Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Dəmir dövrü arxeologiyası şöbəsi

Dəmir dövrü arxeologiyası şöbəsi
Tel. (+994 12) 5108419  
Faks  
Elektron poçtu zaurmail@gmail.com 
Struktur bölmənin rəhbəri

Zaur Həsən oğlu Həsənov 

Tarix üzrə fəlsəfə doktoru

İşçilərin ümumi sayı 8
Əsas fəaliyyət istiqamətləri  Azərbaycanda antik dövr abidələrinin tədqiqi 
Əsas elmi nəticələri

Şöbənin əməkdaşları Azərbaycanın müxtəlif rayonlarında arxeoloji qazıntılar apararaq qədim Azərbaycanda sinifli cəmiyyəti və dövlətin yaranması, Azərbaycanın qədim şəhər mədəniyyəti, beynəlxalq əlaqələrinin öyrənilməsi sahəsində elmə xeyli yeniliklər gətirmişlər. Hazırda şöbə əməkdaşları iki beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində: Cənubi Koreya arxeoloqları ilə Qəbələdə, Almaniya, Gürcüstan, Rusiya tədqiqatçıları ilə Şəmkirin Qaracəmirli kəndində geniş arxeoloji qazıntılar aparırlar. 2014-cü ildən Şəmkir qazıntılarına Belçika arxeoloqlar da qoşulmuşdur. Bundan başqa onlar Naxçıvan və Lerik rayonlarında qazıntılar apararaq çox qiymətli abidələr aşkar etmişlər.

Tədqiqatlar göstərmişdir ki, qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyası əvvəllər güman edildiyi kimi e.ə I əsrdə deyil, e.ə IV əsrdə yaranmışdır. Antik dövrdə Azərbaycanda dövrü üçün yüksək səviyyəli şəhər mədəniyyəti olmuşdur.

Azərbaycan o zaman bir çox ölkələrlə ticarət əlaqələri saxlayırdı. Eramızın I əsrin əvvəllərində yazılı mənbələrdə Albaniyada ticarətin puldan istifadə etmədən məhsul mübadiləsi ilə aparıldığı göstərilirdi. Şöbə əməkdaşlarımın tədqiqatları isə sübut etmişdir, ki qədim Azərbaycanda bu məlumatdan 400 il əvvəl puldan istifadə etmişlər, e.ə III əsrin əvvəllərindən Azərbaycanın özündə də küllü miqdarda gümüş pullar zərb etmişlər. O zaman Azərbaycan dünya ticarətində aktiv iştirak etmiş və bizim ərazimizdən beynəlxalq ticarət yolları keçmişdir. Şöbənin əməkdaşları bir çox ölkələrdə keçirilən beynəlxalq konfranslarda maraqlı məruzələrlə iştirak edir, təkcə Azərbaycanda deyil xarici ölkələrdə də çoxlu elmi məqalələr nəşr edirlər.