Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Azərbaycan torpaq ehtiyatları coğrafiyası şöbəsi

Azərbaycan torpaq ehtiyatları coğrafiyası şöbəsi
Tel. (+994 12) 5398348  
Faks  
Elektron poçtu huseynli-peri@mail.ru
Struktur bölmənin rəhbəri Quliyev İsmayıl Əhliman oğlu
Aqrar üzrə fəlsəfə doktoru
İşçilərin ümumi sayı 16 
Əsas fəaliyyət istiqamətləri  Yarım əsrdə şöbə meşə torpaqlarının genezisi, “meşə-torpaq” sistemində qarşılıqlı əlaqə, arid torpaqların deqradasiyası və Pirqulu stasionarında fasiləsiz olaraq “İnsan və Biosfer” Beynəlxalq proqramı üzrə biogeosenoloji problemlərlə məşğul olmuşdur.
Əsas elmi nəticələri

Azərbaycan meşə qurşağı və meşədən azad olmuş ərazilərinin torpaq örtüyü tədqiq edilmiş və iri miqyaslı torpaq xəritələri tərtib edilmişdir.

Stasionar və yarımstasionar şəraitdə biogeosenoloji tədqiqat əsasında “torpaq-bitki” əlaqələri tədqiq olunmuşdur.

Arid torpaqlarda deqradasiya prosesinin istiqaməti müəyyən edilmiş çoxillik parametrlər və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı əsasında deqradasiya dərəcəsi və prosesin sürəti öyrənilmişdir.