Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Fizioloji fəal üzvi birləşmələr laboratoriyası

Fizioloji fəal üzvi birləşmələr laboratoriyası
Tel. (+99412)5149651

(+994 12) 5149612  

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri

 Sucayev Əfsun Rəzzaq oğlu

Kimya elmləri doktoru, Dosent

İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Zərif üzvi sintez üsulu və kompüter kimyasının imkanlarından istifadə etməklə tərkibində azot-, oksigen- və kükrdsaxlayan heterotsiklik birləşmələr və onların metal komplekslərindən ibarət daha təsirli yeni antioksidant aşqarlar və fizioloji fəal birləşmələri sintez etmək və onların müxtəlif funksional xassələrini, təsir mexanizmini tədqiq etmək və quruluşları ilə səmərəliliyi arasında olan əlaqəyə əsasən perspektivli üzvi reagentlərin seçilməsinin elmi əsaslarını hazırlamaq.
Əsas elmi nəticələri

Əsas elmi nəticələri - Fundamental tədqiqatların nəticələrinə əsasən sürtkü yağları və yanacaqların oksidləşməsinin qarşısını alan yüksək və kombinə təsirə malik yeni aşqarlar sintez edilmiş, bu aşqarların yüksək təsirli sinergetik kompozisiyaları işlənilmişdir;

ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmaları Mərkəzininin aparıcı mütəxəssisləri ilə aparılan beynəlxalq müştərək tədqiqatlar nəticəsində kompüter kimyasının proqram təminatlarından istifadə edərək kvant kimyəvi hesablamaları ilə bəzi birmərhələli çoxkomponentli reaksiyaların təcrübi-nəzəri mexanizmi müfəssəl tədqiq olunmuşdur. Həmçinin bu birləşmələrin rentgen quruluş analiz üsulu ilə fəza və asimmetrik izomer formaları müfəssəl tədqiq edilmiş və həmin maddənin trans izomer halında daha sabit olduğu təsdiq edilmişdir.

İlk dəfə sintez olunan 80 yeni fizioloji fəal maddənin canlı orqanizmlərdə antioksidant fəallığı, o cümlədən müxtəlif enzim və izoenzimlər üzərində inhibitor təsirləri Türkiyənin Atatürk və Bartin universitetlərinin alimləri ilə birgə tədqiq edilmiş və yüksək təsirə malik olmaları müəyyən olunmuşdur. Tədqiq olunan maddələr ayrı-ayrı funksional qruplar saxlayan nümayəndələri müasir təbabətin bəzi qlobal xəstəlikləri olan bədxassəli şiş (xərçəng), Alzheimer (yaddaşitmə, ağıl zəifliyi), qlaukoma, şəkərli diabet və sair pataloji proseslərə yüksək inhibitor təsiri göstərirlər. Tədqiq olunan birləşmələrin bəziləri standart dərman kimi tətbiq olunan tokoferol və α-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir.