Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Arxeoloji xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi

Arxeoloji xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi
Tel. (+994 12) 5108419  
Faks  
Elektron poçtu  
Struktur bölmənin rəhbəri

Qəhrəman Ağayev

İşçilərin ümumi sayı 11
Əsas fəaliyyət istiqamətləri  Yeni tikinti sahələrinin arxeoloji tədqiqi, qədim dövrün metallurgiyası və metalları problemləri üzrə tarixi-analitik tədqiqatlar, arxeologiyada informasiya texnologiyalarının tətbiqi. 
Əsas elmi nəticələri Şöbə yeni tikinti zonalarında arxeoloji abidələri tədqiq edir. Son on il ərzində, respublikada həyata keçirilən geniş miqyaslı iqtisadi layihələrin sayının artması ilə əlaqədar olaraq şöbə bu işlərin aparılma zonasında onlarla arxeoloji abidə tədqiq etmişdir. Ən geniş miqyaslı tədqiqatlar sırasında aşağıdakıları qeyd etmək olar:

1. BTC neft və Cənubi Qafqaz qaz kəmərləri zonasındakı arxeoloji abidələrin öyrənilməsi. Burada 40-dan çox müxtəlif dövrlü və tipli abidə tədqiq olunmuşdur.

2. Respublikanın şimal-şərq bölgəsində magistral şosse yolunun çəkilişi, Taxtakörpü kompleksinin tikintisi, Samur-Abşeron kanalının və Şollar su kəmərinin bərpası ilə əlaqədar abidələr tədqiq olunmuşlar.

3. Tovuz rayonunun Qazıqulu kəndi yaxınlığında Tovuzçay su anbarının tikintisi ilə əlaqədar bu rayondakı abidələrin tədqiqi.

4. Sanqaçal neft terminalının tikilməsi zonasında yerləşən abidələrin tədqiqi.

5. Yeni tikinti zonalarında arxeoloji tədqiqatlarla yanaşı şöbə son illər orta əsr Şabran şəhərində stasionar arxeoloji qazıntılar aparır.