Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Salamzadə Əbdülvahab Rəhim oğlu
Azərbaycan Milli Elmlər Akademiya­sının həqiqi üzvü Əbdülvahab Rəhim oğlu Salamzadə 26 fevral 1916-cı ildə Şamaxı şəhərində anadan ol­muşdur. O, Azər­bay­­can milli sənətşünaslıq məktəbinin bani­lə­rin­dən biridir.
Ə.Salamzadə 1939-cu ildə Azər­bay­can Sənaye İnstitutunu bitirdikdən sonra Az­döv­lət­la­yihədə memar işləmiş, 1944-1947-ci illərdə Azərbaycan SSR Elmlər Aka­de­mi­ya­­sı­nın aspiranturasında təhsil almışdır. 1948-ci ildə nami­zəd­­lik, 1964-cü ildə doktorluq dis­ser­ta­si­ya­la­rı müdafiə etmiş,1967-ci ildə  profes­sor elmi adı al­mışdır. AEA-nın müxbir üzvü (1968), həqiqi üzvü (1983) seçil­miş­dir. Azər­bay­can Elmlər Aka­de­mi­ya­­sı­ Memarlıq və İn­cə­sə­nət İnstitutunun şöbə müdiri (1951-1957), son­ra isə direktor müavini (1957-1983) vəzifə­lə­rində çalışmışdır.
Görkəmli alim Azərbaycan me­­marlığının ilk tədqiqatçı­la­rındandır. Onun el­­mi fəaliyyəti Azərbaycan memarlıq tarixinin ya­­ra­dılması, milli mədəni irsimizin qorunması və təb­liği, eləcə də müxtəlif sənət növləri­nin qar­­şı­lıq­lı əlaqələri problemlərinə həsr olun­muş­dur. Bir çox Azərbaycan abi­də­lə­rinin və sə­nət­karlıq nümunələrinin aşkar edilməsi və il­kin tədqiqi, Aran, Təbriz və Naxçıvan me­mar­­­lıq məktəblərinin elmi cəhətdən müəyyənləş­dirilməsi, onların kəşfi bilavasitə
Ə.Salam­za­dənin adı ilə bağlıdır. Azərbaycan şəhərsalma ta­ri­xinin ilk təd­qi­qat­çı­sı olan Ə.Salamzadə qə­dim şə­hər­lə­rin və me­marlıq abidələrinin bərpası və müha­fi­­zə­si­nin elmi əsaslarını hazırlamışdır.
Alim 130-dan ar­tıq elmi əsərin, o cümlədən 15 monoqra­fi­ya­nın müəl­lifidir. Onun «Azərbaycan memarlıq ta­rixi» (1963), «XVI-XIX əsrlərdə Azərbaycan me­marlığı» (1964), «Əcəmi Nax­çı­vani» (1976), «Azərbaycan memarlığının Nax­çıvan məktəbi abidələri» (1985) və başqa əsərləri memar­lıq və sənətşünaslıq elminə öz töhfəsini vermişdir.
Ə.Salamzadə pedaqoji və ictimai fəaliy­yətlə məşğul olmuş, 1948-1952-ci illərdə Bakı Döv­lət Universitetində ilk Sənətşünaslıq böl­mə­sin­də dərs demiş, 30-a yaxın doktorluq və na­mi­zəd­lik dissertasiyalarının elmi rəhbəri olmuş­dur. O, 1962-ci ildən ömrünün sonunadək Azərbaycan Tarix və Mədə­niy­yət Abidə­ləri Mü­hafizə Cəmiyyətinin sədr müavini, Azər­bay­can Mədəniyyət Nazir­li­yi­nin kollegiyasının üzvü (1966-1971), SSRİ Me­­mar­lar İttifaqının İdarə He­yətinin üzvü, Azərbaycan  Elmlər Aka­de­mi­ya­­sı­ Hu­ma­ni­tar və İctimai Elm­lər Bölməsinin akademik-ka­tibinin müavi­ni olmuşdur.Ə.Salamzadənin fəaliyyəti dövlət tə­rə­­fin­dən yüksək qiymətləndiril­mişdir. O, «Qır­mızı Əmək Bayrağı» ordeni ilə təltif edilmiş, Azər­baycan Res­publikasının Əmək­dar inşaat­çı­sı (1960) və Əməkdar elm xadimi (1982) fəxri adına layiq gö­rül­müşdür.
Akademik Əbdülvahab Salamzadə 19 avqust 1983-cü ildə Bakıda vəfat etmişdir.

(1916-1983)