Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Qədimov Yaqub Bala oğlu

Qədimov Yaqub Bala oğlu 1917-ci il ap­re­lin 20-də Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Texnika üz­rə fəlsəfə doktoru (1948), texnika üzrə elmlər doktoru (1962) elmi dərəcə­lə­rini, professor elmi adını (1962) almış, 1968-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir.

Azneftdə mühəndis (1941-1942), sovet or­dusu sıralarında zabit (1942-1943), Azneft­də mühəndis (1943-1945), AMEA Energetika İnstitutunda aspirant, elmi işçi, laboratoriya mü­diri olmuş (1945-1964), 1964-cü ildən Azərbaycan Politex­nik İnstitutunda (AzTU) kafedra müdiri vəzifəsində calışmısdır.

Y.Qədimovun elmi tədqiqatları əsasən neft sənayesində texnoloji pro­seslə­rin avtomatlaşdırlmış idarəetmə sistemlərinin işlənməsinə həsr olun­muşdur. O, paylanmış parametrli sistemlərin idərə edilməsində bu sistemlərin impulslu sistemlərə gətirilməsi və diskret Laplas çevirmələrinin tətbiqi əsa­sında yeni səmərəli üsul işləmiş, paylanmış parametrli sistemlərin elementlə­rinin analoq modellərini, paylanmış parametrli dinamik sistemlərin hesabatı ka­dastrını tər­tib etmişdir. Quyuların qazılması prosesində elektromaqnitli muf­ta və tormoz­lu elektronəqllərin idarəedilməsinin avtomatlaşdırılması, neft-qaz kəmərlə­rin­də elektronəqllərin texnoloji parametrlərinin idərəedil­məsinin avtomatlaş­dı­rıl­masının bir sıra nəzəri və tətbiqi problemlərini həll etmişdir.

Y.Qədimov 200-dən artıq elmi işin, monoqrafiyanın və ixtiranın müəllifidir.

“Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Yaqub Qədimov 1983-cü ildə Bakıda vəfat etmişdir.

(1917-1983)