Veb-sayt | www.ieb.science.gov.az | |
Bölmənin ünvanı | AZ1001, Bakı ş., İstiqlaliyyət küç., 30 | |
Tel. | (+994 12) 4925180; (+994 12) 4925385; (+994 12) 4925937 | |
Faks | ||
Elektron poçtu | ieb@science.az; |
|
Bölmənin yaranma tarixi | İctimai Elmlər Bölməsi Azərbaycan Milli Elmlər Akademiyası ilə eyni tarixdə, 1945-ci il martın 27-də yaranmış, tərkibi isə mayın 21-də AEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilmişdir. O zaman bölmənin tərkibində ictimai elmlər üzrə 5 tədqiqat müəssisəsi fəaliyyət göstərirdi. Onlardan 2-si institut (Tarix, Fəlsəfə), 1-i muzey (Tarix Muzeyi), 1-i isə sektor (İqtisadiyyat Sektoru) idi.
1960-cı ildə Bölmənin strukturunda dəyişiklik olmuşdur: 2 yeni elmi-tədqiqat müəssisəsi (İqtisadiyyat, Şərqşünaslıq institutları) və 1 sektor (Fəlsəfə Sektoru) yaradılmışdır. 1981-ci ildən İctimai Elmlər Bölməsi iki müstəqil bölmə – Tarix, Fəlsəfə və Hüquq, Ədəbiyyat, Dil və İncəsənət bölmələri kimi fəaliyyətə başlamışdır. 1990-cı ildə Tarix, Fəlsəfə və Hüquq Bölməsinin əvvəlki adı bərpa olunmuşdur. 2001-ci ildə isə İctimai Elmlər Bölməsi və Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin bazasında Humanitar və İctimai Elmlər Bölməsi təşkil edilmişdir. İEB təşkil edilənədək humanitar və ictimai elmlərə Akademiyanın vitse-prezidentləri Heydər Hüseynov (1945-1950) və Səməd Vurğun Vəkilov (1950-1957) rəhbərlik edirdilər. Sonradan müxtəlif illərdə bölməyə akademiklər Məmməd Arif Dadaşzadə (1959-1961), İsmayıl Hüseynov (1962-1968), Məmmədağa Şirəliyev (1969-1969), Əlisöhbət Sumbatzadə (1970-1981), İqrar Əliyev (1981-1985), Məmməd Cəfər Cəfərov (1981-1986 – ƏDİB), Əhməd Mahmudov (1985-1987), Aslan Aslanov (1987-1997), Bəkir Nəbiyev (1987-2001 – ƏDİB), Cəmil Quliyev (1997-2001), Ağamusa Axundov (2001-2011), Kamal Abdullayev (2011-2014) rəhbərlik etmişlər. 2014-cü ildən isə bölmənin akademik-katibi Teymur Həşim oğlu Kərimlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"nin təsdiqi və "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanının ləğvi haqqında" 11 dekabr 2014-cü il tarixli 386 nömrəli Fərmanına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi yaradılmışdır. AMEA-nın 29 aprel 2015-ci il tarixli Ümumi yığıncağında AMEA-nın Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin fəaliyyətinin təşkili haqqında müvafiq qərar qəbul edilmişdir. AMEA-nın 29 aprel 2015-ci il tarixli 1/12 nömrəli qərarı ilə AMEA-nın müxbir üzvü Nərgiz Axundova AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə təyin edilmişdir. Hazırda İctimai Elmlər Bölməsinin tərkibinə 7 elmi tədqiqat institutu və 1 muzey daxildir: A.Bakıxanov adına Tarix İnstitutu (baş direktor: professor K.Şükürov), Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu (baş direktor v.i.e.: Fərhad Quliyev), Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu (baş direktor: akademik G.Baxşəliyeva), Fəlsəfə və Sosiologiya İnstitutu (baş direktor: fəlsəfə üzrə elmlər doktoru, professor İ.Məmmədzadə), İqtisadiyyat İnstitutu (baş direktor: iqtisad üzrə elmlər doktoru, professor N.İmanov), Qafqazşünaslıq İnstitutu (baş direktor: AMEA-nın müxbir üzvü M.Qasımlı) və Milli Azərbaycan Tarixi Muzeyi (baş direktor: akademik N.Vəlixanlı). İctimai Elmlər Bölməsinin tərkibində 9 akademik, 15 müxbir üzv fəaliyyət göstərir. |
