Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Məmmədov Şamxal Əliməmməd oğlu
Məmmədov Şamxal Əliməmməd oğlu 1910-cu il oktyabrın 10-da Füzuli şə­hərində anadan olmuşdur. Azərbaycan Pedaqoji İns­ti­tutunu bitirmişdir (1932).

Kimya üzrə fəlsəfə doktoru (1936), elm­lər doktoru (1942) elmi dərəcəsini, pro­fes­sor (1956) elmi adını almış və Azər­baycan SSR EA-nın müxbir üzvü seçil­mişdir (1967).

Ş.Məmmədov Bakı Dövlət Univer­site­tinin Üzvi kimya kafedrasında assis­tent, do­sent, professor (1936-1943), kafedra müdiri olmuş­dur (1943-1952). SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunda laborato­riya müdiri (1937-1943) və hə­min institutun direktoru vəzifəsində işləmişdir (1943-1949). Azər­baycan Döv­lət Pedaqoji İnstitutunda Kimya kafedrası­nın müdiri (1956-1959), Azərbaycan SSR EA-nın Neft-Kimya Prosesləri İns­ti­tutun­da Bioloji fəal maddə­lərin sintezi və texnologiyası laborato­ri­yasınin rəhbəri (1959-1978) və 1978-ci ildən ömrünün sonuna kimi həmin laborato­riyanın elmi məsləhətçisi olmuşdur.

Ş.Məmmədov üzvi kimya və neft kimyası sintezi sahəsində görkəmli alim olaraq, yeni elmi istiqamətlər və elmi məktəb yaratmışdır. Onun elmi fəa­liy­yə­tinin əsas istiqaməti bioloji fəal xassə daşıyan qlikol efirlərin müx­təlif törəmə­lərinin sintezi və onların əsasında alınmış effektiv preparatların yara­dılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. Onun rəh­bərliyi ilə qlikol efirləri əsasında aparılan məqsədyönlü sintez nəticəsində effektiv­liyinə görə məlum analoqlardan üstün bir sıra bioloji fəal birləşmələr sinfinə mənsub və ətraf mühit üçün təhlükəsiz olan yeni herbisidlər, insekti­sidlər, akarisidlər və baytarlıqda istifadə olunan müalicəvi preparatların sin­tez üsul­ları işlənib hazır­lanmışdır. İlk dəfə olaraq, yeni sinif bioloji fəal bir­ləş­mələr olan qlikol efirlərin quruluşu ilə onların funksional xassələri arasın­da əlaqə müəyyən edilmişdir. Ş.Məmmədov tərəfindən qlikol efirləri sin­tezi­nin onlarla üsulu işlənib hazırlan­mışdır. “Qələvi” və “maqnezium-üzvi” üsulları daha universal olub efirlərin məq­­sədyönlü sintezində geniş istifadə olunmuşdur. Xalq təsərrüfatında geniş tətbiq olunan, bahalı plastifikatorları (dibutilftalat, gənəgərçək yağı) əvəz edən bir sıra yeni “ANAZ” tipli plasti­fikatorlar neft-kimya məhsulları əsasında yara­dıl­mışdır. Onun rəhbərliyi ilə apa­rılan fundamen­tal xarakterli işlər arasında atmosfer azotun mülayim şəraitdə fiksə edilməsi problemi böyük elmi əhəmiy­yətə malikdir.

Ş.Məmmədovun apardığı elmi tədqiqatların nəticələri 400-dən artıq elmi əsərdə, 3 monoqrafiyada, o cümlədən 70 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun tərəfindən olduqca mühüm insektisid olan “Sevin” preparatında istifadə olunan metilizosianatın təhlükəsiz alınma üsulu işlənib hazırlanmışdır.

Onun rəhbərliyi ilə 3 elmlər doktoru və 50-dən artıq fəlsəfə doktoru hazır­lanmışdır. “Qafqazın müdafiəsi”, “1941-1945-ci illərdə Böyük Vətən mü­ha­­ri­bəsində rəşadətli əməyə görə”, “Zəfər nişanı” və “Əmək veteranı” me­dal­ları, “Sosializm yarışının qalibi” nişanı, “Şərəf nişanı” orde­ni ilə təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Şamxal Məmmədov 1984-cü ildə Bakıda vəfat etmişdir.

(1910-1984)