Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Volobuyev Vladimir Rodionoviç
Volobuyev Vladimir Rodionoviç 25 iyul 1909-cu ildə Krasnodar şəhərində ana­dan olmuşdur. Kuban şəhərindəki  Kənd Təsərrüfatı institutunu bitirmişdir (1930).

Fəlsəfə doktoru (1944) və elmlər doktoru (1946) elmi dərəcəsini almış, pro­fessor (1949) adına layiq görülmüşdür.  Azərbaycan Elmlər Akademiyasının müx­bir üzvü (1955) və həqiqi üzvü (1958) seçilmişdir.

V.Volobuyev Tiflis şəhərində Zaqafqa­zi­yanın Su Təsərrüfatı İnstitutunda böyük torpaq­şünas vəzifəsində çalışmış (1931-1937), Bakıya gələrək Az.FAN-nın Torpaq­şü­naslıq şöbəsində Torpaq fizikası bölməsinə rəhbərlik etmişdir (1939-1941). Cənu­bi Muğan, Böyük Qaraçalı, Pir Araks, Şirvan və Kür-Araz ovalığı torpaq ekspe­disi­ya­sına rəhbərlik etmişdir. Qafqaz Su Təsərrüfatı ET İnstitutunun Azərbaycan filialında direktor müavini (1945-1946) işləmişdir. Az.SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitu­tun­da böyük elmi işçi vəzifəsində çalışmış (1947-1948), institutun Torpaqla­rın melio­rasiyası laboratoriyasına rəhbərlik etmişdir (1949-1950). İnstitutun direk­tor müavi­ni (1950-1952) və direktoru (1952-1956) vəzifə­sin­də çalışmışdır. Biologi­ya və Kənd Təsərrüfatı Elmləri Şöbəsinin akademik-katibi işləmişdir. Az.SSR EA-nın vitse prezi­denti (1957-1958) olmuşdur.

SSRİ  EA–nın müxbir üzvü seçilmişdir (1968).

V.Volobuyev Azərbaycanın iri irriqasiya-meliorasiya obyektlərinin tədqiqi nəticə­sində meliorativ rayonlaşma prinsiplərini müəyyən etmiş və onların yuyulması nə­zəriyyəsini yaratmışdır. Duzların miqrasiya proseslərinin 6 genetik formasını müəy­yən etmişdir. Torpaq ekologiyası, təsnifatı və diaqnostikası mə­sələlərini işləyib hazır­lamışdır. Respublikada torpaqəmələgəlmənin energetikasına dair təlimin elmi əsas­larını inkişaf etdirmişdir.

5 kitab, 156 məqalə, 4 xəritənin və 5 patentin müəllifidir.

Yüksək ixtisaslı  15 elmlər və 2 fəlsəfə  doktoru hazırlamışdır.

V.Volobuyev keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin Mərkəzi Şura­sının, SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şura­sının üzvü olmuşdur.

2  dəfə Dövlət Mükafatı və Mendeleyev adına mükafatla təltif olunmuş, Əməkdar elm xadi­mi adına layiq görülmüşdür.

Akademik Vladimir Volobuyev 5 noyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.

 (1909-1987)