Tel. | (+994 50) 5922663, (+994 12) 5107442 | |
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | depart_inf@kqki.science.az | |
Struktur bölmənin rəhbəri | Qulu-zadə Esmira Sadıx qızı
Kimya üzrə fəlsəfə doktoru |
|
İşçilərin ümumi sayı | 12 | |
Əsas fəaliyyət istiqamətləri | Elmi-texniki və patent məlumatlarının toplanması, təhlili və sistemləşdirilməsi, Dövlət Qeydiyyat Mərkəzinə sənədlərin təqdimatı və dövrü elmi tədbirlərin təşkili, www.science.az internet saytında olan institutumuzun səhifəsindəki məlumatların vaxtaşırı yeniləşdirilməsiməsi | |
Əsas elmi nəticələri | İnstitutun strukturu, laboratoriya və sektorlarda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri və əldə edilmiş elmi nəticələr haqqındakı məlumatlar ingilis, rus və azərbaycan dillərində hazırlanmış, Milli Elmlər Akademiyasının www.science.az saytında yerləşdirilmişdir. Həmin saytdakı elmi nəticələr haqqında olan məlumatlar vaxtaşırı olaraq yeniləşdirilir. İnstitutun elektron poçtuna xaricdən gələn məktubların, konfrans və simpoziumlar haqqında məlumatların azərbaycan dilinə, həmçinin, əməkdaşlar tərəfindən xaricə göndərilən elmi əsərlərin və lazımi sənədlərin ingilis dilinə tərcüməsi şöbənin tərcüməçiləri tərəfindən yerinə yetirilir. İnternet vasitəsilə institutun elmi-tədqiqat işlərinin istiqamətlərinə uyğun axtarışlar vaxtaşırı aparılaraq məlumatlar toplanılır. Respublikamızda kimyanın müxtəlif sahələrindəki elmi yeniliklərin əməkdaşlara çatdırılması üçün konfranslar və institutda əvvəllər çalışmış görkəmli kimyaçıların həyat və yaradıcılığına həsr edilmiş yubiley iclasları təşkil olunur və konfrans materialları kitabça şəklində çap olunur. |