Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyası

Polifunksional kompleksonlar və metalkompleks birləşmələr laboratoriyası
Tel. (+994 12) 4965110 
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri k.e.d. Nəsirov Füzuli Əkbər oğlu 
İşçilərin ümumi sayı 16
Əsas fəaliyyət istiqamətləri  Tərkibində müxtəlif heteroatomlar saxlayan poli-funksional kompleksonatların, onların əsasında müxtəlif metal-komplekslərin sintezi və bu birləş-mələrin kimyəvi əlavələr (polimerlərin qocalmasına qarşı stabilləşdiricilər, motor yağlarına və yanacaqlara aşqarlar, korroziyaya qarşı inhibitorlar), dien karbohidrogenlərin polimerləşməsi, oliqomerləş-məsi və sopolimerləşməsi, alkil- və polialkilkarbo-natların, polialkilakrilatların alınma prosesləri üçün katalizatorların, iniferterlərin işlənib hazırlanması 
Əsas elmi nəticələri

Nikelarilditiofosfat əsasında polietilenin qocal-masına qarşı “Stanaz” adlı polifunksional stabilizator yaradılmışdır.Onun əsasında sənaye miqyasın-da polietilen kompozisiyası və antistatik, tempera-tura və işıq şüasına qarşı davamlı, UB şüaları özün-dən yüksək effektlə keçirən polietilen örtüyü isteh-sal edilmiş və kənd təsərrüfatında yüksək iqtisadi səmərəliklə istifadə edilmişdir.

Müxtəlif molekul kütləsinə və mikroquruluşa malik polibutadienlerin alınması prosesləri üçün dünya təcrübəsində analoqu olmayan 4 yeni nikel və kobalt tərkibli bifunksional katalitik ditiosistem-lər yaradılmışdır:

-Nikel tərkibli katalitik ditiosistemlər:

Nikelin üzvi ditiotörəmələri (ditiofosfatlar, ditio-karbamatlar və ya ksantogenatlar) + alkilalüminium halogenidlər  (monoxloridlər və ya seskvixloridər ). Bu katalitik sistemlər aşagı molekul kütləli 1,4-sis polibutadienin (SKDN-N maye kauçuklarının analoqu) alınma proseslərində istifadə olunur. Alınmış kauçuk lak –boya sənayesində örtük əmələ gətirici kimi istifadə olunur;

-Kobalt-ditiofosfat katalitik sistemləri:

Kobaltın üzvi O.O- ditiofosfatları (KTF-Co  və   ya DİPDTF-Co) + alkilalüminium halogenidlər (mono- və ya seskvixloridlər). Bu katalitik sistem-lər tərkibində 92-95%-dən artıq 1,4-sis manqaları olan yüksək molekul kütləli 1,4-sis polibutadienin alınması prosesində istifadə olunur. Bu tip kau-çuklar şin, rezin-texniki məmulatlar sənayesində və zərbəyə davamlı polistirollar istehsalında istifadə olunurlar;

- Kobalt-ditiokarbamat katalitik sistemləri:

Kobaltın N,N-ditiokarbamatları (DEDTK-Co)+ alkilalüminium halogenidlər  (mono- və ya seskvi-xloridlər). Bu katalitik sistemlər tərkibində 35%-ə qədər  1,2- manqaları olan yüksək molekul kütləli 1,4-sis polibutadienin alınması prosesində istifadə olunur. Bu tip kauçukları şin sənayesində butadien-stirol kauçukunun əvəzedicisi kimi və həmçinin zərbəyə davamlı polistirollar istehsalında istifadə edirlər;

Kobalt-ksantoqenat katalitik sistemləri:

Kobalt ksantoqenatlar (BuKs- Co)+ trialkilalümini-um (TİBA və ya TEA). Bu katalitik sistemlər yüksək molekul kütləli və müxtəlif kristallıq dərə-cəsinə malik olan sindiotaktik 1,2-polibutadienin alinması proseslərində istifadə olunurlar. Bu tip polimerlər işıq təsirindən parçalanma xassəsinə malik olmaqla birdəfəlik istifadə olunan tibbi ləvazimatlar (qan və sistem köçürmə üçün və s.), idman ayaqqabıları sənayesində və bioparçalanan örtüklərin, qablaşdırıcıların və s. məhsulların hazır-lanmasında istifadə olunurlar.

