Tel. | (+994 12) 5108591 | |
Faks | (+994 12) 5107442 | |
Elektron poçtu | laboratory_17@kqki.science.az | |
Struktur bölmənin rəhbəri | Elza Əbdüləziz qızı Salahova Kimya elmləri doktoru, böyük elmi işçi |
|
İşçilərin ümumi sayı | 9 | |
Əsas fəaliyyət istiqamətləri | Renium tərkibli ərintilərin nanotəbəqələrinin elektrokimyəvi sintezi və elektrokatalitik proseslərdə tətbiqi. | |
Əsas elmi nəticələri | Renium və xalkogenin birgə elektrolitik çökmə prosesinin öyrənilməsi nəticəsində yarımkeçirici xassəli renium xalkogenidlərinin Re-X(X=S, Se, Te) elektrokimyəvi üsul¬la alınması üçün qələvi və turşu elektro-litlərindən komponentlərin nisbətlərinin ge-niş diapazonunda elektrolit və optimal elektroliz şəraiti seçilmişdir. Nazik təbəqəli renium xalkogenidləri əsasında alınmış diod quruluşunun statik və dinamik volt-amper xarakteristikaları tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, diod quruluşu çevrilmə və yaddaş effektinə malikdir. Bu cür xassəli cihazlar yarımkeçirici çeviricilərin hazırlanmasında istifadə edilə bilər. İlk dəfə olaraq nazik təbəqəli renium xalkogenidlərinin fotoelektrokimyəvi aktivliyi tədqiq edilmiş və bu təbəqələrin günəş enerjisinin kimyəvi enerjiyə çevrilməsində fotoelektrod materialı kimi istifadə olunması tövsiyə edilmişdir. |