Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsi

Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsi
Tel.  (+994 12) 5372433
Faks  
Elektron poçtu

taranavaliyeva@mail.ru 

Struktur bölmənin rəhbəri Qasımlı Məhərrəm Paşa oğlu  
İşçilərin ümumi sayı 14 
Əsas fəaliyyət istiqamətləri 

Şöbə “Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqi problemi” üzrə

a) Azərbaycan şifahi xalq ədəbiyyatının tarixi və nəzəri məsələləri;

b) ədəbi abidələrin tədqiqi, şifahi və yazılı ədəbiyyatın qarşılıqlı münasibətlərinin araşdırılması mövzularının tədqiqi  ilə məşğul olur.  

Əsas elmi nəticələri

Şöbə müxtəlif tarixi mərhələlərdə Azərbaycan nağılları, dastanları və aşıq poeziyası antologiyalarını çoxcildliklər şəklində nəşr etdirmişdir. Bu sıradan “Azərbaycan nağılları”  (5 cilddə), “ Azərbaycan dastanları” (5 cilddə), “Koroğlu”, “Azərbaycan aşıqlar və el şairləri  (2 cilddə) kimi akademik nəşrlər böyük elmi-tarixi əhəmiyyət daşıyır.