Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Planetlər və kiçik səma cisimləri şöbəsi

Planetlər və kiçik səma cisimləri şöbəsi
Tel. (+994 50) 5737967
Faks  
Elektron poçtu atai1951@yahoo.com
Struktur bölmənin rəhbəri Ədalət Əbülfət oğlu Ətayi

fizika üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Planetlərin atmosferlərinin tədqiqi, asteroidlərin kimyəvivə tərkibinin öyrənilməsi, kometlərin mənşəyi və onların dinamikasının tədqiqi, Yerin süni peyklərinin orbitlərinin tədqiqi. 
Əsas elmi nəticələri Hiperbolik meteorların reallığı və onların mənbəyi məsələsinə müəyyən aydınlıq gətirilmişdir. Vahid metodika və cihazlarla müşahidə olunmuş bir qrup belə cisimlərin tədqiqi nəticəsində onların hərəkətinin Günəş apeksi ilə statistik əlaqəsi və transneptun planet cisimləri ilə kinematik əlaqəsi aşkar edilmişdir.

Vestanın səthində olivin mineralının miqdarının təyini alqoritmi yaradılmışdır. Bu işdə çətinlik ondan ibarətdir ki, olivinin spektrində ikivalentli dəmirin və piroksinin udulma zolaqları üst-üstə düşə bilirlər. Bunların ayrılması və mənsubiyyəti problemini həll etmək üçün əvvəlcə laboratoriya şəraitində spektrlər tədqiq olunmuşlar. Sonra tərkibinə görə Vestanın analoqu olan HED-meteoritinin (tərkibi bazalt axondritlərdən – qovardit, evkrit və dioqenitdən ibarətdir) spektrinə görə alqoritm qurulmuşdur. Bu model sonra real Vesta spektrinə tətbiq edilərək sübut edilmişdir ki, əgər asteroidin səthindəki maddənin tərkibində olivinin miqdarı 15% -dən çoxdursa, onda onun miqdarını təyin etmək mümkündür.