Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Qurbanov Telman Xudam oğlu

Qurbanov Telman Xudam oğlu 1936-cı il noyabrın 6-da Naxçıvan şəhə­rində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Kimya fa­kültəsini bitirmişdir (1960).

 1968-ci ildə kimya üzrə fəlsəfə dokto­ru, 1982-ci ildə kimya üzrə elmlər dok­toru elmi dərəcəsini, 1983-cü ildə isə professor elmi adını almış, 1989-cu ildə Azərbaycan SSR EA -nın müxbir üzvü seçil­mişdir.

1970-1983-cü illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnsti­tu­tunda elmi işlər üzrə direktor müavini, 1983-1985-ci illərdə direktor vəzifə­si­nin icraçısı, 1985-1990-cı il­lərdə labora­toriya mü­diri olmuşdur.

T.Qurbanovun bilavasitə rəh­bər­liyi altında respublikada ilk dəfə renium və texnesiumun yeni sinif koordinasion birləşmələrinin sintezi üçün metodlar və bu birləşmələr əsasında münasib metal­ların, nazik örtük və təbəqələrin aşağı tempe­ratur və təzyiqdə alınma texnologiyası hazır­lan­mışdır. Renium xalko­genid­ləri əsa­sında aparılan tədqiqatlar tərkibində nadir torpaq metalları olan yeni üçlü birləş­mələrin alınmasında geniş istifadə olunmuşdur ki, bu da yarımkeçirici və termo­elektrik xassəli materialların sintez edilməsinə imkan yaratmışdır.

T.Qurbanovun əldə etdiyi elmi nəticələr onun bir sıra elmi məqalə­lərində, o cümlədən P.Rüstə­mov və Ö.Əliyevlə birgə nəşr etdirdiyi «Nadir torpaq ele­ment­lərinin üçlü xalkogenidləri» adlı monoq­rafiyada öz əksini tapmışdır.

 T.Qurbanov 135 elmi əsərin, 45 müəlliflik şəhadət­naməsi və 1 mono­qra­fiyanın müəllifidir. Onun rəhbərliyi ilə 1 elmlər doktoru, 15 fəlsəfə dok­toru ha­zırlanmışdır.

Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdur.

T.Qurbanov 3 dəfə Ümum­ittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi­sinin qızıl, gümüş medallarına və bir sıra Fəxri fərmanlara layiq görül­müşdür.

AMEA-nın müxbir üzvü Telman Qurbanov 1990-cı ildə Bakıda vəfat etmişdir.

 (1936-1990)