Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Nano və elektrokataliz şöbəsi

Nano və elektrokataliz şöbəsi
Tel. (+994 12) 5399382
Faks (+994 12) 5108593
Elektron poçtu

kqki@kqki.science.az

chem@science.az

Struktur bölmənin rəhbəri Akademik Tağıyev Dilqəm Bəbir oğlu
İşçilərin ümumi sayı 60
Əsas fəaliyyət istiqamətləri  Oksidlər, seolitlər, təbii və sintetik polimer matrisaları əsasında alınan nanostruktur­laşdırılmış katalitik sistemlərin karbohid­rogenlər və onların funksional törəmələrinin  çevrilmələrində  və  elektrokatalitik   proses­lərdə  tətbiqi. 
Əsas elmi nəticələri Tərkibində heç bir keçid elementi və ya metallar saxlamayan seolitlərin (oksidləşmə-reduksiya tipli reaksiyalar üçün qeyri-ənənəvi katalizatorların) hidrogenləşmə, hidroizomerləşmə və oksidehidro­genləşmə reaksiyalarında yüksək aktivliyini ilk dəfə göstərmiş və bununla da hidrogenləşdirici katalizatorların yeni nəslinin yaradılmasının əsası qoyulmuşdur. Alkil naften karbohidrogenlərin seolit katalizatorları üzərində əvvəllər məlum olmayan çevrilmələrini aşkar etmiş, onları oksidehidrodisproporsionallaşma və oksidehidro­izomerləşmə reaksiyaları adlandırmışdır. Seolitə bənzər dəmir, sink və qallium fosfatların ilk dəfə hidrotermal sintezini aparmış, onların quruluşunu və katalitik xassələrini tədqiq etmişdir. Mikro­məsaməli katalizatorlarda müxtəlif reaksiyaların kinetikasının öyrənilməsində vacib parametr olan diffuziya əmsalını hesablamaq üçün ekspress üsul təklif etmişdir. Kiçik və orta molekul kütləli olefinlərin di- və oligomerləşmə reaksiyaları üçün metal komplekslər və heteropoliturşular əsasında selektiv katalizatorlar sintez və tədqiq etmişdir. Metal kompleks katalizatorların heterogen­ləşdirilməsi üçün onların qeyri-üzvi daşıyıcı səthində kimyəvi yolla “bərkidilməsi” üsulunu işləyib hazırlamışdır. Nikel tiopirazolaldiminat kompleklərinin stereokimyəvi sərtliyi və katalitik aktivliyi arasında əlaqənin mövcüdluğunu aşkar etmişdir. Alkilləşmə reaksiyası ilə krezolların və ksilenolların müxtəlif izomerlərinin selektiv sintezi üçün seolit katalizatorlarının seçilmə prinsiplərini müəyyən etmişdir. Parafinlərin aşağı temperaturlu izomerləşmə prosesi üçün tərkibində bahalı və nəcib metallar olmayan mordenitsir­konium əsaslı yeni katalizator işləyib hazırla­mışdır. Benzolu parafinlərlə aşağı temperaturda alkilləşdirmək üçün yeni katalizator təklif etmişdir. Praktiki əhəmiyyət kəsb edən bir neçə proseslər üçün işlənib hazırlanmış katalizatorların effektivliyi pilot qurğularında uzun müddət aparılan sınaqlar nəticəsində təsdiq edilmişdir.