Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Rüstəmova Azadə Cəfər qızı
Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü Azadə Cəfər qızı Rüs­tə­mova 1932-ci il iyu­lun 18-də Bakı şəhərində anadan olmuşdur.

Bakı Dövlət Universitetinin Şərq­şü­nas­­lıq fakültəsini (1951) bitirmiş, keçmiş SSRİ Elmlər Akademiyası Şərq­şünaslıq İnstitu­tu­nun aspirantı (1953-1956) olmuşdur.

Filologiya üzrə namizədlik (1956), dok­tor­luq (1971) dissertasiyaları müda­fiə etmiş, professor (1990) elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müx­bir üzvü seçilmişdir.

Azərbaycan SSR  Elmlər Akademiyası  Ni­zami adına Ədəbiyyat İnsti­tutunda elmi işçi (1957), şöbə müdiri (1961-1991) və­zi­fə­lə­rin­də çalışmışdır.

Orta əsrlər Azərbaycan şeirinin tarixi-nə­zəri səpkidə araşdırılması, həmin dövr ədə­biy­yatımızın janr, metod və üslub xüsusiyyətləri, folklor əla­qələri, varis və irs problemi, klassik sənətkarlarımızın humanist-bəşəri ide­yalarının, dini və sufi-panteist fikrin poeziyadakı təcəssümü və b. məsələlər alimin təd­qiqatlarında öz elmi həllini tapmışdır. O, 15-dən artıq kitabın, 300-ə qədər mə­qalənin, o cüm­lədən, «Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər)» (1977), Nizami Gəncəvi (həyatı və sənəti)» (1979), «Klassik Azər­baycan poe­ziyasında qəzəl. Janrın tarixi və poetikası» (1990), «Mütəfəkkir Mövlana Füzuli» (1996), «Nizami və onun poeziya sə­ləf­ləri» (2001) və b. əhəmiyyətli tədqiqatların müəl­lifidir. Həmçinin, Türki­yədə nəşr olunan 30 cildlik «Türk xalqları ədəbiyyatı ensik­lo­pe­diyası»nın «Qədim və Orta əsrlər Azər­bay­can ədəbiyyatı» hissəsini yazmışdır. Xaricdə ya­şa­yan azərbaycanlılar üçün yazılmış «Azər­bay­can ədəbiyyatı (müx­tə­sər oçerk)» kitabının (2003), nəşr edilməkdə olan çoxcildli «Azər­bay­can ədə­biyyatı tarixi»nin II, III cild­lərinin müəl­liflərindən biridir.

Görkəmli alim Əməkdar elm xadimi fəxri adına layiq gö­rülmüş (1982), «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir (1971).

Azərbaycan Milli Elmlər Akademiya­sı­nın müxbir üzvü Azadə Rüstə­mova 2005-ci il aprelin 19-da Bakıda vəfat etmişdir.

 (1932-2005)