Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Quliyev Əlövsət Nəcəfqulu oğlu

Azərbaycan Elmlər Akademiyasının müx­­bir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il av­qus­­­tun 23-də anadan olmuşdur. 1939-1944-cü illərdə Azər­­baycan Dövlət Universitetinin (indiki BDU) Tarix fa­kül­tə­sində təhsil almış və universiteti bitir­dikdən qısa müddət sonra həmin fa­kül­tənin dekanı vəzifə­sində işləməyə başlamışdır.

Ə.Quliyev 1948-ci ildə dis­sertasiya müdafiə edərək fəlsəfə doktoru, 1961-ci ildə nəşr et­dirdiyi elmi əsərlərinin ümumi həcminə gö­rə (300 ç.v.) tarix elmləri doktoru alimlik də­rə­cəsi almış və professor elmi adına layiq gö­rülmüş­dür. 1968-ci ildə Azərbaycan Elm­lər Akademiyasının müxbir üzvü seçil­mişdir.

Ə.Quliyev 1953-1958-ci və 1967-1969-cu illərdə Azərbaycan Elm­lər Aka­de­mi­ya­sı Tarix İnstitutunun direktoru olmuşdur.

Ə.Quliyevin rəhbərliyi ilə 3 cildlik «Azər­baycan tarixi» hazırlanıb nəşr olun­muş­dur. “Dünya xalqları” seriyasından «Qafqaz xalq­ları» (Bakı, 1962), çoxcild­lik «SSRİ ta­ri­xi» (I-VI cildlər, 1966-1968), «Rusiya neft sə­na­yesində inhisarçı ka­pital (1883-1914)» (Ba­kı, 1967) və s. əsərlərin müəl­liflərindən, re­daktorla­rın­dan və redaksiya heyəti üzv­lə­rin­dən biri olmuşdur.

Azərbaycan Elmlər Akademiyasının müx­bir üzvü Ə.Quliyev elmi və ictimai fəaliy­yətinə görə «Qırmızı Əmək Bayrağı» or­deni, «Qafqazın müdafiəsinə görə», «1941-1945-ci illər Böyük Vətən müharibəsində şə­rəf­li əməyə görə» və b. me­dallarla təltif olun­muş­dur.

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev 1969-cu il noyabrın 6-da Bakıda vəfat etmişdir.

(1922–1969)