Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Ağac və kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyası

Ağac və kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyası
Tel. (+994 12) 4546062
Faks (+994 12) 4540374
Elektron poçtu zemfira_abbasova@mail.ru 
Struktur bölmənin rəhbəri Abbasova Zemfira Hacıbaba qızı 

Biologiya üzrə fəlsəfə doktoru, dosent

İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Respublikada iqlim şəraiti üçün ağac və kol növlərinin uyğunlaşdırılması. — Azərbaycanın çöl zonasında ağac bitkilərinin introduksiya  təcrübəsinin təhlili;ex situ ağac bitkilərinin  nadir  və məhv olmuş  növlərinin saxlanılması;
Əsas elmi nəticələri

Azərbaycan florasında 42 fəsilə 71 cinsə aid 198 nadir və nəsli kəsilməkdə olan ağac və kol növü müəyyən edilmiş, həmin növlər təhlükə kateqoriyaları üzrə qruplaşdırılmış və “Azərbaycanın nadir ağac və kol bitkiləri” kitabı çapdan çıxmışdır. Bakı, “Elm” nəşr., 2014, 280 səh.

Azərbaycanın quru subtropik bölgələrində zeytun bitkisinin bioloji xüsusiyyətləri və həyat fəaliyyəti, vegetativ orqanların böyüməsi, generativ orqanların inkişafı, məhsuldarlığın formalaşmasına üzvi və mineral gübrələrin, suvarmanın təsiri öyrənilmiş, perspektivli sortlar araşdırılmış və tətbiq sahələri müəyyənləşdirilməklə uzun illər aparılan tədqiqatın yekunu olaraq “Культура маслины в Азербайджане” kitabı çapdan çıxmışdır. Bakı: “Müəllim”, 2015, 612 səh.