Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Mühafizəedici üzvi birləşmələr laboratoriyası

Mühafizəedici üzvi birləşmələr laboratoriyası
Tel. (+99412)5149651

(+994 12) 5149612  

Faks (+994 12) 5149612 
Elektron poçtu aki05@mail.ru 
Struktur bölmənin rəhbəri Fərzəliyev Vaqif Məcid oğlu

kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü

İşçilərin ümumi sayı
Əsas fəaliyyət istiqamətləri  Sürtkü yağlarının mühafizəedici xassələrini yaxşılaşdıran aşqarların sintezinin elmi əsaslarının işlənib hazırlanması və istehsalata tətbiq edilməsi.
Əsas elmi nəticələri

Tautomer xassəli olan merkaptobenzazolinlərin formaldehid, ikili aminlər (və ya spirtlərlə) birgə kondensləşmə reaksiyaları işlənib hazırlanmışdır. NMR1H  və 13C - spektroskopiya üsullarının nəticələrinə əsasən təyin edilmişdir ki, reaksiya azolin qrupunda olan N-lə gedərək, uyğun olaraq yeni, N aminometil-  və N-alkoksimetil-benzotiazolin-2-tionları əmələ gətirir.

İlk dəfə tərəfimizdən sintez edilmiş birləşmələrin Türkiyədə aparılan sınaqları nəticəsində müəyyən edilmişdir ki, bu birləşmələr fizioloji fəallığa malikdir və qlaukoma, şəkərli diabet, bəd xassəli şis xəstəliklərinə qarşı yüksək effetlidir.

Alınmış N-alkoksimetiltörəmələri sinton kimi istifadə edərək onların əsasında N-azidometilbenzazolin-2-tionlar sintez edilmişdir və sınaqlar nəticəsində müəyyən edilmişdir ki, bu birləşmələr  Cт-3 poladı turş mühütdə 99,9% korroziyadan qoruyur.

Aşqarların təsir mexanizminin öyrənilməsi, eləcə də onların funksional təsiri ilə tərkibi və quruluşu arasındakı korrelyasiyanı öyrənməklə optimal quruluşa malik olan aşqarların məqsədyönlü sintezi işlənib hazırlanmışdır;

Yanacaqları, yağları və xüsusi mayeləri bioloji zədələnmədən mühafizə edən bir sıra üzvi birləşmələr sintez edilmiş və hərtərəfli öyrənilmişdir.Alınmış birləşmələr 2022-ci ildə Azərbaycan Respublikası patentləri ilə mühafizə olunmuşdur. .