Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş müxbir üzvlər

Vəliyev Teymur Süleyman oğlu
Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Teymur Süleyman oğlu Və­­li­­yev 1926-cı il yanvarın 15-də Ağdam ra­yo­­nun­da anadan olmuşdur. 1947-1951-ci illərdə K.Marks adına Azərbaycan Xalq Tə­sər­­rufatı İns­titutunda təhsil almışdır. Res­pub­li­kada iq­ti­sa­diyyat üzrə doktorluq dis­ser­ta­si­ya­sı müdafiə edən (1966) ikinci alimdir. 1966-1971-ci illərdə D.Bunyadzadə adına Azər­baycan Xalq Təsərrüfatı İnstitutunun təd­ris işləri üzrə prorektoru, 1971-1992-ci il­lər­də ADU-nun Si­ya­si iqtisad kafedrasının mü­­di­ri, 1977-1989-cu illərdə Universitetin təd­ris iş­lə­ri üzrə pro­rek­toru, 1992-2000-ci il­lər­də ye­ni­dən Azər­bay­can İqtisad Uni­ver­si­te­tinin elmi iş­lər üzrə prorektoru vəzifələrində çalışmış, 2000-2002-ci illərdə BDU-nun İqtisadiyyat ka­fedrasının pro­fes­so­ru kimi fəaliyyət gös­tər­miş­dir. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

200-ə qə­dər elmi əsərin muəllifidir. Onun elmi rəh­bər­liyi ilə 20 nə­fər­dən çox elmlər namizədi və dok­toru ha­zır­lan­mış­dır. Uzun müddət Azər­bay­can Siyasi İq­ti­sad (iqtisadi nəzəriyyə) elmi mə­k­təbinə rəh­bər­lik etmiş, fundamental mo­no­qrafiyalar yaz­mışdır. T.Vəliyevin elmi təd­qi­qat isti­qa­mət­lə­rində istehsal müna­sibətləri, mül­kiyyət ka­teqori­yası, onun formaları, real­laş­dırılması ob­yekti və subyekti kimi ciddi el­mi məsələlər də mühüm yer tutur. Əsərlərində qeyd olunur ki, məhz mövcud mülkiyyət for­ma­sı ona adek­vat isteh­sal münasibətlərinin əsa­sını təşkil edir, iqtisadi-sosial inkişafa di­na­mik qüvvə kimi katalizator gücü verir.

T.Vəliyev iqtisadi inkişaf səviyyələrinin ta­raz­laş­mış qanunauy­ğun­luq­la­rını aş­kar etməklə, ədalətin, humanizmin əlaməti kimi xa­rak­terizə etmişdir. Onun əmək bölgüsü haq­qın­­da mülahizələri o dövrun sosializm və ba­zar, sosializm və əmtəə-pul munasibətləri ki­mi aktual məsələlərinə aydınlıq gətirir.

T.Vəliyevin diqqət mərkəzində duran mü­­­hüm elmi məsələlərdən biri də xalqı­mızın iq­­tisadi fikir tarixinin obyektiv araşdırılması ol­­muşdur. O, həmin sahədə tarixdə ümum­bə­şə­ri dəyərləri ilə məşhur olan mütəfək­kir­lə­ri­mi­­zin əsərlərində ifadə olunan iqtisadi fikir­lə­ri üzə çıxarmaq kimi nəcib elmi məqsədi qar­­şı­sına qoymuşdu. Alim öz həmkarları ilə bir­gə Azərbaycan iqtisadi fikir tarixinə həsr edil­miş iki monoqrafiyanın aparıcı muəl­lif­lə­rin­dən bi­ri­dir. Onlardan biri 1987-ci ildə rus di­lində nəşr olunmuşdur. Həmkarı, dosent A.Hə­­sə­nov­la yazdığı və 1996-cı ildə çapdan çı­­xan ikin­ci kitabda tarixi və məntiqi prinsipi rəh­bər tut­maqla, iqtisadi ideyalar daha da də­rin­­ləş­di­ril­miş, müxtəlif tarixi mərhələlərdə xal­qımızın iq­tisadi, sosial həyat tərzi, mü­tə­rəq­qi təkamül pro­sesi yüksək səviyyədə işıq­lan­dırılmışdır. Çox­saylı dərsliklərin, o cüm­lə­dən Azər­bay­can­da ilk “İqtisadi nəzəriyyə” dərs­liyinin (1995) redaktoru və muəl­lif­lə­rin­dən biri ol­muş­dur.

T.Vəliyev iqtisad elminin inkişafında, yük­sək ixtisaslı iqtisadçı kadr­ların hazır­­lan­ma­sında, təhsil-təlim sahəsindəki xid­mət­lə­ri­nə görə Azərbay­can Respublikası Ali So­ve­ti­nin fəxri fərmanlarına layiq görülmüşdür. 1981-ci il­də ona Əməkdar elm xadi­mi fəxri adı ve­ril­mişdir. SSRİ Xalq Təsərrüfatı Nailiy­yət­lə­ri Sər­gisinin gümüş meda­lına, SSRİ-nin və Azər­baycan Respub­li­kasının Ali və Orta İxti­sas Təhsili Nazir­liyinin, EA-nın, İttifaq və res­­pub­likanın bəzi ictimai təşkilatlarının tə­şək­­kü­rünə, fəxri fər­manına, “Fərqli mü­vəf­fə­qiy­­yətinə görə” nişanına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Teymur Və­li­yev 2002-ci il aprelin 3-də Bakı şəhə­rində və­fat etmişdir. 

(1926-2002)