Tel. | ||
Faks | ||
Elektron poçtu | ||
Struktur bölmənin rəhbəri |
Ələkbərov Faiq Qəzənfər oğlu fəlsəfə üzrə fəlsəfə doktoru, dosent |
|
İşçilərin ümumi sayı | 5 | |
Əsas fəaliyyət istiqamətləri | Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 9 iyul 2024-cü il № 1710 saylı qərarına əsasən Fəlsəfə və Sosiologiya İnstitutunda “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsi yaradılıb. Zəngin elmi-mədəni irsə, fəlsəfi düşüncə tarixinə malik türk xalqlarının fəlsəfi fikir tarixinin araşdırılması, xüsusilə də müasir dövrün tələbləri kontekstində öyrənilməsi türk birliyinin təməl prinsiplərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Türk dünyasının keçmişdən günümüzədək mədəni, fəlsəfi irsinin öyrənilməsi, başqa sözlə, milli və ortaq təfəkkürünün, düşüncəsinin tədqiqi vacib amillərdən biridir. Həmçinin türk xalqlarının ayrı-ayrı mütəfəkkirlərinin fəlsəfi fikirlərinin vahid şəkildə formalaşması aktuallıq kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini ortaq etnik-mədəni dəyərlərə sahib olduğumuz türk ölkələri ilə siyasi, diplomatik, iqtisadi, mədəni, elmi əlaqələrin inkişaf etdirilməsi təşkil edir. | |
Əsas elmi nəticələri |