Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Məmmədov Yəhya Cəfər oğlu
  (1930-2000)
Məmmədov Yəhya Cəfər oğlu 1930-cu il oktyabr ayının 10-da Naxçıvan şəhərində ana­dan olmuşdur.

1954-cü ildə Azərbaycan Dövlət Univer­sitetini fərqlənmə diplomu ilə bi­tirərək aspiran­turada saxlanılmış, 1957-ci ildə fəlsəfə doktor­luğu, 1965-ci ildə elmlər doktor­luğu dissertasi­yasını müdafiə etmiş, 1983-cü ildə AEA-nın müxbir üzvü seçil­mişdir.

Azərbaycan Dövlət Universitetində müəl­lim, baş müəllim, dosent, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. O, 1971-1987-ci illərdə ADU-nun elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə rektoru vəzi­fələrində çalışmışdır.

Y.Məmmədovun elmi fəaliyyəti qeyri-xətti analiz və hesablama riya­ziy­yatı ilə bağlıdır. Sağ tərəfi birtərəfli qiymətləndirməyə tabe olan, qeyri-xətti opera­tor-diferensial tənliklərin həllinin tədqiqi üsulunun, eləcə də, abstrakt qeyri-xətti Volter operator tənliklər nəzəriyyəsinin yaradıcılarından biridir. Müəyyən sinif tənliklərin, həlli sürətlə yığılan iterasiyalar şəklində axtarılan ekvivalent tənliklərə gətirilməsi üçün yeni üsul təklif etmişdir. Bu üsul riyazi elmi ədəbiy­yatda "Məmmədov üsulu" adlandırılır. Urison tipli qeyri-xətti inteqral tənliklə­rin müsbət həllərinin xassələrini, Hilbert fəzasında hiberbolik tip qeyri-xətti tənliklərin həllərinin xassələrini, çoxölçülü inteqral tənliklər üçün Volter tipli bərabərsizlikləri, birinci və ikinci tərtib qeyri-məh­dud əmsal­lı operator dife­ren­sial tənliklər üçün Koşi məsələsini, diferensial və inteqral bərabərsizliklərin tətbiqlərini, Nyuton-Kontoroviç üsulunun ope­rator-diferen­sial tənliklər siste­minin təqribi həll olunmasına tətbiqini, qeyri-xətti elliptik tənliklər üçün qa­rışıq sərhəd məsələsinin həllinə şəbəkə üsu­lunun tətbiqlərini, Banax fəzaların­da qeyri-məhdud operator əmsallı diferen­sial tənliklərin asimptotik dayanıqlı­ğını, diferensial tənliklərin həlləri üçün müəyyən iterasiya proseslərinin yığıl­masını, gecikən arqumentli qeyri-xətti tənliklərin həlli üsullarını, Banax fəza­la­rında adi diferensial tənliklər üçün ardıcıl yaxınlaşma üsullarını, təkmilləş­diril­miş kvazi-xətti Lavrentyev-Biçad­ze tənlikləri üçün sərhəd məsələsinin fərq üsulu ilə həllini və s. tədqiq etmiş və mühüm nəticələr əldə etmişdir.

Y.Məmmədov 100-dən çox elmi məqalənin, 7 monoqrafiyanın, 5 dərslik və dərs vəsaitinin müəllifi olmuşdur. Rəhbərliyi altında 32 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.

“Akademik Vavilov” medalı, “Xalqlar dostluğu” ordeni ilə təltif edil­miş, ABŞ-ın Minneapolis şəhərinin Fəxri vətəndaşı seçilmişdir. 1980-ci ildə Əməkdar elm xadimi fəxri adı verilmişdir. 1974-cü ildə nəşr etdirdiyi "Adi diferensial tənlik­lərin təqribi həllərinin tapılması üsulları" monoqrafiya­sına görə Azərbay­can Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Yəhya Məmmədov 2000-ci ildə Bakıda vəfat etmişdir.