Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Cavadzadə Mir-Məmməd Cavad oğlu
Cavadzadə Mir-Məmməd Cavad oğlu 1927-ci il mayın 18-də Lənkəran şəhə­rində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnsti­tutunun müalicə-profi­lak­tika fakültəsini biti­rmişdir (1948).

M.C.Cavadzadə tibb üzrə fəlsəfə doktoru (1954, Moskva) və elmlər doktoru (1962, Leninqrad) dissertasiyalarını müdafiə etmişdir. SSRİ TEA-nın müxbir üzvü (1974), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1980) seçilmiş, Əməkdar elm xadimi (1968) fəxri adına layiq görülmüşdür.

M.C.Cavadzadə Astara rayon xəstəxanasında həkim və Cərrahiyyə şöbəsinin müdiri (1948-1950), Krım Tibb İnstitutunda (Simferopol) assistent, dosent (1954-1957), II Moskva Dövlət Tibb İnstitutunda Urologiya kafedrasında assis­tent, pro­fessor (1957-1963), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns­titu­tunda kafedra müdiri (1963), direktor (1975-2008) vəzifələrində çalışmış­dır.

M.C.Cavadzadə respublikada çoxsaylı uroloji istiqamətlərin əsasını qoy­muş və onun fəaliyyəti tibb elminin urologiya və operativ nefrologiyanın isti­qa­mətləri: anesteziologiya problemləri; böyrək çatışmazlığı, onun pato­gene­zi, konservativ və fəal müalicəsi; uşaq uronefrologiyası problemləri; urolo­giyada damar tədqiqatları və nefrogen hipertenziya problemlərinə dair təd­qiqat­lar aparıl­ması, yeni diaqnostika və müalicə üsullarının işlənib hazırlan­ması ilə bağlıdır.

Akademik M.C.Cavadzadə əksəriyyəti xarici ölkələrdə nəşr olunmuş 700-ə yaxın elmi əsərin, o cümlədən 32 monoqrafiya və dərs vəsaitinin müəl­lifidir. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 15 elmlər və 65 fəlsəfə doktor­luğu dis­sertasiyası müdafiə edilmişdir.

Akademik M.C.Cavadzadə respublika Ali Sovetinin 2 çağırış müddə­tinə de­pu­tatı, AR Səhiyyə Nazirliyinin baş uroloqu olmuş, “Azərbaycan Tibb jurnalı”­nın, “Urolo­giya və nefrologiya” jurnalının redaksiya heyətinin üzvü, Beynəlxalq və Avropa Uroloqlar Cəmiyyətinin həqiqi üzvü, Purkine adına Tibb Cəmiy­yətinin, Bolqa­rıstan Uroloqlar Cəmiyyətinin fəxri üzvü, RTEA-nın Urolo­gi­ya üzrə Elmi və Problem şuralarının üzvü seçilmişdir.

Alimin fəaliyyəti dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətlən­diril­miş, o, “Şərəf nişanı” (1971), “Oktyabr inqilabı” (1981), “Lenin” (1987) və müs­təqil Azərbaycanın “Şöhrət” (1997), “İstiqlal” (2007) ordenləri ilə təltif olun­muşdur.

Akademik Mir-Məmməd Cavadzadə 7 avqust 2008-ci ildə Bakıda vəfat etmişdir.

(1927-2008)