Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Talibzadə Kamal Abdulla Şaiq oğlu
Azərbaycan Milli Elmlər Akade­mi­ya­sı­nın həqiqi üzvü Kamal Talıbzadə 1923-cü il av­qustun 14-də Bakı şəhərində anadan olmuşdur.

1945-ci ildə Azərbaycan Dövlət Uni­ver­sitetinin Filologiya fa­kültəsini bitir­miş­dir. Azərbaycan SSR Elm­lər Aka­demiyası Niza­mi adına Dil və Ədə­biy­yat İns­titutunun aspi­rantı olmuş (1945-1948), fi­lo­lo­giya üzrə namizədlik (1949), dok­torluq (1965) dissertasiyaları müdafiə etmiş, pro­fes­sor (1972) elmi adı almışdır.

1980-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası­nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilmişdir.

AEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri (1952-1969, 1981-1994), elmi iş­lər üzrə direktor müavini (1960-1981), direktoru vəzi­fəsini icra etmişdir (1968). 1994-cü ildən Azərbaycan Elmlər Akade­mi­ya­sı­nın elmi məsləhətçisi, eyni zamanda Ab­dul­la Şaiqin Ev Muzeyinin direk­toru, Ni­za­mi adına Ədəbiyyat İnstitutu nəzdində Dis­ser­ta­siya Şura­sının sədri olmuşdur (2000-2006). 1950-1952-ci illərdə Azərbaycan Dövlət Uni­ver­sitetinin, 1984-1986-cı illərdə Azərbaycan Döv­lət Pedaqoji Universite­tinin müəllimi olmuşdur.

Ədəbiyyatşünaslıq elminin bir çox istiqa­mət­lərinin, xüsusilə ədəbi tən­qidin tarixi və nəzəri sahələrinin yaranması və inkişafı K.Talıbzadənin adı ilə bağlıdır. Alim klassik irsin, ədəbi əlaqə­lə­rin, ədəbiyyat tarixinin prob­lem­lərinə, mətn­şü­­nas­lıq məsələlərinə həsr olunmuş yüzlərlə mə­­qa­lə və kitabın müəllifidir. «Abbas Səh­hət» (1955), «Qorki və Azərbaycan» (1959), «XX əsr Azərbay­can tənqidi» (1966), «Ədəbi irs və varislər» (1974), «Azərbaycan ədəbi tən­qidinin tarixi» (1984), «Tənqid və tən­qid­çi­lər» (1989), «Seçilmiş əsərləri» (2 cilddə)» (1994) və s. kitabları elmi ictimaiyyət tə­rə­fin­dən yüksək qiymət­lən­dirilmişdir. Onun üçcildlik «Azərbay­can ədə­biy­yatı tarixi»nin (1957-1960), ikicildlik «Azər­baycan sovet ədə­biy­ya­tı tarixi»nin (1967) yazıl­masında və nəşrində mü­­hüm xidmətləri vardır. Yeddi­cild­lik «Azər­bay­can ədəbiyyatı ta­ri­xi»nin mü­əl­liflərindən və redaktorlarından olmuşdur.

K.Talıbzadə 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görü­lmüşdür. 1986-cı ildə elmi işindəki müvəffəqiyyətlərinə, xü­su­si­lə, milli tən­qidi fikrin tarixi mənzərəsini əks et­dirən «Azərbaycan ədəbi tənqidinin tari­xi» ad­­lı əsərinə görə Azərbaycan Dövlət Mükafatı lau­reatı olmuş (1986), «Əməkdə fərqlənməyə gö­rə» medalı (1970), «Şöhrət» ordeni (1998) ilə təltif edilmişdir.

Akademik Kamal Talıbzadə 2006-cı il yanvarın 20-də Ba­kıda vəfat etmiş, Fəxri xiya­banda dəfn edil­mişdir.

(1923-2006)