Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Struktur bölmələri

İqtisadiyyat şöbəsi
Tel. (+994 50) 6364380 
Faks  
Elektron poçtu eltunibrahimov@yahoo.com
Struktur bölmənin rəhbəri İbrahimov Eltun Yulət oğlu  
İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Nаxçıvаn Muxtar Respublikasının sоsiаl-iqtisаdi inкişаf prоblеmləri
Əsas elmi nəticələri Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı amilləri araşdırılmış, əmək ehtiyatlarından düzgün istifadə edilməklə əhalinin maddi təminat potensialının artırılması yolları təhlil edilmişdir. Aydın olmuşdur ki, muxtar respublikada 2014-cü ilin yanvar-aprel aylarında əhalinin gəlirləri 448 milyon 211 min manat, onun hər bir nəfərə düşən həcmində isə 1028 manat təşkil etmişdir. Təbii ki, bu isə insanların alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı amilləri araşdırılmış, əmək ehtiyatlarından düzgün istifadə edilməklə əhalinin maddi təminat potensialının artırılması yolları təhlil edilmişdir. Muxtar respublikada iqtisadiyyatın sahə strukturunda yer alan istiqamətlərin davamlı inkişafı burada stimullaşdırıcı mexanizmlərin işlək vəziyyətə gətirilməsi nəticəsində mümkün olmuşdur. Əsasən ucqar dağ kəndlərində infrastruktur potensialının gücləndirilməsi, məhsul istehsalçılarına texniki və maliyyə yardımlarının intensiv hal alması, mezoiqtisadi potensialın artırılması, məhsul və vaxt itkisini önləyə biləcək tədbirlərin vaxtında həyata keçirilməsi və s. kimi tədbirlər iqtisadi inkişafa əhəmiyyətli dəstək olmaqla yanaşı, həm də iqtisadiyyatda səmərəli məşğulluq səviyyəsinin yüksəlməsinə də təkan olmuşdur. Naxçıvan Muxtar Respublikasında məşğulluq səviyyəsinin yüksəldilməsində bir sıra iqtisadi-hüquqi tənzimləmənin həyata keçirilməsi öz növbəsində: Muxtar respublikanın iqtisadi potensialının gücləndirilməsinə; kənd təsər-rüfatı və sənaye məhsulunun istehsalında artım dinamikasının qorunmasına; kəndlərdə məskunlaşmanın stimullaşdırılmasına, bunun isə ümumilikdə demoqrafik tarazlığın qorunmasına; bu sahədəki tədbirlərin ÜDM-nin strukturunda kənd təsərrüfatının ikinci yerdə təşəkkül tapmasına; təsərrüfat subyektlərinin fəaliyyətinin səmərəli təşkilində əmək potensialından istifadənin optimal yollarının tapılmasına, bunun isə məşğulluq potensialının artmasına səbəb olmuşdur.