Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Hüseynov Heydər Nəcəf oğlu
Azərbaycan Milli Elmlər Akademiya­sı­­­nın həqiqi üzvü Hey­dər Nəcəf oğlu Hüseynov 3 aprel 1908-ci ildə İrəvan şəhərində anadan olmuşdur.

H.Hüseynov 1927-1931-ci illərdə Azərbaycan Peda­qoji İnstitutunun həm şərqşünaslıq, həm də pedaqoji fakül­tə­lərinin tələbəsi olmuş, ərəb və fars dil­lə­ri­nə mükəmməl yiyələnmişdir. 

H.Hüseynov 1936-1940-cı illər­də SSRİ Elmlər Akademiyası Azərbaycan Fi­lialının En­­siklopediya və Lüğətlər İnsti­tu­tunun direk­toru olmuşdur. O, 1939-cu il­də Tiflis şəhərində “Mir­zə Fətəli Axun­do­vun fəlsəfi görüşləri” adlı namizədlik dis­ser­ta­siyasını müdafiə edərək fəlsəfə elm­ləri na­mi­zədi elmi dərəcəsini, 1944-cü ildə isə pro­fessor elmi adını almışdır.

H.Hüseynov 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azər­baycan  Fi­lialı sədrinin müavini, 1945-1950-ci illər­də Azərbaycan SSR Elmlər Akademi­yasının vit­se-prezidenti, eyni zamanda İctimai Elm­lər­ Böl­məsinin sədri olmuş­dur. 1945-ci ildə Azər­­baycan SSR Elmlər Akademiya­sının hə­­qi­qi üzvü seçil­miş­dir.

H.Hüseynov tarix və fəl­sə­­fə el­mi­nin inkişafına böyük töhfələr ver­mişdir.

H.Hüseynov Azər­bay­can ­tər­cü­mə­ mək­tə­binin əsasını qoymuş, ilk azər­bay­canca-rusca və rus­ca-azərbay­can­ca ­lüğətin redaktorların­dan biri olmuşdur.

H.Hüseynov Bəh­mən­yar,­ Nizami­ Gən­cəvi, ­Füzuli, Ab­basqulu ağa Ba­­kı­­xa­nov, Mirzə Kazım bəy,­ Mirzə Fətəli Axun­­dov,­ Həsən bəy Zər­dabi ­haq­qında ge­niş təd­qi­qat işləri aparmışdır.

Dəfələrlə müxtəlif orden və medallarla təl­­tif edilən Heydər Hüseynov 4 cild­lik “Rus­­ca-azərbaycanca lüğət”inə görə Dövlət mü­kafatı və iki dəfə Stalin müka­fatı laureatı ol­muşdur (1948 və 1950-ci illərdə).

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın həqiqi üzvü Heydər Hüsey­nov 15 avqust 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir. 

 (1908-1950)