Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  İnstitut və təşkilatlar  >>  Çöl tədqiqatları sektoru

Çöl tədqiqatları sektoru
Tel. (+994 12) 5108419 
Faks  
Elektron poçtu tavakkul55@yahoo.com 
Struktur bölmənin rəhbəri

Təvəkkül Rəsul oğlu Əliyev

Tarix üzrə fəlsəfə doktoru 

İşçilərin ümumi sayı 9
Əsas fəaliyyət istiqamətləri  Arxeoloji və etnoqrafik çöl tədqiqatlarının fəaliyyətini planlaşdırır, təşkil edir, ekspedisiyaların işinə nəzarət edir, onların hesabatlarının müzakirəsini, qəbul və sənədləşdirilməsini həyata keçirir.
Əsas elmi nəticələri

Fərdi plan üzrə çalışan Bölmə əməkdaşları “İbtidai icma və erkən sinifli cəmiyyətlər” mövzusunun tədqiqində aşağıdakı nəticələri əldə etmişlər:

1.Sərkərtəpə yaşayış yerinin (Xaçmaz r-nu) kompleks tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanın şimal-şərq bölgəsi Erkən Tunc dövründə Kür-Araz mədəniyyəti arealında lokal, özünəməxsus yer tutmuşdur;

2. Erkən sinifli cəmiyyətə keçid dövrünün monumental abidələri olan siklop tikililəri haqqında ümumiləşdirilmiş tədqiqat başa çatdırılmışdır;

3. Mil düzündə erkən əkinçi və maldar tayfalara məxsus bir sıra komplekslər aşkar olunaraq tədqiq edilmişdir;

4. Aşağı Qarabağda, Qarqarçay hövzəsində qədim Azərbaycan dövləti olan Albaniyaya məxsus şəhər yeri (Qalatəpə) müəyyən edilərək tədqiqata cəlb olunmuşdur;

5. Arxeoloji materiallar əsasında orta əsr Şabran şəhərinin ictimai-siyasi və mədəni-təsərrüfat həyatı araşdırılmışdır;

6. Şimal-Şərqi Azərbaycanın arxeoloji abidələri külliyyatı hazırlanaraq nəşr edilmişdir.