İşlənib hazirlanmış nikel və ya kobalt tərkibli bifunksional katalitik ditiosistemlərin sənayedə istifadə olunan katalitik sistemlərdən mühüm fərqi ondan ibarətdir ki, onlar daha yüksək katalitik aktivliyə malik olmaqla yanaşı eyni zamanda polibutadienlərin saxlanması, emalı və istismarı zamanı yuksək effektliyə malik stabilləşdirici kimi və həmçinin rezin məmulatlarının hazırlanmasında vulkanlaşmanın gücləndiriciləri kimi istifadə oluna bilər. Buna görə də bu katalitik sistemlərin istifadəsi zamanı alınmış polibutadienlərin tərki-bindən katalizator qalıqlarının yuyulması və polimerlərə çox baha olan antioksidantların əlavə edilməsinə ehtiyac qalmır. Bu tip bifunksional katalizator – stabilləşdiricilərin istifadəsi ekoloji cəhətdən daha təmiz sənaye proseslərinin yaradıl-masına imkan verir.Bu katalizatot-stabilləşdiricilər Yefremov Sintetik kauçuk zavodu (YSKZ) (Yefremov ş., Tula vilayəti, Rusiya)), Petkim Petrokimiya Holdinq A.Ş. firmasında (İzmir, Türkiyə) geniş miqyasda sınaqdan keçirilmiş və YSKZ-də sənaye miqyasında maye kauçuk istehsalında istifadə edilmişdir. Sübut olunmuşdur ki, alınmış maye kauçukun katalizator qalıqların-dan qələvi məhlulu  və ya su ilə yuyulmasına ehtiyac qalmır.

Kobalt-ditiofosfat tərkibli katalitik sistemlərinin iştirakı ilə yüksək molekul kütləlı 1,4-sis polibuta-dienin alınması prosesi də, “YSKZ” S.C. (Rusiya) və Petkim firmasında (İzmir, Türkiyə), təcrübi-sənaye və sənaye miqyasında müvəffəqiyyətlə sınaqdan keçirilmişdirlər.

Bu katalizatorun iştirakı ilə yüksək molekul kütləli 1,4-sis polibutadienin alınması prosesində polimerdən katalizator qalıqlarının yuyulması və ona antioksidant əlavə etməklə stabilləşdirmə mərhələləri aradan qalxır ki, bu da son nəticədə ekoloji mühitin  əhəmiyyətli dərəcədə yaxşılaş-masına gətirib çıxarır.

Kobalt-ditiokarbomat katalitik ditiosistemləri tər-kibində 35%-ə qədər 1,2 manqaları olan yüksək molekul kütləli 1,4-sis polibutadienin alınması prosesində istifadə olunur. Bu polimer JSR firması-nın (Yaponiya) istehsal etdiyi polimerin analoqu olmaqla şin sənayesində butadien-stirol kauçuku-nun əvəzedicisi kimi, həmçinin zərbəyə davamlı polistirolların alınmasında istifadə olunur.

Kobalt-ksantegenat katalitik sistemləri müxtəlif kristallıq dərəcəsinə malik yüksək molekul kütləli sindiotaktik 1,2-polibutadienin alınması prosesində istifadə olunur. Bu kristall quruluşlu polimerlər JSR və UBE POL firmalarının (Yaponiya) işləyib hazırladıqları işıq təsirindən parçalanma qabiliyyəti olan kristallik polimerlərin analoqudur və onlar birdəfəlik istifadə olunan tibbi ləvazimatların hazır-lanmasında, idman ayaqqabıları sənayesində, müx-təlif plyonklaların, qablaşdırıcıların, və s. isteh-salında istifadə olunurlar.

Etil- və polietilkarbonatların alınması üçün metal-ların tsiklik alkilfeno­lyatları əsasında yeni tip katalizator yaradılmışdır. Motor yağlarına özlülük aşqarları – polialkilakrilatların alınması üçün yeni tip iniferterlər yaradılmış və sınaqdan keçirilmişdir