Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Oksidləşdirici heterogen kataliz şöbəsi

Oksidləşdirici heterogen kataliz şöbəsi
Tel. (+994 12) 5399195

(+994 55) 7608885

Faks (+994 12) 5108593
Elektron poçtu itpcht@lan.ab.az,

laboratory_15@kqki.science.az 

Struktur bölmənin rəhbəri Akademik Ağadadaş Mahmud oğlu Əliyev 
İşçilərin ümumi sayı 53 
Əsas fəaliyyət istiqamətləri  Müxtəlif  sinif   karbohidrogenlərin  və onların törəmələrinin, zəhərli qazların  selektiv  və  tam oksidləşməsi  üçün  heterogen katalizatorların işlənib hazırlanması, katalizatorların  səmərəsini  yüksəltmək  üçün  fiziki  amillərin təsirinin tədqiqi. 
Əsas elmi nəticələri Dəyişən və qeyri stasionar aktivliyə malik olan katalizatorlar üzərində tərpənməz və qaynar laylarda gedən sənaye katalitik prosesləri tədqiq olunmuşdur. Bu proseslərin dinamikası nəzərə alınmaqla sənaye proseslərinin və kimya-texnoloji sistemlərin modelləşdirilməsi və optimallaşdırılmasının prinsipləri və metodları işlənib hazırlanmışdır. Bu prinsiplər əsasında mürəkkəb kimya-texnoloji komplekslərinin optimal layihələndirilməsi və idarə olunması üçün mükəmməl metodika işlənib hazırlanmışdır. Yüksəktonnajlı dehidrogenləşmə, hidrogenləşmə və piroliz proseslərinin (Nijnekams, Neftkimyakombinat, Sumqayıt Etilen-Polietilen Zavodu, Azərkimya İB) reaktor elementlərinin optimal işləmə rejimləri müəyyənləşdirilmişdir. Bir sıra yüksək-effektiv stasionar və qeyri-stasionar katalitik proseslərin, o cümlədən resirkulyasiya ilə gedən parafin karbohidrogenlərinin və onların qarışıqlarının (propanın, etanın və etanın butan-butilen fraksiyası ilə qarışığının) pirolizinin optimal layihələndirilməsi üçün tövsiyələr verilmişdir. Qeyd olunan proseslərin resirkulyasiya ilə aparılmasını nəzərə almaqla onların optimallaşdırılması aparılmış, proseslərin idarə olunması üsulları təklif olunmuş və onların istifadəsindən əldə olunan gəlir təyin olunmuşdur. Selektiv G-58C katalizatoru üzərində etan-etilen və propan-propilen fraksiyalarının hidrogenləşməsi proseslərinin işlənib hazırlanmış kinetik modelləri əsasında bu proseslər üçün optimal reaktor tipi (seksiyalar arası soyudulma ilə adiabatik üç seksiyalı reaktor) müəyyən olunmuşdur. Aşağımolekullu olefin və parafin karbohidrogenlərinin çoxmərhələli oksidləşdirici çevrilməsi, olefinlərin arilləş-diril¬məsi reaksiyaları üçün yüksək effektivliyə malik polifunksional katalizatorlar işlənib hazırlanmışdır. Alfatik spirtlərin qiymətli oksigen tərkibli birləşmələrlə - aldehidlərə, karbon turşularına və mürəkkəb efirlərə oksidləşmə - çevrilmə reaksiyaları üçün müxtəlif keçid elementlərinin kationlarının ilə modifikasiya olunmuş aktiv seolit katalizatorların seçilməsinin elmi əsasları işlənib hazırlanmışdır. Nəticədə müvafiq spirtlərin oksidləşməsi üsulu ilə forma-ldehidin, asetaldehidin, asetonun, metiletil-ketonun, propion, izoyağ və izovalerian aldehidlərinin; qarışqa, sirkə, propion turşularının; etilasetat; propilpropionat; butilbutirat efirlərinin və s. birləşmələrin alınması üçün 16 müxtəlif kationlarla modifikasiya edilmiş yüksək effektivliyə malik seolit katalizatorları sintez edilmişdir. Qeyd olunan bütün proseslərin kinetikası və mexanizmi öyrənilmişdir. Vulkan külü-kaolinit sisteminin hidrotermal emalı ilə sintez olunmuş mordenit və ZSM tipli seolitlər əsasında sirkə turşusunun aşağı molekullu alifatik spirtlərlə efirləşməsi üçün aktiv katalizatorlar hazırlanmışdır.

Metanın oksidləşdirici dimerləşmə reaksiyası üçün təbii seolit və metal kationları əsasında ion mübadiləsi üsulu ilə yüksək aktivliyə malik metalseolit katalizatoru sintez edilmişdir. Reaksiya iki pilləli reaktorda oksigenin pilləli verilməsi üsulu ilə aparılır. Metanın oksidləşdirici dimerləşmə reaksiya¬sının sintez edilmiş katalizator üzərində bu üsul ilə aparılması etilen və asetilenə görə yüksək cıxımlar əldə etməyə imkan verir, uyğun olaraq 10-20% və 20-35%. Naften karbohidrogenlərinin selektiv oksidləşdirici dehidrogenləşməsi reaksiyaları üçün təbii seolit və metal kationları əsasında yüksək effektivliyə malik metalseolit katalizatoru sintez edilmişdir. Bu katalizator üzərində tsikloheksanın oksidləşdirici dehidrogen-ləşmə reaksiyasından 23% cıxımla tsikloheksadien – 1,3 almağa imkan verən reaksiya şəraiti təyin edilmişdir. Metanın butandiol-1,4-ə oksidləşdirici çevrilmə reaksiyası üçün təbii seolit və metal kationları əsasında metalseolit katalizatoru sintez edilmişdir. Proses iki pilləli reaktorda oksigenin pilləli verilməsi üsulu ilə aparılır. Optimal şəraitdə prosesi sintez edilmiş katalizator üzərində bu üsul ilə apardıqda 22,0% çıxımla butandiol-1,4 almaq mümkün olur.