərin redaktoru, bu fundamental əsərin ən qabaqcıl müəlliflərindən olmuşdur (akademik A.A.Qrossheymlə birlikdə). Bu əsər 437 bitki növünün sistematik göstəricisini əhatə edir. O, həmçinin Quba-Qusar ərazisinin bitki örtüyünu öyrənmiş, bir sıra yeni bitkilərin təsvirini vermişdir. İ.İ.Karyaginin ən böyük işi 200.000 vərəqdən ibarət olan və SSRİ-də Azərbaycan florasını təmsil edən Botanika İnstitutunun herbari kolleksiyaları olmuşdur. İ.İ.Karyaginin bitki sistematikası sahəsində apardığı tədqiqatları yüksək qiymətləndirən görkəmli botanik-sistematiklər elm üçün yeni müəyyən edilmiş 10 növü onun adı ilə adlandırmişlar: Astragaluskarjagini Boriss; Erysimumkarjagini N.Busch; İsatis karjagini Schischk; Oxytropis karjagini Grossh; Rosa karjagini D.Sosn; Scutellariakarjagini Grossh; ThymuskarjaginiGrossh və s. Bu növlər SSRİ florasında öz əksini tapmışdır. İ.İ.Karyagin Azərbaycan florasının 2000 növ bitkidən ibarət olan mübadilə fondunu yaratmışdır. İ.İ.Karyagin Azərbaycan bitki ehtiyatlarının öyrənilməsinə dair geniş tədqiqatlar aparmış, kauçuklu, kitrəli, dərman və başqa faydalı bitkilər aşkar etmişdir. O, “Лекарственные растения Азербайджана” (həmmüəlliflərlə) (1942), “Инструкции по сбору гербария лекарственных растений” (1943); “Лекарственные растения Абшерона” və s. monoqrafiyaların, “Флора Апшерона” (1952) kitabının müəllifidir. AMEA-nın müxbir üzvü İvan Karyagin 23 aprel 1966-cı ildə vəfat etmişdir. |
|
(1894-1966)
|