|
Bölmənin Elmi şurasının sədri | Akademik Gövhər Baxşəli qızı Baxşəliyeva
Telefon: (+994 12) 4929707 |
|
Bölmənin elmi katibi | Zümrüd İbrahim qızı Mənsimova
Filologiya üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 4925180 Mobil tel.: (+994 55) 5765235 Veb: www.science.gov.az |
|
Elmi şura - sədr -müavin - üzvləri |
Baxşəliyeva Gövhər Baxşəli qızı Vəlixanlı Nailə Məmmədəli qızı Mustafayev Şahin Məcid oğlu Bünyadzadə Könül Yusif qızı |
|
Bölmənin üzvləri | Mehdiyev Ramiz Ənvər oğlu
Xidməti tel.: (+994 12) 4372021 Mob.: (+994 50) 2149443 Xidməti tel.: (+994 36) 5446580 Mob.: (+994 50) 2117658 Vəlixanlı Nailə Məmmədəli qızı Xidməti tel.: (+994 12) 4932387 Mob.: (+994 50) 3245393 Xəlilov Səlahəddin Sədrəddin oğlu Mob.: (+994 50) 2129047 Mob.: (+994 50) 2866361 Xidməti tel.: (+994 12) 5390484 Mob.: (+994 50) 3672131 Məmmədəliyeva Sevda Yusif qızıXidməti tel.: (+994 12) 5102858 Mob.: (+994 55) 7848820 Mustafayev Şahin Məcid oğluXidməti tel.: (+994 12) 5393152 Mob.: (+994 50) 3399609 Mob.: (+994 50) 3890366 Səfərli Hacıfəxrəddin Yəhya oğlu Xidməti tel.: (+994 36) 5450671 Mob.: (+994 50) 3536875 Xidməti tel.: (+994 12) 5398951 Mob.: (+994 50) 3594595 Xidməti tel.: (+994 12) 5102690 Mob.: (+994 50) 3104003 Xidməti tel.: (+994 12) 4981745 Mob.: (+994 50) 3208025 |
|
Bölməyə daxil olan elmi tədqiqat müəssisələri | Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu
Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Fəlsəfə və Sosiologiya İnstitutu |
|
Bölmənin elmi nəşrləri |
Azərbaycan tarixşünaslığı (A.Bakıxanov adına tarix İnstitutu) Azərbaycan arxeologiyası və etnoqrafiyası (Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitututu) Azərbaycanda arxeoloji tədqiqatlar (Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitututu) “Şərq filologiyası məsələləri” toplusu (Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu) Azərbaycan şərqşünaslığı (elmi-kütləvi jurnal) (Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu) Şərq araşdırmaları (Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu) Elmi əsərlər (Fəlsəfə və Sosiologiya İnstitutu) Şərq fəlsəfəsi problemləri (Fəlsəfə və Sosiologiya İnstitutu) AMEA-nın Xəbərləri (İqtisadiyyat seriyası) (İqtisadiyyat İnstitutu) İqtisadi artım və ictimai rifah (İqtisadiyyat seriyası) (İqtisadiyyat İnstitutu) Milli Azərbaycan Tarixi Muzeyinin Elmi əsərləri (Milli Azərbaycan Tarixi Muzeyi) Qafqazşünaslıq jurnalı (Qafqazşünaslıq İnstitutu) |
|
Elmi istiqamətlər üzrə elmi şuralar |
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İctimai Elmlər üzrə Problem Şurası |