Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Qarayev Yaşar Vahid oğlu

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müx­bir üzvü Yaşar Vahid oğlu Qara­­yev 1936-cı il martın 5-də Şəki şəhərində anadan olmuşdur.

O, 1958-ci ildə Bakı Dövlət Universi­te­tinin Filologiya fa­kül­təsini bitirmiş, 1963-cü ildə filologiya üzrə namizədlik, 1979-cu ildə dok­torluq dissertasiyasını müdafiə et­miş, 1985-ci ildə pro­fessor elmi adını almış­dır. 2001-ci ildə Azər­bay­can Mil­li Elmlər Akademiyası­nın müx­bir üzvü se­çi­lmişdir.

1959-cu ildən Akademiyada əmək fəa­liy­­­yə­tinə başlayan alim Nizami adı­na Ədə­biyyat Dil İnstitutunun şöbə mü­diri (1975-1981), elmi işlər üzrə direk­tor müa­vini (1981-1985), daha sonra direk­to­ru və­zi­fə­lərin­də çalış­mışdır. 38 mo­no­qrafik tədqiqat əsərinin və ədəbi-tənqidi məqalələr məc­muə­­sinin, 500-dən artıq məqalənin müəllifidir.

Azərbaycan ədəbiyyatının tarixi və nə­zə­riy­yəsi, ədəbi əlaqələr, teatr­şü­nas­lıq, ədəbi tən­qid və publisistika, estetika, mədəniyyət­şü­nas­lıq onun yaradıcılığı­nın əsas istiqa­mət­lə­ri­dir. Bə­dii metod nəzəriyyəsi, Renessans və maarif­­çi­lik, cari ədəbi proses, ədəbiyyat tarix­çi­­­li­yin­də, ədəbi tənqiddə anali­tik-nəzəri mək­təb və üslub alimin yazdığı tədqiqatların əsas möv­zu və problemlərini təşkil edir. Şərqdə realiz­min ge­nezisi, tipologiyası barədə fun­da­men­tal nə­zə­ri ideya­lar ümumtürk miqyasında həmin prob­lem­lərin həllin­də elmi məktəb və tə­lim rolunu oy­nayıb. Azərbaycanda milli ədəbi tərəqqi­nin in­kişafı, mərhələ təsnifi və bə­dii tipologiyası haq­qında yeni konsepsiya da ilk dəfə alimin «Ta­rix: yaxın­dan və uzaq­dan» (1996) kitabında irəli sürülmüş və «Azər­baycan ədəbiyyatı: XIX və XX yüz­il­lər» (2002) kitabında elmi həllini tap­mışdır. Bu məsələlər, həm­çinin «Faciə və qəh­rəman» (1965), «Azərbaycan realizminin mər­hələləri» (1980), «Meyar - şəxsiyyətdir» (1988), «Min ilin sonu» (2002) və s. kitab­la­rın­da öz həllini tapıb.

«Dünya ədəbiyyatının inkişaf qa­nu­na­uy­­ğun­luqları» problemi üzrə Əlaqə­lən­dirmə Şu­­ra­sı­nın (1985-2002), Ədəbiyyatşünaslıq üz­rə mü­da­fiə şura­sının sədri, Ali Attestasiya Ko­missi­ya­sı Rəyasət Heyətinin, bir sıra elmi və bə­dii şu­ra­ların üzvü olmuşdur. Çingiz Aytmatov Aka­­de­mi­ya­sının, Atatürk Araş­dırmalar Mər­kə­zinin, Şəh­ri­yar Konqresinin üzvü seçilmişdir.

Əməkdar elm xadimi fəxri adına layiq gö­r­­ü­lmüş (1982), Azərbaycan Dövlət Mükafatı, «Məm­­məd Araz», «Həsən Turabov» müka­fat­la­rı almış, «Əmək rəşa­dəti­nə görə» medalı ilə təl­tif olunmuşdur.

AMEA-nın müxbir üzvü Yaşaq Qarayev 2002-ci il avqustun 25-də Bakıda vəfat et­­miş, Fəxri xiyabanda dəfn olunmuşdur.  

(1936-2002)