Tel. |
(012) 537 22 79 (+994 50) 770 91 72 |
Faks |
|
Elektron poçtu |
|
Struktur bölmənin rəhbəri |
Xatirə Nəcəfqulu qızı Quliyeva fəlsəfə elmləri doktoru, dosent |
İşçilərin ümumi sayı |
|
Əsas fəaliyyət istiqamətləri |
Müstəqil Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyevin siyasi idarəçilikdə çoxmədəniyyətlilik, tolerantlıq ənənələrinə, eyni zamanda bu dünyəvi və bəşəri hadisəni dolğun əks etdirən azərbaycançılıq ideologiyasına ehtiramın ifadəsi olan müasir Azərbaycan multikulturalizm modeli Azərbaycan və bu geosiyasi-geomilliidentik məkanda yaşayan bütün insanların yaşam fəlsəfəsi olaraq siyasi, mədəni, iqtisadi və digər sahələri əhatə etdiyi kimi elmi istiqamətdə, xüsusilə ilə cəmiyyətin tərəqqi, həmçinin böhran məsələsini öyrənib, dəyərləndirən fəlsəfə sahəsində maraq doğurur, düşündürən mövzulara yol açır. . “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsi 2017-ci ildə Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması” məqsədi ilə 2016-cı ilin Multikulturalizm İLİ Elan olunması haqqında Sərəncamından irəli gələn vəzifələr istiqamətində yaranmışdır. “Multkulturalizm və Tolerantlıq fəlsəfəsi” dünya multikulturalizminin tarixi, metodoloji və müasir problemlərini, paralel olaraq Azərbaycan multikulturalizm modelininin ənənəvi qaynaqlarını, eyni zamanda müasir, yeni və aktual məsələlərini elmi kontekstlərdən öyrənir, bu sahə üzrə elmi kadrların yetişdirilməsini nəzərdə tutur. “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” şöbəsi müasir dünyanın elmi fənləararası əlaqələr prinsipinə əsaslanmaqla (siyasi fəlsəfə) Azərbaycanın tarixi şəxsiyyətlərinin, siyasi liderlərinin, ilk olaraq Ulu Öndər Heydər Əliyevin və bütün dünyanın diqqətini cəlb etmiş “Müasir Multkulturalizm Modelinin” əsl müəllifi Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin siyasi idarəçilikdə çoxmədəniyyətlilik, tolerantlıq konsepsiyasını, İdentiklik və çoxmədəniyyətlilik ideyasınının ümumi və fərqli tərəflərini, habelə digər elmi fəlsəfi mövzuları, məsələn, Azərbaycan multikulturalizm modelinin ictimai kommunikasiyalar, idrak, etik-estetk, sosial-mədəni, psixoloji aspektlərdə inkişaf dinamikasını fundamental şəkildə tədqiq etməklə milli elm tarixini zənginləşdirmək vəzifəsini öz üzərinə götürür. |
Əsas elmi nəticələri |
2017-ci ildən “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” kafedrasının aşağıdakı nəşrləri çap olunur: Xatirə Quliyeva. Heydər Əliyev siyasəti:Milli Dövlət, Milli Lider, Vətəndaşlıq, Mənəviyyat (monoqrafiya.Bakı. Elm.2019. 416 səh.) Məqalələr Topluları: 1.İdentiklik-Multikultursalizm- Dialoq Fəlsəfəsi (Bakı. Elm və təhsil-2018. 304 səh.) 2.Xatirə Quliyeva. Çoxmədəniyyətliliyin nə¬həng körpüsü – İmadəddin Nəsimi yaradıcılığı (Bakı.Elm və təhsil. 2019. 154 səh.) 3.İmadəddin Nəsimi İrsi Çağdaş Ərəb tədqiqatlarında (Bakı.Avropa -2020. 190 səh.) 4.Xatirə Quliyeva. Ulu öndər Heydər Əliyevin siyasətinin müdriklik gücü. (Bakı. «Kitabcapı.az» 2021. 310 səh.) 5.Khatira Guliyeva. «History, Methodology and Hypothesis of Artificial Intelligence» (Bakı- Elm.2022. 356 səh.). 6.“Əbədiyaşar bəşəri fəlsəfə -DİALOQ” (Bakı- Elm.2022. 406 səh.). 7.Xatirə Quliyeva. Şuşa Bəyannaməsi - Birlik və Həmrəylik Fəlsəfəsi . (Bakı, Elm. 2023.400 səh). Şöbə müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva aşağıdakı nüfuzlu elmi sistem və jurnalların üzvüdür: 1. Amerikanın nüfuzlu Google academia/ com sistemi |