Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyası

Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyası
Tel. (+994 12) 5024321
Faks (+994 12) 5024172
Elektron poçtu v.farzaliyev@yahoo.co.uk
Struktur bölmənin rəhbəri

Vahid Sabir oğlu Fərzəliyev 

Biologiya elmləri doktoru, dosent

İşçilərin ümumi sayı 7
Əsas fəaliyyət istiqamətləri  Azərbaycanın bitki örtüyünə antropogen təsirin öyrənilməsi, xüsusi mühafizə olunan ərazilərin bitkiliyinin monitorinqi, texnogen landşaftın rekultivasiyası. 
Əsas elmi nəticələri

1. Qafqazın və qonşu bölgələrin Pinus sylvestrus L. populyasiyalarının fenogenetik differensiasiyası öyrənilmişdir.

2. Şam növlərinin taksonomiki, biomorfoloji və rentgenoloji xüsusiyyətlərinin tədqiqindən alınan nəticələrin əsasında tərtib edilmiş hərfli-rəqəmsal politomik təyinat açarının tətbiqi ilə eldar şamının sərbəst növ statusu sübuta yetirilmişdir.

3. Ağıriyli və çoxmeyvəli ardıc (Juniperus foetidissima Will. Və Juniperus polycarpos C. Koch) növlərinin radial atrım dinamikası öyrənilmiş, oduncaq - həlqə xronologiyası yaradılmışdır.

4. CİS texnologiyalarının tətbiqi ilə Yer Kürəsinin müxtəlif ərazilərində Eldar şamının introduksiyası üçün yararlı ərazilərin ekoloji modeli qurulmuşdur.